t s
00:28  Mühacir jurnalistdən tanınmış vəkilə və APA-ya ağır İTTİHAM✍ 00:34  Daha bir Qarabağ qazisinin acınacaqlı durumu (FOTO, VİDEO)✍ 00:52  Laçınlılar üsyan edir: “İcra başçısı bizi vecinə almır” - Gərginlik✍ 06:06  Dünyaya qara qış gəlir - Xəbərdarlıq✍ 06:14  Putin Yaxın Şərqin xəritəsini çəkdi — Fələstin dövləti qurulmalıdır✍ 06:38  Azərbaycan üçün vəhabi təhlükəsi✍ 08:48  Quldurlara "sürpriz" - VİDEO✍ 08:54  Əmisi qızına təcavüz edən gənc öldürüldü – DƏHŞƏTLİ QİSAS✍ 09:40  Ramilə Haqqı - "Məni sevənim"✍ 10:02  Manat əksər xarici valyutalara nisbətdə ucuzlaşıb✍ 10:19  İşığın və qazın qiymətinin artırılması nələri bahalaşdıracaq?✍ 10:29  Bakı metrosunda HƏYƏCAN: 65 yaşlı kişi özünü qatarın altına atdı✍ 10:56  Fikrət Yusifov: Qiymət artımı qazdan və elektrik enerjisindən istifadə edən əhalinin 70 faizə qədərnə aid olmayacaq✍ 13:57  Manat neftin üzməsinə adaptasiya olunub✍ 14:01  Beytulla Hüseynov: Nazir tapşırmışdı ki, pulları Vidadi Zeynalova verək✍ 14:04  Azərbaycanın siyasi partiyalarına 2,5 milyon manat ayrılacaq✍ 14:06  Avropa.info-nun əməkdaşı çəkiliş apararkən qoçu dəstəsi tərəfindən vəhşicəsinə döyüldü – Kamerası və telefonu əlindən alındı, başını yararaq fiziki xəsarət yetirdilər (Video)✍ 14:07  Azərbaycanda pensiya xərcləri artırılacaq✍ 14:54  Metroda nasazlıq yaranıb✍ 15:23  Nazir: Qazın qiymətinin qalxmasına Rövnəq Abdullayev aydınlıq gətirsin✍ 
» » Azərbaycanlı aparıcı boşanmaq üçün pul istəyir - 10 MİN DOLLAR

Azərbaycanlı aparıcı boşanmaq üçün pul istəyir - 10 MİN DOLLAR

1-05-2017, 14:56 Yazar:  Nuhu Baxılıb: 358 Çap et
Azərbaycanlı aparıcı boşanmaq üçün pul istəyir - 10 MİN DOLLARHazırda fəaliyyətini dayandırmış ANS telekalında yayımlanan "Uşaqdan böyüyə" verilişinin aparıcısı İrəm Nəbiyeva (əsl adı İlahə) boşanma mərhələsindədir.
Mediaxeberleri.az-ın məlumatına görə, aparıcının 3 il öncə ailə həyatı qurduğu türk vətəndaşı Cenk Kocaer PrimeTime.az-a müraciət edib. O, bir ildir ki, İrəmdən boşanmaq istədiyini, lakin aparıcının onu məhkəmə salonlarında süründürərək ayrılmadığını deyib: “Boşanmanın əsas səbəbi həddindən artıq qısqanc olmasıdır. Bir məsələ ilə bağlı məni səhv başa düşmüşdü və iş yerimə zəng etmişdi. Onun bu hərəkətinə görə mən işimi itirdim. Polisəm, amma hazırda sürgünə göndərilmişəm. Buna görə də ayrılmağa qərar verdim. Məni bu vəziyyətə salan biri ilə yaşamaq istəmirəm”.

C.Kocaer İrəm Nəbiyevanın boşanmaq üçün ondan pul tələb etdiyini bildirib: "Məndən ayrılmaq üçün 10 min dollar pul tələb etdi. İstədiyi məbləği ona verdim. Hətta vəkili üçün tələb olunan 5 min TL (2500 azn) məbləğində vəsaiti də mən ödəmişəm. Amma məhkəmə günü məndən boşanmaq istəmədiyini dedi. Halbuki onunla protokol imzalamışdıq. İmzalanan razılaşmanı pozsa da qeyd etdiyim məbləği ondan geri almadım”.

Bir ildir evliliklərinin kağız üzərində davam etdiyini deyən Cenk ötən həftə baş tutan məhkəmə prosesinə İrəm Nəbiyevanın qatılmadığını söyləyib: “İrəm boşanmaqdan imtina etdikdən sonra məhkəmə tarixini yenilədik. Ötən həftə baş tutan prosesə isə qatılmadı. Eşitdiyimə görə, hələ də türk vətəndaşı ilə evliyəm, orada evim var, Cenk həyat yoldaşımdır deyir. Mənim onunla bir ildir ki, heç bir əlaqəm yoxdur. Sadəcə anlamadığım bir şey var. Bir ildir ki, boşanmaqdan imtina edir. Sevilmədiyini bilə-bilə niyə hələ də evliliyi davam etdirmək istəyir? Amma nə olsa da, onunla rəsmən ayrılmaq fikrindən dönməyəcəyəm".

Məsələyə aydınlıq gətirmək üçün İ.Nəbiyeva ilə əlaqə saxladıq. Xəbəri təkzib etməyən aparıcı buna belə aydınlıq gətirdi: “Sizə uşaqların sevimlisi İrəm vacibdir, yoxsa hansısa xarici ölkə vətəndaşı? Mənim haqda bu günə kimi nə isə neqativ xəbər eşitmisiniz? Hansısa şərəfsizin dediyinə inanmayın. Bu dəqiqə xəstəxanadayam. Anam xərçənglə mübarizə aparır. Əgər çıxan yazılara görə anamın səhhəti ağırlaşsa və ya dünyasını dəyişsə, sən buna görə cavab verə biləcəksən? Cenkə demişəm ki, səni süründürəcəyəm. Əlimdə o qədər dəlillər var. Vəkilim də hazırda bu işlə məşğul olur”.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:18 "Atam mənə elə sərvət qoyub ki, heç vaxt bitməyəcək” Bəxtiyar Məmmədov mərhum xanəndə Səxavət Məmmədovun oğludur. 8 yaşından Azərbaycan Dövlət Televiziyasında (AzTV) bir sıra uşaq verilişlərinin aparıcısı olan B.Məmmədov hazırda diplomatik fəaliyyətlə məşğuldur. 1984-cü ildə anadan olan B.Məmmədov 2001-ci ildə Bakı şəhəri 43 saylı litseyi fərqlənmə
11:50 PEYĞƏMBƏRLƏRİN HƏYATINDA VƏ KƏLAMLARINDA ƏTRAF MÜHİTƏ MÜNASİBƏT Dünya dinləri tarixinə nəzər salsaq peyğəmbərlərin kəlamlarında, hədislərində əhalinin ətraf mühitə münasibətlərini müəyyənləşdirən ekoloji fikirlərə rast gələrik. Onların həyat fəaliyyəti belə fikirlərlə doludur. Əhalinin yeni dinə iman gətirmələri üçün göstərdikləri möcüzələr bu baxımdan faydalı

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az