t s

» » Yığmamız ikinci yeri tutdu, "pley-off"a vəsiqə qazandı

Yığmamız ikinci yeri tutdu, "pley-off"a vəsiqə qazandı

22-03-2015, 08:46 Yazar:  Məmməd Məmmədov Baxılıb: 691 Çap et
Yığmamız ikinci yeri tutdu, "pley-off"a vəsiqə qazandıFutzal üzrə Avropa çempionatının əsas seçmə mərhələsində millimizin çıxış etdiyi IV qrupun son turunun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, yığmamızın Ukrayna ilə keçirdiyi qarşılaşmadan sonra qrup birincisinin kimliyi bəlli olmalı idi.

Əvvəlcə Sərhədçi İdman Olimpiya Mərkəzində Danimarka və Belçika komandaları üz-üzə gəliblər və ikincilər qələbə qazanıb. Ardınca isə qrupun ən çox gözlənilən Azərbaycan - Ukrayna qarşılaşması baş tutub. Hər iki komanda ilk iki turdan sonra 6 xal toplamışdı. Top fərqinə görə turnir cədvəlinin ilk pilləsində qərarlaşan millimizə Avropa çempionatının final mərhələsinə adlamaq üçün heç-heçə də bəs edirdi.

Lakin yığmamız rəqibinə 2:3 hesabı ilə uduzaraq, qrupu ikinci pillədə tamamlayıb. Bu isə o deməkdi ki, komandamız sentyabrda digər qrupların ikincilərindən biri ilə "pley-off" oyunu keçirəcək. Ukrayna millisi isə maksimum nəticə ilə Avropa çempionatına birbaşa vəsiqə qazanıb.

Qeyd edək ki, yığmamız əvvəlki görüşlərdə Belçikanı 3:1, Danimarkanı isə 11:2 hesablı məğlubiyyətə uğradıb.


AVRO-2016-nın əsas seçmə mərhələsi
IV qrup
21 mart


Danimarka - Belçika - 3:5
Qollar: Veis, 17, 36; Falk, 39 - Kanaris, 1; Sababti, 5, 8; Rahu, 25; Çaibai, 29

Azərbaycan - Ukrayna - 2:3
Qollar: Eduardo, 31; Rafael, 40 - Bilotservikets, 5; Sorokin, 27; İvanyak, 33

1. Ukrayna 3 3 0 0 17-6 9
2. Azərbaycan 3 2 0 1 16-6 6
3. Belçika 3 1 0 2 8-15 3
4. Danimarka 3 0 0 3 7-21 0




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

02:04 Avropa Liqasının ¼ final mərhələsində rəqiblər bəlli olub Martın 20-də UEFA-nın İsveçrənin Neon şəhərində yerləşən mənzil-qərargahında futbol üzrə Avropa Liqasının ¼ final mərhələsinin püşkü atılıb. Mediaxeberleri.az-ın məlumatına görə, püşkün nəticələri belədir: “Dnepr” (Ukrayna) – “Brügge” (Belçika) “Dinamo Kiyev” (Ukrayna) “Fiorentina” (İtaliya)
08:36 "Beşiktaş” vidalaşdı, "Fiorentina” və "Ayaks" növbəti mərhələdə! Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, eyni gündə baş tutan bütün qarşılaşmalarda 1/4 finalçıllar bəlli olub. Türkiyənin turnirdə yeganə təmsilçisi “Beşiktaş” İstanbulda Belçika “Brügge”si ilə qarşılaşıb. İlk görüşdə rəqibinə uduzan
23:51 Futzal üzrə yığmamız Danimarkanı darmadağın etdi 9-2 Martın 19-da “Sərhədçi” İdman Olimpiya Mərkəzində futzal üzrə Avropa çempionatının əsas seçmə mərhələsinin növbəti oyununda Azərbaycan və Danimarka milli komandaları qarşılaşıb. Mediaxeberleri.az AZƏRTAC-a istinadən xəbər verir ki, gərgin idman mübarizəsi şəraitində keçən görüşdə Azərbaycan milli
17:45 Qadın güləşçilərimiz Dünya Kubokunda ən yaxşı nəticə göstərib Azərbaycanın qadın güləşçiləri Dünya Kubokunda 5-ci yeri tutublar. Azərbaycan Güləş Federasiyasından (AGF) Teleqraf.com-a verilən məlumata görə, Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində qadın güləşi üzrə böyüklər arasında keçirilən Dünya Kuboku yarışlarında Azərbaycanla yanaşı, Yaponiya,
08:57 İdmançılarımız Dünya Kuboku üçün yarışacaqlar Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində qadın güləşi üzrə böyüklər arasında Dünya Kuboku yarışları keçirilir. Güləş Federasiyasından “Qafqazinfo”ya verilən məlumata görə, yarışda Azərbaycanla yanaşı, Yaponiya, Polşa, ABŞ, Rusiya, Ukrayna, Monqolustan və İsveç güləşçiləri iştirak edir.

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az