Mediaxeberleri.az - 1945 ci ilin yazında sovet ordusunun Şerq, müttəfiq qoşunlarin isə Qərb cəbhəsindən qarşısıalınmaz hücumu faşist Almaniyasının məğlubəyyətini qaçılmaz etmişdi. Xüsusilə də, təbii və strateji xammalrdan məhrum olmuş almaniya demək olar ki, ciddi müqavimət göstərmək imkanlarına malik deyildi. Belə bir şəraitdə 1945 ci il aprelin 25 də başlanmış sovet qoşunlarının Berlin uğrunda irimiqyaslı hərbi əməliyyatının uğurla başa çatacağı əvvələcədən məlum idi. Təbii ki, Berlinin alınması bütün döyüşən tərəflər üçün propaganda və psixoloji baxımdan əhəmiyyətə malik idi. Belə ki, hələ 1943 cü ildə ABŞ prezidenti F.D.Ruzvelt “Ayova” linkornda çıxış edərək “ Biz Berlinədək çatmalıyıq. ABŞ mütləq Berlini almalıdı. Sovetlərsə şərqdəki əraziləri götürə bilərlər” deyərək beyanat vermişdi. ” 1944 cü ilin oktyabrında isə İ.Stalin inqilabın 27 ci ildönümü ilə bağlı çıxışında demişdi : “ İndi, sovet ordusunun qarşısında son missiya var. Alman – faşist ordusunu darmadağım etmək və Berlin üzərində qələbə bayrağını sancmaq. ” Britaniya baş naziri U.Çörçill 1945 ci il aprelin əvvələrində Avropadaki ekspedisiya qüvvələrinin baş komandanı general D. Eyzenhauerə yazdığı məktubda belə qeyd etmişdi : “ Mən Berlin üzərinə hücuma daha böyük əhəmiyyət verirəm. Fövqəladə dərəcədə belə hesab edirəm ki, biz ruslarla bacardıqca daha çox Şərqdə görüşməliyik.”
Göründüyü kimi, tərəflər Berlinin alınması istiqamətində daha çox maraqlı olduqlarını açıq şəkildə ifadə edirdilər. Həmin ərəfədə A.Hitler qərb cəbhəsində döyüşən bir sıra alman hərbi hissələrini şərq cəbhəsinə - sovet qoşunlarında qarşı – döyüşə cəlb etməyə məcbur olmuşdu. Ancaq, bu günə kimi hələdə tarixdə dəqiq məlum deyil ki, nəyə görə general D. Eyzenhauer müttəfiq qoşunların Berlin üzərinə hücumunu təşkil etməməklə şəhəri faktiki olaraq sovet qoşunlarının ixtiyarına vermişdi. Çünki, məhz şərq cəbhəsində irəliləyən sovet qoşunları paytaxt Berlin üçün birbaşa real təhlükə yaratmışdı. Lakin, sonralar Berlin şəhərinin işğal zonalarına bölüşdürülməsi faktı D. Eyzenhauerin həmin dövrdə doğru qərar qəbul etdiyini təsdiqləyir.
Məğlubiyyətin labüd olduğunu başa düşən nasist rəhbərləri ayrılıqda müttəfiqlərlə ikitərəfli əlaqələrə girməyə cəhdlər edirdilər. Hələ aprelin ortalarında Daxili İşlər naziri H. Himmler isveç diplomatı F.Bernadot vassitəsilə ABŞ və Britaniya komandanlığı ilə əlaqə yaratmağa cəhd etmişdi. Lakin, müttəfiqlər hər hansı bir formada H.Himmlerlə əlaqə saxlamaqdan imtina etmişlər.
Artıq heç bir xilas yolunun olmadığını anlayan Hitler aprelin 30 da Berlinde gizləndiyi bunkerdə intihar edir. Lakin, ölümündən bir gün əvvəl aprelin 29 da Y. Braunla rəsmi nigaha daxil olan Hitler katibəsi T. Yunkeyə öz vəsiyyətnaməsini diktə edir. Vəsiyyətnaməyə əsasən, qross – admiral K. Dönitç Reyxsprezident, Y. Göbbels ( Goebbels ) isə, Reyxskansler təyin edilir.
Mayın 1 də vermaxtın quru qoşunları baş qərərgah rəisi general H. Krebs sovet hərbi qərargahına gələrək general – polkovnik V. Çuykovla görüşür. O, fürerin intihar etdiyini bildirir və Göbbelsin yazdığı məktubu təqdim edir. Göbbels həmin məktubda hərbi əməliyyatların dayandırılmasını, yeni təyin edilmiş rexskansler kimi yeni hökuməti formalaşdırdıqdan sonra sülh danışıqlarına başlamağı təklif edirdi. Lakin, sovet tərəfi həmin təklifi rədd edir. Rədd xəbərini eşidən Göbbels əvvəlcə altı uşağını və arvadı Maqdanı zəhərləyib öldürür. Sonda isə, özüdə zəhər içərək intihar edir.
Mayın 2 də prezident K. Dönitçin rəhbərliyi ilə yeni alman hökumətinin ilk iclası kecirilir. İclasda əsas müzakirə edilən məsələ sovet qoşunlarının tutduğu ərazilərdə alman vətəndaşlarının təhlükəsizliyi məsələsi olur. Dogurdanda həmin ərazilərdə humanitar vəziyyət fəlakət həddinə çatmışdı. Vəziyyətin pisləşməsinə təsir edən əsas faktorlardan biri həmin ərazilərdə sovet qoşunlarının kütləvi şəkildə soyğunçuluq və qarətlə məşğul olması və, alman qadınlarının sovet əsgərləri tərəfindən zorlanması hallarının geniş yayılması idi. İclasda eyni zamanda, alman qoşunlarının lokal kapitulyasiyası haqqında qərar qəbul edilir.
Beləliklə, yeni alman hökumətinin qərarına uyğun olaraq, Qərb cəbhəsindəki alman qoşunları kapitulyasiya aktına imza edirlər. Belə ki, mayın 4 də Hollandiya, Danimarka və Şimal – Qərbi Almaniyadakı alman orduları Britaniya feldmarşalı B. Montqomerinin qərargahında kapitulyasiya aktını imzalayırlar. Mayın 5 də isə, Bavariya və qərbi Avstriyadakı ordu amerikanlılara təslim olurlar.
Burada diqqəti cəlb edən əsas məsələ ondan ibarətdir ki, Almaniyanın kapitulyasiyasi haqqında danışıqları döyüşən tərəflərin siyasi hakimiyyətləri deyil məhz hərbiçilər aprırdı. Bu isə təsadüfi deyildi. Hələ Birinci Dünya müharibəsinin yekunu kimi 1918 ci ilin noyabrında Almaniyanın kapitulyasiyasına dair imzalanmış müqavilə hərbi deyil, daha çox siyasi – diplomatik xarakterli olduğu üçün almaniyada hərbiçilər və əhalinin əksəriyyəti tərəfindən qəbul edilməmişdi. Ona görədə, müttəfiqlər 1945 ci il kapitulyasiyasının tam hərbi xarakter daşımasının vacib olduğunu nəzərə alaraq, həmin aktı birbaşa alman həbçiləri ilə imzalamağı qərara almışlar
Mayın 4 də Vermaxtın Ali komandanlığının operativ rəhbərlik Qərargahının rəisi general A. Yodl Fransanın Reyms şəhərində D.Eyzenhauerlə görüşərək, alman ordusunun tam kapitulyasiyasinın şərtləri haqqında danışıqlara başlayır.
Sonralar sovet, müasir dövrdə isə rusiya propaqanda maşını əsasən belə bir təbliğat aparmağa cəhd edir ki, guya müttəfiqlər həmin dövrdə sovetlərdən gizli şəkildə almanlarla danışıqlar aparmışlar. Halbuki, tarixi faktlar və sənədlər bunun doğru olmadığını sübut edir. Məhz mayın 4 də D.Eyzenhauer SSRİ Baş qərargah rəisi ordu generali A. Antonova məktub göndərir. D.Eyzenhauer həmin məktubda almaniyanın total kapitulyasiyasına dair danışıqlara başlamaq üçün sovet nüməyəndəsinində iştirakını təklif edir. Lakin, həmin təklifə sovet rəhbərliyindən heç bir reaksiya verilmir. Halbuki, həmin dövrdə hökumət binası ve Rexstaq (Parlament binası) artıq sovet qoşunları tərəfindən tutlmuşdu. Buna baxmayaraq, sovet rəhbərliyi hərbi əməliyyatları dayandırmaq niyyətində deyildi. Bunu isə yalnız onunla izah etmek olar ki, Stalin müttəfiqlər qarşısında “ hərbi perfomans” göstərməkdən xüsusi zövq alırdı.
Bundan əlavə, Stalinin geostrateji məqsədi tam fərqlli idi. Belə ki, ilk dəfə idi ki, Avropadakı mövcud hərbi – siyasi vəziyyət sovet qoşunlarına avropanın geniş ərazilərinə daxil olmaları üçün real imkanlar yaratmışdı və Stalin bu imkandan daha çox faydalanmaq niyyətində idi. Məhz ona gərə də, sovet rəhbərliyi planlı şəkildə Eyzenhauerin təklifinə reaksiya verməmişdi.
Mayın 7 də D.Eyzanhauer müttefiq qoşunlar yanında sovet hərbi missiyasının rəhbəri genral – mayor İ.Susloparovu Reymsdəki Baş qərargaha dəvət edir. Görüş zamani D.Eyzenhauer Almaniyanın kapitulyasiyası haqqında sənədin imzalanacağını bildirir və İ. Susloparova sovet tərəfindən həmin sənədə imza atmağı təklif edir. Lakin, İ.Susloparovun belə bir sənədi imzalamaq səlahiyyəti yox idi. Ona görə də o, Moskvaya təcili teleqramm göndərir. Ancaq, Moskvadan hər hansı bir rəsmi cavab daxil olmadığı üçün general İ.Susloparov birtərəfli şəkildə məsuliyyəti öz üzərinə götürərək danışıqlarda iştirak edir.
Beləliklə, 1945 ci il mayın 7 də saat 02:41 də Fransanın Reyms şəhərində müttəfiq qoşunların Baş qərargahının yerləşdiyi Texniki Kollecin binasında dörd bənddən ibarət Almaniyanın kapitulyasiyası barədə protokol imzalanır. Protokolu almaniya tərəfdən general A.Yodl, anqlo – amerikan ordusu adından generlal U.Smitt, SSRİ tərəfdən general İ.Susloparov, Fransa tərfdən isə, müşahidəçi statusunda general F.Sevez imzalayırlar.
General İ.Susloparov həmin sənədə əlavə etmək şərti ilə imzalayır. Həmin əlavəyə əsasən qeyd edilirdi ki, müttəfiq tərəflərdən hər hansı birinin istəyi ilə daha yeni bir kapitulyasiya aktı imzalana bilər. Ancaq sənəd imzalandıqdan sonra İ.Susloparov Moskvadan kapitulyasiya haqqinda aktı imzalamamaq barədə qəti göstəriş alır. Lakin , artıq gec idi. Belə bir sənədin artıq imzalandığını eşidən İ.Stalin isə belə deyir: “Müttəfiqlər tərəfindən Reymsdə imzalanmış müqaviləni ləğv etmək olmaz. Lakin, onu qəbulda etmək olmaz.”
Əslində, İ.Susloparov protokolu imzalamaqla doğru addım atmışdı. Əgər general İ.Susloparov Reyms protokolunu imzalamasaydı o zaman, SSRİ mexaniki olaraq, Almaniya ilə müharibə vəziyyətində olan yeganə ölkə kimi qalırdı. Belə bir şəraitdə isə, yeni alman hökuməti ilə müttəfiqlərin hansı münasibətləri qura biləcəyi məlum deyildi. Ola bilərdi ki, son anda avropada sovet işğalının dayandırılması üçün müttəfiqlərlə yeni alman hökuməti arasında razılaşma əldə edilsin və belə bir etimal daha real görünürdü. Bu zaman, müharibə istiqamətini dəyişərək bu dəfə, şərqi avropa xalqlarının rus istilasından xilası xarakterini ala bilərdi.
Mayın 8 də Britaniya Baş naziri U.Cörcill radio ilə xalqa müraciət edərək Almaniya üzərində qələbəni elan edir. Lakin, sovet tərəfi yeni bir aktın imzalanmasını tələb edir. Beləliklə, mayın 8 də Berlin yaxınlığındakı Karlsxorst qəsəbəsində hərbi – mühəndislər uçilişinin yemekxana binasında almaniyanın kapitulyasiyası haqqında akt imzalanır. Həmin aktı almaniya tərəfdən V. Keytel, Q. Ştumpf və fon Frideburq imzalayırlar. Akt mərəzi avropa vaxtı ilə mayın 8 də saat 22:43 də Moskva vaxtı ilə isə mayın 9 da saat 00:43 də imzalanır.
Sovet tərəfinin əsasız iddialarına baxmayaraq, əslində həmin akt hüquqi baxımdan Reyms aktının ratifikasiyasından başqa bir şey deyildi. Çünki, sənədə demək olar ki, heç bir dəyişilik edilməyib. Yalnız Sovet Hərbi Komandanlığı sözü Qırmızı Ordunun Baş Komandanlığı termini ilə əvəz edilib. Bundan başqa sənəd ingilis, rus və alman dillərində hazırlanıb və yalnız ingilis və rus dillərindəki sənədlər rəsmi statusa malikdi. Bununla yanaşı aktı imza edın marşal Jukov, marşal Tedder, general Spatts və general Tassini iştirakçı (şahid) qismində sənədi imzalamışlar.
Beləliklə, hüquqi baxımdan demek olar ki məhz, 7 may tarixli Reyms Aktı İkinci Dünya müharibəsinin başa çatdığını təsdiq edən hüquqi sənəd olmuşdu.
Öz şərhini bildir: