t s

» » İMİŞLİ DSMF-NİN MÜDİRİ İNTİQAM ƏLİYEV MƏCBURİ KÖÇKÜNÜ NƏ ÜÇÜN İŞ OTAĞINDAN QOVDU? – AUDİO MÜSAHİBƏ

İMİŞLİ DSMF-NİN MÜDİRİ İNTİQAM ƏLİYEV MƏCBURİ KÖÇKÜNÜ NƏ ÜÇÜN İŞ OTAĞINDAN QOVDU? – AUDİO MÜSAHİBƏ

16-06-2017, 09:46 Yazar:  Günel Baxılıb: 361 Çap et
İMİŞLİ DSMF-NİN MÜDİRİ İNTİQAM ƏLİYEV MƏCBURİ KÖÇKÜNÜ NƏ ÜÇÜN İŞ OTAĞINDAN QOVDU? – AUDİO MÜSAHİBƏSənədi təqdim edəndə İmişli DSMF-nin əməkdaşı biz sənin işini “düzüb-qoşacağıq”, səndə bu işlərin necə həll olunduğunu bilirsən də? – deyə mənə istəyini açıq şəkildə bildirmişdi.”

Səlim Müslümovun Füzuli Ələkbərovu əvəzləməsindən sonra iclahatçı və çalışqan imicli Müslümovun illərdir formalaşan Ələkbərov “sistemini” ən qısa zamanda təmizləyəcəyinə ilk vaxtlar hər kəs ümid edirdi. Ədalət naminə deyək ki, Müslümovun nazir təyinatı bu sistemdə ciddi dəyişikliklərə səbəb oldu. Uzun illər Füzuli Ələkbərovun kadrlarının yaratdığı “3 və ya 6 aylıq” sistemin Səlim Müslümov tərəfindən tamamilə çökdürüləcəyi qənaəti müəyyən zamandan sonra hələ ki, arzu olaraq qalıb. Belə ki, nazirin hətta müşavirədə, publik olaraq işdən qovmaları sistemdə kök atmış bəzi “işbazların” gözünü qısamüddətli qorxudsa da, lakin özlərini hələ də “gizli əl” vasitəsilə qoruma altına ala bilirlər.

Bir neçə gün öncə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin tabeçiliyində fəaliyət göstərən Dövlət Sosial Müdafiə Fondunun İmişli rayon şöbəsinin, ünvanlı sosial yardım və sosial pensiya şöbəsinin inspektoru Bakir Məmmədovun III qrup əlilə “marağı” təmin olunduğu təqdirdə dövlətin verdiyi təqaüdü almağa “icazə” veməsi ilə bağlı məlumat dərc olunmuşdu. Məlumatı verən mənbə bildirirdi ki, 4 aydır təqaüdünü ala bilməyən əlil probleminin araşdırılması üçün İmişli DSMF-yə müraciət edib. DSMF-nin ünvanlı sosial yardım və sosial pensiya şöbəsinin inspektoru Bakir Məmmədov III qrup əlilə onun “probleminin” həllinin olduqca çətin olduğunu deyib. Əlavə olaraq qeyd edib ki, marağının təmin edilmədiyi təqdirdə, təqüdçü özünə çatan vəsaitin yalnız 15 günlük miqdarını ala bilər. Yəni əgər Bakir Məmmədov “yardım” etməsə, III qrup əlilin dövlətdən aldığı təqüdün üç ay on beş günü el dili ilə ifadə etsək sadəcə batacaq.

Məlumatda o da bildirilirdi ki, Bakir Məmmədov iş prinsipi süni “problem” yaradaraq əlillərdən istədiyini almaqdır. O bu məqsədilə müxtəlif formalı “əməliyyatlar”da düşünür. İnspektor “problemin” həlli məqsədlə Saatlı rayon 34 saylı Tibbi Sosial Ekspertiza Komissiyasına getməli olduğunu, onların da “maraqlarının” təminindən sonra əlillə bağlı hazırlanmış arayışın dəyişdirilməsinə nail olur, guya vətəndaş haqq etdiyini məhz bundan sonra ala bilir. Göründüyü kimi proses örgüt əməliyyatını xatırladır. Yəni dövlətin verdiyini əlilin alması üçün İmişli DSMF-nin inspektoru Bakir Məmmədovun “müdaxiləsi” mütləqdir. Redaksiyaya məlumatı verən mənbə əlavə olaraq bildirmişdi ki, Dövlət Sosial Müdafiə Fondunun İmişli rayon şöbəsinin, ünvanlı sosial yardım və sosial pensiya şöbəsinin inspektoru Bakir Məmmədovun III qrup əlilin problemini həll etməsi üçün vətəndaşdan konkret məbləğdə pul istəməsi ilə bağlı səs yazısı da var.
Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun İmişli rayon şöbəsinə İntiqam Əliyev rəhbərlik edir. Bir müddət öncə nazirliyin şöbədə apardığı uzun müddətli yoxlaması zamanı ciddi pozuntular aşkarlanmışdı. Məsələnin ən qəribə tərəfi isə həmin pozuntulara rəğmən İnitqam Əliyev postunu qorumağı bacarmasıdı.
Ötən gün Ağdam rayonundan olan məcburi köçkun, İmişli rayon Bəciravan kəndində məskunlaşmış, II qrup əlil Yaqub Orucov redaksiyaya telefon açaraq İmişli DSMF-nin müdiri İntiqam Əliyevin onu iş otağına dəvət etdiyini bildirdi. Y.Orucovla telefon söhbəti zamanı bildirdi ki, İntiqam Əliyev ona oğlu, II qrup əlil Orucov Elgün Yaqub oğlunun təqaüdünü kəsəcəyini deyib. İntiqam Əliyev Y.Orucova buna səbəb kimi Elgünün işlədiyi müddətdə əmək haqqından DSMF-yə hər hansı məbləğin daxil olmamasını göstərib. Şikayətçi cavabında bu məsələnin həlli məsuliyyətinin fəhlənin deyil, məhz müəssisənin aidiyyatı strukturunun olduğunu söyləsə də, DSMF müdiri məcburi köçkünü otağından qovub. Bundan sonra məsələ ilə bağlı İmişli rayon prokurorluğuna müraciət edən Yaqub Orucova orada DSMF sədrinin buna ixtiyarı olmadığı deyilib. Redaksiya ilə əlaqə saxlayan Yaqub Orucov II qrup əlil övladına qarşı atılan bu addımı DSMF sədrinin ondan maddi istəklərinin olması ilə əlaqələndirdi. “Mən orada da söylədim. Əgər məndən umacaqları olmasa idi sənədlərimi əvvəldən qəbul etməzdilər. Mən sənədi təqdim edəndə İmişli DSMF-nin əməkdaşı biz sənin işini “düzüb-qoşacağıq”, səndə bu işlərin necə həll olunduğunu bilirsən də? – deyə mənə istəyini açıq şəkildə bildirmişdi.”
Göründüyü kimi bir neçə gün öncə İmişli DSMF-nin Bakir Məmmədv adlı əməkdaşının III qrup əlilin probleminin “həlli” üçün pul tələb etməsi səbəbsiz deyilmiş. Məlumatın dərcindən cəmi 48 saat sonra ölkənin aztəminatlı ailəsinə, iki nəfər II qrup əlili olan ailəyə qarşı bu dəfə nəinki əməkdaş, hətta DSMF rəhbəri səviyyəsində şəxsi qazanc məqsədilə yanaşma sözün əsl mənasında utanc gətirən hadisədir. Əgər ölkə Prezidenti "Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında" Fərman imzalayırsa, o halda İmişli DSMF-nin müdiri İntiqam Əliyevin buna qarşı çıxmaq şansı nə qədərdir? Və ya işğal faktı nəticəsində qaçqın və məcburi köçkünə çevrilən insanların üzləşdiyi sosial və digər problemlərin həlli istiqamətində atılan ilk addımın müəllifi bilavasitə Heydər Əliyevin adı ilə bağlıdırsa, o halda İntiqam Əliyev və komandası nədən bunu öz adlarına çıxırlar? Axı ölkə Prezidenti məhz hər kəsin yadda saxlaması üçün deyib: "Qaçqınlar və məcburi köçkünlər Azərbaycanda ən ağır vəziyyətdə yaşayan insanlardır. Bizim hamımızın vəzifəsi ondan ibarətdir ki, həm dövlət tərəfindən, eyni zamanda qeyri-hökumət təşkilatları tərəfindən, özəl sektor tərəfindən onlara öz köməyimizi göstərək"
Bəs İmişli DSMF-nin müdiri İntiqam Əliyev nə deyir?

P.S. Redaksiya Ağdam rayonundan məcburi köçkün, II qrup əlil, İmişli rayon Bəciravan kəndində məskunlaşmış Yaqub Orucovdan götürdüyü audio – müsahibəni təqdim edir.

Redaksiyadan: Məlumatda adı çəkilən qurum və ya şəxslərində mövqelərini dərc etməyə hazırıq.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:18 "Atam mənə elə sərvət qoyub ki, heç vaxt bitməyəcək” Bəxtiyar Məmmədov mərhum xanəndə Səxavət Məmmədovun oğludur. 8 yaşından Azərbaycan Dövlət Televiziyasında (AzTV) bir sıra uşaq verilişlərinin aparıcısı olan B.Məmmədov hazırda diplomatik fəaliyyətlə məşğuldur. 1984-cü ildə anadan olan B.Məmmədov 2001-ci ildə Bakı şəhəri 43 saylı litseyi fərqlənmə
11:50 PEYĞƏMBƏRLƏRİN HƏYATINDA VƏ KƏLAMLARINDA ƏTRAF MÜHİTƏ MÜNASİBƏT Dünya dinləri tarixinə nəzər salsaq peyğəmbərlərin kəlamlarında, hədislərində əhalinin ətraf mühitə münasibətlərini müəyyənləşdirən ekoloji fikirlərə rast gələrik. Onların həyat fəaliyyəti belə fikirlərlə doludur. Əhalinin yeni dinə iman gətirmələri üçün göstərdikləri möcüzələr bu baxımdan faydalı
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az