t s

» » Piyada keçidi ilə bağlı qayda: Onu pozan sürücüyə 100, piyadaya 50 manat cərimə...

Piyada keçidi ilə bağlı qayda: Onu pozan sürücüyə 100, piyadaya 50 manat cərimə...

1-05-2017, 16:13 Yazar:  Nuhu Baxılıb: 181 Çap et
Piyada keçidi ilə bağlı qayda: Onu pozan sürücüyə 100, piyadaya 50 manat cərimə...Bir neçə gün öncə Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyevin piyada keçidi ilə bağlı verdiyi açıqlama rezonansa səbəb olub. Qeyd olunub ki, İnzibati Xətalar Məcəlləsinə piyadalara yol verilməməsi ilə bağlı dəyişikliklər edilib.

Bundan sonra sürücülər piyada üçün ayrılan keçiddə ona yol vermək məcburiyyətində deyil. Yəni, sürücü piyadanın hərəkət surətinə, istiqamətinə mane olmamaq şərti ilə hərəkətinə davam edə bilər.

K.Əliyev mediaya açıqlamasında bildirib ki, sürücü piyadanın hərəkətinə, hərəkət sürətinə mane olmamalıdır: "Əgər şəxs piyada zolağına yeni ayaq basıbsa, sürücü ikinci zolaqla hərəkət edirsə, o, dayanıb piyadanı gözləməməlidir. Əgər sürücü dayanıb 4-6 saniyə piyadanı gözləyərsə, həmin ərazidə nəqliyyat sıxlığı yarana bilər. Bu baxımdan sürücü piyadaya mane olmamaq şərtilə yolu ilə hərəkət edə bilər. Və yaxud şəhərdə çox zolaqlı yollar var. Sürücü dayanıb piyadanı saatlarla gözləməməlidir".

Yol-nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov isə Cebhe.info-ya açıqlamasında bildirib ki, əslində bu yenilik deyil: “Kamran Əliyev sadəcə olaraq bu haqda məlumat verib. Bu o demək deyil ki, piyada keçidi ilə əlaqədar olaraq qanuna dəyişiklik edilib. 1972-ci ildən bəri belədir. Yəni, piyada yoldakı avtomobillərin sürətini nəzərə alaraq keçməlidir. Sürücü görəndə ki, piyada keçiddə hərəkət edir, bu zaman lazım gələrsə, ona yol verməli, sürətini azaltmalıdır”. Piyada qəflətən sürücünün qarşısına keçərək ona mane olarsa, bu zaman 100 manat cərimə oluna bilər. Sürücü də əsassız yerə piyadanı geri qaçmağa məcbur edərsə, bu zaman o, 50 manat cərimələnər”.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

23:40 İlham Əliyev 7 sərəncam, 15 fərman imzaladı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasının Babək rayonunda Şəkərabad-Babək qəsəbə-Nehrəm-Arazkənd dairəvi avtomobil yolunun yenidən qurulması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az xəbər verir ki, bu barədə Prezidentin
15:18 Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
03:12 Sürücülərə şad xəbər: 60 manatlıq cərimə azalır, bal ləğv olunur Yolayrıcında piyadaya yol verməməyə görə 3 bal tətbiq edilməyəcək Mayın 1-dən qüvvəyə minməsi gözlənilən yeni İnzibati Xətalar Məcəlləsində (İXM) ciddi konseptual dəyişikliklər olmasa da, bəzi maraqlı məqamlar da var. Onlardan biri sürücülərlə piyadaların qarşılıqlı münasibəti ilə bağlıdır.
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə
23:10 İlham Əliyevin əfv sərəncamı sabah icra olunacaq+ SİYAHI Sərəncam sabah icra olunacaq. Azərbaycan Prezidenti İlham Əliyev bu gün əfv haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az dövlət başçısının saytına istinadən həmin sərəncamı və əfv olunan şəxslərin siyahısını təqdim edir: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az