t s

» » Bu gün iki Milli Qəhrəmanımızın doğum günüdür

Bu gün iki Milli Qəhrəmanımızın doğum günüdür

22-03-2015, 12:10 Yazar:  Anar Baxılıb: 598 Çap et
Bu gün iki Milli Qəhrəmanımızın doğum günüdürİxtiyar Qasımov yaralı yoldaşlarını xilas edərkən şəhid olub.

Milli qəhrəman İxtiyar Qasımov Qasım oğlu 22 mart 1970-ci ildə Ağdam rayonunun Salahlı kəndində anadan olub. 1977-ci ildə Salahlı kənd orta məktəbinin birinci sinifinə gebib və səkkizinci sinifə qədər orada təhsil alıb. 1985-ci ildlə Bakıya gələrək təhsilini burada davam etdirir. 1992-ci ildə könüllü olaraq hərbi komissarlığa müraciət edərək döyüşlərə göndərilməsini xahiş edir.

Mediaxeberleri.az-ın məlumatına görə, İxtiyarı “N” saylı hərbi hissəyə təhkim edirlər və o, döyüşə kəşfiyyatçı kimi başlayır. O, ilk günlərdən özünə ad-sad qazanır və seçdiyi düzgün qərarın nəticəsi olaraq Qazançı kəndində ermənilərin üç PDM-si, bir zirehli maşını və onlarla canlı qüvvəsi məhv edildi. 1992-ci il mayın 15-də Ağdamın Abdal-Gülablı kəndinin müdafiəsində xüsusi fərqlənir. 1992-ci il 14 iyul tarixdə ermənilər Canyataq kəndinə hücuma keçirlər, burada bir neçə döyüşçü yaralanır. İxtiyar kəndin müdafiəsi zamanı axıra qədər vuruşur, təkbaşına düşmənin qarşısını saxlayır və qəhrəmanlıqla həlak olur. O, yaralı döyüş yoldaşlarının erməni qəsbkarlarının əlinə keçməməsi üçün özünü qabağa ataraq əks hücumun qarşısını almağa çalışır. Yaralıları xilas edirlər, İxtiyar özü isə qəhrəmancasına həlak olur.

Azərbaycan Respublikası prezidentinin 7 dekabr 1992-ci il tarixli 350 saylı fərmanı ilə Qasımov İxtiyar Qasım oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.

Salahlı kənd qəbristanlığında dəfn edilib.

Vaxtilə oxuduğu Salahlı kənd orta məktəbi onun adını daşıyır.

22 mart həmçinin Azərbaycanın Milli qəhrəmanı Əsəd Əsədovun da doğum günüdür.

Əsəd Soltan oğlu Əsədov 1956-cı il martın 22-də Zəngilan rayonunun Turabad kəndində anadan olub. Hərbi təyyarəçi kimi Qarabağ səmasında rəşadətlə vuruşub, düşmənə ağır zərbələr vurub.

29 oktyabr 1991-ci il AN-2 təyyarəsinin komandiri Əsəd Əsədov 7 nəfər uçuş və texniki heyətlə Yevlax aeroportundan səmaya qalxdı. Xocalı aeroportunda ermənilərdən ibarət işçi qrupunu aeroportun texniki istismarından uzaqlaşdiran AZAL-ın əməkdaşları şərəfli missiyanı yerinə yetirib geriyə uçarkən təyyarə düşmən tərəfindən ALAZAN raketi ilə vuruldu. Cəsur komandir bu uçuş zamanı heyət üzvləri ilə birlikdə həlak oldu.

Azərbaycan Respublikası prezidentinin 25 noyabr 1992-ci il tarixli 337 saylı fərmanı ilə Əsədov Əsəd Soltan oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.

Zəngilan rayonunda dəfn edilmişdir.

Zəngilan rayonu Turabad kənd orta məktəbi və Mincivan qəsəbəsindəki mərkəzi küçələrdən biri onun adını daşıyır.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

23:10 İlham Əliyevin əfv sərəncamı sabah icra olunacaq+ SİYAHI Sərəncam sabah icra olunacaq. Azərbaycan Prezidenti İlham Əliyev bu gün əfv haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az dövlət başçısının saytına istinadən həmin sərəncamı və əfv olunan şəxslərin siyahısını təqdim edir: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan
12:57 Bu gün Əli Həsənov 55 illik yubileyini qeyd edir Bu gün Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun ad günüdür. Trend-in məlumatına görə, Əli Məhəmmədəli oğlu Həsənov 10 mart 1960-cı ildə Naxçıvan Muxtar Respublikasının Şərur
09:00 Məhəmməd Əmin Rəsulzadənin vəfatından 60 il ötür Bu gün Şərqdə ilk demokratik respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin anım günüdür. M.Ə.Rəsulzadə 1884-cü il, yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub. Gənc yaşlarında sosial demokratlarla birgə «Hümmət» təşkilatının yaranmasında
00:04 Xocalı soyqırımından 23 il ötür Faciədə 613 Xocalı sakini qətlə yetirilmişdir. Ermənilərin Azərbaycanın Xocalı şəhərində törətdiyi soyqırımının 23 ili tamam olur. Mediaxeberleri.az xəbər verir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərini
01:01 Qaradağlı faciəsi - 23 il Ermənilər Xocavənddə əhalini xüsusi amasızlıqla öldürüblər Bu gün Ermənistan silahlı qüvvələrinin Xocavənd rayonunun Qaradağlı kəndini işğal etməsindən 23 il ötür. Erməni hərbi birləşmələri Rusiya silahlı qüvvələrinin Xankəndidə dislokasiya olunan 366-cı motoatıcı alayının hərbi texnikasının və

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az