t s

» » Dünyanın ən amanlıq yeri

Dünyanın ən amanlıq yeri

15-02-2015, 11:55 Baxılıb: 1747 Çap et
Dünyanın ən amanlıq yeri

“Və (xatırlayın) o zaman(ı) ki, İbrahim dedi: «Ey Rəbbim, buranı (bu diyarı) təhlükəsiz və əmin-amanlığı olan bir şəhər et və onun əhalisinə – Allaha və axirət gününə iman gətirənlərə – hər növ meyvə və məhsullardan ruzi ver». Buyurdu: «(Elə də edəcəyəm) və kim kafir olsa, onu bir az bəhrələndirəcək, sonra isə odun əzabına düçar edəcəyəm və ora pis bir qayıdış yeridir!»”. (“Bəqərə” 126).

İmam Sadiq (ə) təhlükəsiz diyar barəsində buyurur: “Hər kim hərəmə pənah gətirmək niyyətilə daxil olar, İlahi qəzəbdən amanda olar. Hərəmə daxil olan vəhşi heyvanlar və quşlar hərəmdən çıxmayana qədər təhlükəsizlikdədirlər. Heç kəsin haqqı yoxdur ki, onları ram etsin və ya əziyyət versin”. (Tebyan)

Həzrət Peyğəmbər (ə) Məkkənin fəth günündə buyurur: “Allah yerlə göyü yaradan zaman Məkkəni Qiyamət gününə qədər möhtərəm qərar verdi. Heç kəs üçün nə məndən əvvəl və nə də məndən sonra caiz deyildir və olmayacaqdır ki, onun hörmətini sındırsın. Ancaq mənim üçün günün bir saatında icazə verildi ki, onu fəth etmək üçün ordumla ona daxil olam”.

Bu ayədən və hədislərdən belə nəticə çıxartmaq olar ki, Məkkə Həzrət İbrahimin (ə) zamanından əvvəl də möhtərəm olmuşdur. Lakin bu ehtiram Həzrətin duasından sonra daha gücləndi.

Bəziləri deyir ki, Məkkə ancaq İbrahimin (ə) duasından sonra möhtərəm olmuşdur. Ondan əvvəl başqa şəhərlər kimi idi. Səbəbini də bu hədislə bağlayırlar. Belə ki, Peyğəmbər (s) buyurur: “İbrahim (ə) Məkkəni möhtərəm etdi, mən isə Mədinəni”.

İmam Baqir (ə) yuxarıdakı ayə haqqında buyurur: “Həzrət İbrahimin (ə) öz duasındakı məqsədi bu idi ki, meyvələr bura başqa şəhərlərdən gətirilsin. Sonra da oranın əhalisinin ixtiyarında qərar verilsin”.

İmam Sadiq (ə) buyurur: “Həzrət İbrahimin (ə) Məkkə üçün istədiyi meyvə - yeyilən meyvələrdən deyildir. Bəlkə məqsəd insanların ürək meyvəsi, yəni məhəbbət idi. Bu mənada ki, Pərvərdigara! Məkkə camaatını xəlqin sevimlisi qərar ver ki, onlara tərəf gedib-gəlsinlər!”.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

15:38 "34 ildir Fuad Ələsgərov bunu hamıya danışır" - Müsahibə Xalq yazıçısı Çingiz Abdullayev uşaqlıq illərdən, məşhur sinif və tələbə yoldaşları ilə xatirələrindən danışdı 14 Fevral 2015 [19:15] Xalq yazıçısı Çingiz Abdullayev uşaqlıq illərdən, məşhur sinif və tələbə yoldaşları ilə bağlı maraqlı xatirələrindən danışıb. Mia.az iki yüzə yaxın kitabın
15:24 "Bu gecə mənimlə yat, ürəyin nə istəyir alacam sənə" - Qadin müğənnilər arasında rüsvayçı dava Mərhum müğənni Vidadi Bərdəlinin qızı ifaçı Aytac Vidadiqızının müsahibəsi qalmaqala səbəb olub. Lent.az-a açıqlama verən müğənni Afaq Aslan bildirib ki, A.Vidadiqızı onun adını çəkmədən barəsində xoş olmayan fikirlər səsləndirib: "Dünən həmkarımın mənim haqqımda söylədiyi açıqlamanı dostlarım
11:53 Quranı oxumaq - ondan ibrət almaq, əmrlərə boyun əymək və əhkamlarına əməl etməkdir Quran Allahın insana əta etdiyi ən dəyərli nemətlərdəndir. Belə ki, Quran buyurur: “Rəhman (Əzəli elmindən Lövhi-Məhfuza nazil olmuş) Qur'anı (əvvəlcə yuxarı aləmin məxsus sakinlərinə təlim verdi, oradan Cəbrail vasitəsi ilə Peyğəmbərin qəlbinə nazil etdi və onun dili ilə bəşər cəmiyyətinə)
11:40 Bir daha İslam haqqında Endirilmiş din və Uydurulmuş din anlayışları ilə bağlı yazdığımız qısa bir status haqlı olaraq cəmiyyətin düşünən insanlarında müəyyən suallar doğurmuşdur. Xüsusilə də hörmətli Elçin Mirzəbəylinin ünvanımıza yönləndirdiyi sualları, ayrı-ayrı fərqli baxışları ifadə edən şərhlərin müəlliflərinin

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az