Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğvedicisi olduğu “United Credit Bank” ASC-nin kreditorlarına müraciət edib.Mediaxeberleri.az xəbər verir ki, müraciətdə deyilir ki, müflis elan edilmiş Banka qarşı tələblər 60 gün ərzində yazılı şəkildə qeydə alınacaq.
Kreditorlar öz tələblərinin hüquqi əsasını sübut edən sənədləri və aşağıdakı məlumatları təqdim etməlidirlər:
– kreditorun adı, ünvanı;
– tələbin əsas məbləğinə daxil edilən faizlərin və digər haqların məbləğləri;
– tələbin təminatı olan girov (ipoteka) və yaxud zəmanət barədə məlumat.
09:43
Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğvedicisi olduğu “United Credit Bank” ASC-nin (UCB) qarşısında borc öhdəliyi olan fiziki və hüquqi şəxslərə (bankın debitorlarına) müraciət edib.
Oxu.Az “Report”a istinadən xəbər verir ki, müraciətdə bildirilir ki, “Banklar haqqında” qanuna uyğun olaraq, UCB-nin adından yalnız ləğvedici və yaxud onun vəkil etdiyi şəxsin etdiyi hərəkətlər hüquqi qüvvəyə malik olur.
Banka borcu (krediti) olan və vaxtında ödənişləri həyata keçirməyən fiziki və hüquqi şəxslərə qarşı qanunvericiliklə nəzərdə tutulmuş qaydada tədbirlər görüləcək. Kredit təşkilatının müflis elan olunması borcların ödənilməməsinə əsas vermir.
Öz şərhini bildir: