t s

» » Həmsədrlərdən nəticəsiz Qarabağ turu: Gəlirlər, baxırlar, gedirlər…

Həmsədrlərdən nəticəsiz Qarabağ turu: Gəlirlər, baxırlar, gedirlər…

11-06-2017, 10:44 Yazar:  Nuhu Baxılıb: 160 Çap et
Həmsədrlərdən nəticəsiz Qarabağ turu: Gəlirlər, baxırlar, gedirlər…Məhəmməd Əsədullazadə: “Danışıqlara başlamasa, mümkündür ki, yaxın aylarda hərbi toqquşmalar baş versin”
Əli Orucov: “Çalışırlar münaqişə yenidən alovlanmasın”
ATƏT-in Minsk qrupunun həmsədrlərinin Bakıya səfəri gözlənilir. Diplomatik mənbələrdən Mediaxeberleri.az-a verilən məlumata görə, səfər iyunun 19-a nəzərdə tutulub. Vasitəçilər əvvəlcə İrəvana, daha sonra Azərbaycana səfər edəcəklər.Qrupun hər zaman verdikləri açıqlamalar və regiona yeni təkliflərlə gələcəkləri barədə söylədikləri fikirlər artıq cəmiyyətdə monoton qəbul olunur.Dağlıq Qarabağ münaqişəsinin həllinə müsbət təsir göstərəcəyi ehtimalını yaratsa da, reallıqda fərqli heç nə olmur.
Müstəqil politoloqlar hesab edirlər ki, Minsk Qrupunun həmsədrlərinin regiona nəzərdə tutulan bu dəfəki səfəri də əvvəlkilərdən heç nə ilə fərqlənməyəcək. Vasitəçilər bu dəfə də Dağlıq Qarabağ probleminin həlli istiqamətində hansısa irəliləyişə nail ola bilməyəcəklər.
“Şablon bəyanatlar verib geri qayıdacaqlar”
Politoloq Məhəmməd Əsədullazadə “Cümhuriəyət” qəzetinə bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində ATƏT-in Minsk qrupunun 20 ildən artıq apardığı fəaliyyətinin heç bir müsbət irəliləyişi olmayıb:

“Son bir ildə Minsk qrupunun fəaliyyəti demək olar ki, heç bir nəticə verməyib. Buna görə də cəbhə bölgəsində Ermənistanın təxribatları davam edərək, lokal toqquşmalara yol açıb.Nəticədə Ermənistan danışıqlar prosesindən çəkilməklə, sülh danışıqlarına zərbə vurmuş olur.Mart ayında həmsədrlərin regiona səfəri çərçivəsində üç maddəlik təkliflər paketi irəli sürülməsinə baxmayaraq, münaqişə ətrafında vəziyyət mürəkkəb olaraq qalır.Azərbaycanın işğal olunmuş ərazilərdə düşmənin ön xəttə çıxardığı hərbi texnikaları sıradan çıxarması və düşmənin kompromisə getməməsi, yenidən müharibə ehtimalını gücləndirir.Nəzərə alaq ki, qarşıdakı aylar hərbi əməliyyatlar üçün əlverişlidir.

Mümkün hərbi toqquşmaların qarşısını almaq və prezidentlərin görüşünü təşkil etmək üçün Minsk qrupunun həmsədrləri ayın 19 regiona yenidən səfər edəcək.Yerevan və Bakıda keçirdikləri görüşlərdə, irəli sürülən təkliflər olacaq”.
Politoloq onu da qeyd edib ki, həmsədrlərin Xankəndinə gedib, separatçılarla görüşməsi heç bir siyasi əhəmiyyət kəsb etmir:
“Həmsədrlər ilk növbədə rəsmi Yerevanı substantiv danışıqlara cəlb etmək üçün çalışmalıdır. Vurğulamaq lazımdır ki, hər dəfə danışıqlar prosesi başlayan vaxtlarda Ermənistan qəsdən atəşkəsi pozaraq, danışıqlardan yayınır.İyunun 19-da diplomatik danışıqlardan müsbət bir nəticə gözlənilmir. Ermənistan hazırkı siyasətini davam etdirərsə, danışıqlara başlamasa, mümkündür ki, irəliləyən aylarda hərbi toqquşmalar baş versin. Minsk qrupunun üzvləri ABŞ və Rusiya soyuq savaş halındadır.Bu, iki ölkənin Qarabağla siyasətində ortaq məxrəc qeyri-mümkündür.ATƏT Minsk qrupunun səfərindən sonra, Rusiya XİN rəhbəri Lavrov yenidən danışıqlar üçün görüş təşəbbüsü ilə çıxış edə bilər”.

Məhəmməd Əsədullazadənin fikrincə, həmsədrlərin gəlişinin bölgəyə heç bir müsbət təsiri olmayacaq: “Danışıqlardan sonra və şablon bəyanatlardan sonra geri qayıdacaqlar”.

AMİP Siyasi Şurasının üzvü, politoloq Əli Orucov “Cümhuriyət” qəzetinə bildirib ki, həmsədrlər Azərbaycana gəlmədən öncə İrəvanda olacaqlar. O bildirib ki, bu, adət etdiyimiz səfərlərdən biridir:

“Yenə də oxşar bəyanatları və açıqlamaları eşidəcəyik. ATƏT-in Minsk qrupu faktiki olaraq münaqişənin həllində üzərinə götürdüyü vasitəçilik missiyasını həyata keçirə bilmir.Özünün əsas götürdüyü beynəlxalq normalara əsaslanmır.Dəfələrlə görmüşük ki, ATƏT-in Minsk qrupu Azərbaycana qarşı həmişə təzyiqlər göstərib.Hər zaman Azərbaycandan güzəştlər tələb ediblər.Halbuki həmin qrup işğalçı ilə işğala məruz qalan arasında fərq qoymalıdır.Nə qədər ki, beynəlxalq hüququn normalarına, BMT-nin qəbul etdiyi qətnamələrə əməl olunmur, məsələyə ədalətli münasibət göstərilməyib, o vaxta qədər münaqişənin həllində heç bir addım atılmayacaq.

Ermənistan açıq şəkildə təxribatçı hərəkətlərin davam etdirir, destruktiv mövqe göstərir, danışıqlardan boyun qaçırır.Azərbaycan da həmişə özünün konstruktiv mövqeyini ortaya qoyub və edə biləcəyi qədər güzəştlər edib.Buna baxmayaraq ATƏT həmişəki kimi tərəfləri yenidən iradə göstərməyə, danışıqlara səfərbər etməyə səsləyir.Hesab edirəm ki, bunlar artıq fikirlərdir.ATƏT ya bu münaqişənin həllində üzərinə götürdüyü missiyanı yerinə yetirməlidir, ya da beynəlxalq hüququ normalı həyata keçirməlidir, yaxud da təşkilat birdəfəlik bəyan etməlidir ki, bu işə gücü çatmır və Ermənistan münaqişənin sülh yolu ilə həllini istəmir”.

“Ermənistan diqqəti yayındırmağa çalışır”
Politoloq onu da vurğulayıb ki, Rusiya Ermənistanın həm hərbi, həm də strateji müttəfiqidir:

“Həmçinin Fransa da Ermənistanın strateji müttəfiqidir. Fransanın keçmiş prezidenti Nikola Sarkozi Ermənistanı Fransanın "kiçik baçısı" adlandırmışdı. Belə olan halda ATƏT-in Minsk qrupunun münaqişənin sülh yolu ilə həllində heç bir rolu yoxdur və bundan sonra da olmayacaq.Son dövrlər Ermənistanın təxribatçı hərəkətləri, müharibə ritorikası artır.Təbii ki, həmin dövlətlər də Orta Şərqdə baş verən hadisələrə daha çox diqqət yetirilər.Onlar da istəmirlər ki, Cənubi Qafqazda münaqişə yenidən qızışsın.Fürsətdən istifadə edərək Rusiya və onun təsiri altında olan Ermənistan diqqəti yayındırmağa çalışır.Çox güman ki, həmsədrlər bununla bağlı gəlirlər və çalışırlar münaqişə yenidən alovlanmasın.Bu gün üçün Dağlıq Qarabağ problemi böyük dövlətlərin marağında deyil.Hazırda əsas diqqət mərkəzi və mübarizə neftlə zəngin olan Orta Şəqdədir”.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:18 "Atam mənə elə sərvət qoyub ki, heç vaxt bitməyəcək” Bəxtiyar Məmmədov mərhum xanəndə Səxavət Məmmədovun oğludur. 8 yaşından Azərbaycan Dövlət Televiziyasında (AzTV) bir sıra uşaq verilişlərinin aparıcısı olan B.Məmmədov hazırda diplomatik fəaliyyətlə məşğuldur. 1984-cü ildə anadan olan B.Məmmədov 2001-ci ildə Bakı şəhəri 43 saylı litseyi fərqlənmə
11:50 PEYĞƏMBƏRLƏRİN HƏYATINDA VƏ KƏLAMLARINDA ƏTRAF MÜHİTƏ MÜNASİBƏT Dünya dinləri tarixinə nəzər salsaq peyğəmbərlərin kəlamlarında, hədislərində əhalinin ətraf mühitə münasibətlərini müəyyənləşdirən ekoloji fikirlərə rast gələrik. Onların həyat fəaliyyəti belə fikirlərlə doludur. Əhalinin yeni dinə iman gətirmələri üçün göstərdikləri möcüzələr bu baxımdan faydalı
14:22 AXCP sədri Razi Nurullayev: "Hakimiyyət bizim proqramdan istifadə etdi, amma..."- MÜSAHİBƏ AXCP sədri: "Hakimiyyətin içərisində Əli Kərimlini saxlayan qüvvələr var" Mediaxeberleri.az AXCP sədri Razi Nurullayevin Modern.az saytına müsahibəsini təqdim edir. -Razi bəy, son zamanlar görünmürsünüz. Deyəsən işləriniz çoxdur. -Əksinə, mən çox görünürəm. Əslində mənim problemim elə çox
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az