t s

» » Müəllimləri ixtisar gözləyir: İmtahandan sonrakı müzakirə buna hesablanıb

Müəllimləri ixtisar gözləyir: İmtahandan sonrakı müzakirə buna hesablanıb

1-06-2017, 08:36 Yazar:  Yeganə Oqtayqızı Baxılıb: 210 Çap et
Müəllimləri ixtisar gözləyir: İmtahandan sonrakı müzakirə buna hesablanıb
Etibar Əliyev: “10 suala belə cavab verməyən müəllimlərlə tədrisi necə davam etdirmək olar?”

Ölkəmizin 26 şəhər və rayonunun dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinə cari ilin aprel ayından başlanılıb. Proses mayın 25-dək davam etdirilib. Üç gün davam edən qiymətləndirməyə ilk peşə-ixtisas təhsili müəssisələrində ümumtəhsil fənlərini tədris edən müəllimlər də qatılıb.İlkin məlumata görə diaqnostik qiymətləndirmədə 4500-dən çox müəllim iştirak edib.Qeyd edək ki, Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov indiyədək keçirilən diaqnostik qiymətləndirmələrdə kifayət qədər zəif nəticə göstərən müəllimlərin ixtisar ediləcəyini bildirib.

Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir əvəzi Eşqi Bağırov isə deyib ki, bəzi müəllimlərin peşəkarlığını onları təlimə cəlb etməklə yüksəltmək mümkün deyil: “Ona görə də biz belə müəllimlərin işləməsini məqsədəuyğun saymırıq. Artıq həmin müəllimlərlə əmək münasibətlərinin tənzimlənməsi barədə müvafiq qurumlara tapşırıqlar verilib. Təbii ki, heç kim istəməz ki, uşağına belə müəllim dərs keçsin”.

Nazirlik rəsmiləri zəif nəticə göstərmiş müəllimlərin işləməsini məqsədəuyğun saymadıqları halda, təhsil eksperti Kmaran Əsədov bunun əksini söyləyib.Onun qənaətincə, diaqnostik imtahan nəticələrinə görə müəllimlərin vəzifəsindən azad edilməsi mümkünsüzdür.Kamran Əsədovun fikrincə, buna Əmək Məcəlləsi imkan vermir.Onun sözlərinə görə, diaqnostik qiymətləndirmə attestasiya imtahanı olmadığı üçün müəllimlərin işdən azad edilməsi düzgün deyil.Diaqnostik qiymətləndirmədə zəif nəticə göstərən müəllimlərin işdə saxlanıb-saxlanılmaması məsələnin başqa tərəfidir.Bəs valideynlər necə, övladlarını bu müəllimlərə etibar etməlidir, ya yox?



Təhsil eksperti Etibar Əliyev “Cümhuriyət” qəzetinə bildirib ki, məsələnin mənəvi tərəfi maraqlıdır:

“Öz fənnini yaxşı bilməyən müəllim tədris prosesini necə davam etdirə bilər? Əgər Təhsil Nazirliyi aşağı bal toplayan müəllimləri tədrisdən kənarlaşdırmaqla doğru addım atacaqsa, biz bunun müsbət hal hesab edirik. Azərbaycanda xeyli sayda müəllimlik peşəsinə yiyələnmiş müəllimlər var ki, onlar da çalışmaq istəyir. Yüksək bal toplayan müəllimlər aşağı nəticə göstərən müəllimləri əvəz etməlidir. Əmək Müqaviləsinin bağlanması şərtlərində dəyişikliklər aparmaq lazımdır.

Söhbət keyfiyyətli təhsildən gedir və məktəbin əsas funksiyalarından biri bundan ibarət olmalıdır.Öz ixtisasını bilməyən müəllim könüllü şəkildə məktəbdən uzaqlaşmalıdır.Vakant yerlərə imtahanlarda yüksək nəticə göstərərək uğur qazanmış müəllimlər təyin olunmalıdır.Əslində diaqnostik qiymətləndirmə müəllimlərin üzərinə müəyyən məsuliyyət qoyur.Onlar keçdikləri fənlər üzrə biliklərini artırmalı, aşağı nəticə göstərməmək üçün çalışmalı idilər.Təəssüflər olsun ki, bir çox müəllimlər diaqnostik qiymətləndirmənin nəticələrindən asılı olmayaraq çalışmayıblar.Bunun da müəyyən nəticəsi olmalıdır”.

Ekspertin sözlərinə görə, təhsili inkişaf etmiş bir sıra ölkələrdə müəllimlər şagirdlərinin göstərdiyi nəticələrə görə tədris prosesindən uzaqaşdırılır:

“Bu, çox maraqlı məsələdir. Əgər şagirdlər tədris prosesində aşağı nəticə göstərirlərsə, müəllimləri təkmilləşməyə göndərirlər və onlara dərs deməyi qadağan edirlər.Bu gün Azərbaycanda 10 suala belə cavab verməyən müəllimlərin sayı çoxluq təşkil edir.Maraqlıdır, bu şəkildə tədrisi necə davam etdirmək olar?

Söhbət təkcə müəllimlərin fənləri üzrə biliklərindən gedir.Yəni, burda kurikulum və məntiqdən heç söhbət getmir.Buna görə də hesab edirəm ki, aşağı nəticə əldə etmiş müəllimlərin tədris prosesindən kənarlaşdırılması düzgün addımdır. Əsas problem ondan ibarətdir ki, yeni tədris ilinə qədər proses bitməlidir. Şagirdlərin dərsini boş saxlamaq olmaz.Aşağı nəticə göstərən müəllimlərin nisbətən yuxarı nəticə əldə edən müəllimlərlə əvəzlənmə prosesi yeni tədris ilinin başlanğıcına qədər həll olunmalıdır”.

Yeganə Oqtayqızı
Cebhe.info




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:18 "Atam mənə elə sərvət qoyub ki, heç vaxt bitməyəcək” Bəxtiyar Məmmədov mərhum xanəndə Səxavət Məmmədovun oğludur. 8 yaşından Azərbaycan Dövlət Televiziyasında (AzTV) bir sıra uşaq verilişlərinin aparıcısı olan B.Məmmədov hazırda diplomatik fəaliyyətlə məşğuldur. 1984-cü ildə anadan olan B.Məmmədov 2001-ci ildə Bakı şəhəri 43 saylı litseyi fərqlənmə
14:22 AXCP sədri Razi Nurullayev: "Hakimiyyət bizim proqramdan istifadə etdi, amma..."- MÜSAHİBƏ AXCP sədri: "Hakimiyyətin içərisində Əli Kərimlini saxlayan qüvvələr var" Mediaxeberleri.az AXCP sədri Razi Nurullayevin Modern.az saytına müsahibəsini təqdim edir. -Razi bəy, son zamanlar görünmürsünüz. Deyəsən işləriniz çoxdur. -Əksinə, mən çox görünürəm. Əslində mənim problemim elə çox
09:13 Bu gündən ixtisas seçimi başladı İxtisas kodlarını, onların sayını və ardıcıl­lığını abituriyent özü sərbəst şəkildə müəyyənləşdirir. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə bütün qruplar üzrə müsabiqə şərtini ödəmiş abituriyentlər üçün ixtisas seçimi elan edir. TQDK
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az