t s

» » Ağstafada ənənəvi sahə olan baramaçılığın inkişafı diqqət mərkəzində saxlanılır

Ağstafada ənənəvi sahə olan baramaçılığın inkişafı diqqət mərkəzində saxlanılır

2-06-2017, 22:24 Yazar:  Məmməd Məmmədov Baxılıb: 257 Çap et
Ağstafada ənənəvi sahə olan baramaçılığın inkişafı diqqət mərkəzində saxlanılır
Uzun illər sonra ölkədə baramaçılıq və ipəkçilik yenidən canlanıb.

Mediaxeberleri.az
xəbər verir ki, Ağstafada bu sahənin bərpası istiqamətində işlər gedir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin respublikamızda ənənəvi təsərrüfat sahələrindən olan baramaçılığın inkişafına dair verdiyi tapşırıq və göstərişləri ciddi nəzarətdə saxlanılır. Ağstafa rayonu üçün də ənənəvi sahə hesab edilən baramaçılığın bərpası tədbirləri uğurla icra olunur. Bekə ki, ipək qurdlarının yetişdirilməsi üçün zəruri aqrotexniki şərtlərlə təchiz olunmuş məntəqələr ayrılmışdır. Cari ilin may ayının əvvəlində 70 qutu, 1330 qram barama toxumu gətirilərək iyirmiyə yaxın kümçüyə paylanılmışdır. Bu isə ötən illə müqayisədə Ağstafada barama istehsalının iki dəfə artırılması deməkdir. Hazırda ipəkqurdular məhsul istehsalının sonuncu mərhələsindədirlər və barama sarımağa başlayıblar.

Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev müavinləri və müvafiq təşkilat rəhbərləri ilə birlikdə mütəmadi olaraq barama istehsalı ilə məşğul olan məntəqələrə baxış keçirir, ipəkqurdu saxlayan kümçülərlə görüşür, onlarla söhbətlər aparır, onları narahat edən məsələlərlə maraqlanır. Bu il Ağstafada 3,5 ton barama istehsalı nəzərdə tutulmuşdur.

Ağstafada ənənəvi sahə olan baramaçılığın inkişafı diqqət mərkəzində saxlanılır



Baramaçılığın inkişafı bizə çox lazımdır. Təkcə dövlətin iqtisadi vəziyyəti üçün yox, insanların dolanışığı üçün də lazımdır. Qısa müddətdə, cəmisi 40 gündə əmələ gələn məhsuldur. Əsas şərt odur ki, tut bağlarımız olsun. Dünyada olan ümumi vəziyyət, xam ipəyin qiymətinin aşağı düşməsi illər əvvəl bizim bağların məhv olmasına səbəb oldu. Sovetlər birliyi dağılan ərəfədə baramanın qiyməti aşağı düşdü, istehsalçılar istehsal etməkdə maraqlı olmadı, bizim dövlətin də başı müharibələrə qarışdı. 1995-96-cı illərdə bizim bağlar məhv oldu, kəsib yerində fındıq bağları saldılar, ipəkçiliyə böyük zərbə dəydi.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

16:05 Ağstafada baramaçılıq uğurla inkişaf etdirilir Azərbaycanda ipəkçiliyin inkişaf etdirilməsi üçün böyük potensialın mövcud olduğunu nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu sahənin inkişafı ilə bağlı tapşırıqlarına uyğun olaraq ölkəmizdə ipəkçiliyin müasir infrastrukturunun yaradılması, baramaçılığın yem
10:28 Prezident İlham Əliyevin Ağstafa rayonuna səfəri Dövlət başçısı əvvəlcə ulu öndər Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu. Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev Prezident İlham Əliyevə ətrafda aparılan abadlıq-quruculuq və yenidənqurma işləri barədə məlumat verdi.
15:18 Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
17:12 AXCP-nin anti-böhran təklifləri - II HİSSƏ Azərbaycan Xalq Cəbhəsi Partiyası ölkənin düşdüyün böhran vəziyyətindən çıxış yolları ilə bağlı təkliflər paketi hazırlayıb. Cebhe.info təkliflər paketinin ikinci hissəsini təqdim edir. İkinci hissə İnnovasiyalar, Texnologiylar və İxtiraçılıq İnstitutu Azərbaycanda mövcud onlarla innovasiya
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az