t s

» » Bayram namazı nə vaxt qılınacaq? - İKİTİRƏLİK

Bayram namazı nə vaxt qılınacaq? - İKİTİRƏLİK

24-06-2017, 08:47 Yazar:  Məmməd Məmmədov Baxılıb: 6168 Çap et
Bayram namazı nə vaxt qılınacaq? - İKİTİRƏLİK
Artıq Ramazan ayının son günlərini yaşayırıq.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) yaydığı açıqlamaya görə, bayram namazı iyunun 26-da, səhər saat 08:00-da Əjdərbəy məscidində, 09:00-da isə Təzə Pir məscidində qılınacaq. Hər il Ramazan ayının başlanması və bitməsilə bağlı cəmiyyətdə ikitirəlik yaranır. Amma sevindiricidir ki, bu il hər kəs QMİ-nin müəyyən etdiyi təqvim üzrə aya başladı. Amma bayramın qeyd olunmasında yenə ikifikirlilik yaranıb. İllərdir dəyişməyən ənənəyə görə, Azərbaycan bu il də Ramazan bayramını İran İslam Respublikası ilə eyni gündə qeyd edəcək. Bəzilərinə görə isə bayram Türkiyə və Ərəbistanla eyni gündə-iyunun 25-də qeyd edilməlidir.

Mediaxeberleri.az-ın məlumatına görə, məsələ ilə bağlı modern.az-a danışan Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Fazil Mustafa deyib ki, bayramın gününün əvvəldən müəyyən olunması düzgün deyil:

“Ramazan bayramı yeni ayın görünməsi ilə qeyd olunur. Mən məlumatları mülahizələrinə inandığım mənbədən almağa üstünlük verirəm. Bayram namazı 26 iyuna təyin olunub, həmin gün bayram namazı qılınacaq. Amma mənim Türkiyə və Ərəbistandan aldığım bilgilərə görə, bayram iyunun 25-dir. Həmin gün oruc tutmayacam. Kimin hara istinad etməyi azad seçimdən irəli gəlir. Ona görə də bu məsələyə qarışmağı doğru saymıram. Özüm daha çox Türkiyəni, Ərəbistanı referans götürməyin tərəfdarıyam. Onlara istinad etmək ümumi İslam prinsiplərinə daha çox uyğundur. Bayramın bir gün sonraya saxlanması bir az siyasi xarakter daşıyır. Biz də çalışmalıyıq ki, müstəqil dövlət olaraq qərarı özümüz daha çox verək. Rəsədxanada nə deyilirsə, o da olmalıdır”.

Deputat bildirib ki, bu gün QMİ rəsmisi Hacı Salman Mürsəlov bayramın 25-də qeyd oluna biləcəyini istisna etməyib: “Bu gün cümə namazında Hacı Salman Musayev bildirdi ki, “ola bilsin 24-ü ay görünsün, onda 25-i bayramdır”. Ona görə, bayramı əvvəldən təyin etməklə deyil. Bayramın 25-nə düşməsinə güman var ki, bu, açıqlanıb. Bütün hallarda 26 iyunda hər kəs bayram namazı qıla bilər. Amma oruc tutmaq məsələsində hər kəsin öz seçimi var. Mən də çox, güman ki, 24-ü ay görünərsə, 25-i oruc tutmayacağam. Ümumi İslam həmrəyliyi baxımından bayramın Türkiyə və Ərəbistanla bir qeyd olunmasının tərəfdarıyam. Bizim fərqlənməyimiz düzgün deyil”.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

09:40 Qutsal “Xəlqilik” Bayramında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı Ocaq Günsırası ilə 13 Şölə Ayı, 37-ci ildə (miladla iyun, 2015) Mütləqə İnam Ocağı təbiət qoynunda “Xəlqilik” Bayramını həyata keçirdi. Öncə Bayram tonqalı qalandı. Tonqal yörəsində Ocaq Yükümlüsü Soylu Atalı söz dedi: Bu ocaq Asif Atanın yaratdığı
13:18 Batının Türklüyü çökdürmək istəyi Türkel Araşdırma Qurumu təqdim edir Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün biz, ayrı-ayrı Azərbaycan aydınları Türkel Araşdırma Qurumu adına bir araya gəldik. İstəyimiz gündəmdə olan bir qonunu toplumumuza, insanlarımıza tanıtmaqdır, çatdırmaqdır. Qonumuz neçə
09:26 CƏLİLABAD HAQQINDA ŞOK DSOYE - İLGİNC FAKTLAR Mürsəlov Mirşamil və ailəsi Cəlilabadda nə oyunlardan çıxır? "Geniş meydan" media qrupu vətəndaşların dəvəti ilə Cəlilabad rayonunda olmuş, rayon sakinlərini narahat edən bir sıra məsələlərə işıq salmışdır. Rayonun müxtəlif yerlərində çəkiliş aparan jurnalistlər Göytəpə qəsəbəsində maraqlı
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az