t s

» »  Moskva Bakı ilə Ankaranı həmişəlik itirə bilər - əgər...

 Moskva Bakı ilə Ankaranı həmişəlik itirə bilər - əgər...

1-05-2017, 09:36 Yazar:  Günel Baxılıb: 102 Çap et
  Moskva Bakı ilə Ankaranı həmişəlik itirə bilər - əgər...Bu gün - mayın 1-də Azərbaycan və Türkiyənin Silahlı Qüvvələrinin birgə taktiki təlimləri başlayır. Xəbər verdiyimiz kimi, 5 gün çəkəcək təlimlərə qatılmaq üçün Türkiyə ordusunun şəxsi heyəti hələ təxminən 10 gün öncədən Azərbaycana gəlib və “N” saylı hərbi hissədə yerləşib.

Həmin hərbi hissəsinin cəbhə bölgəsinə yaxın olduğu ehtimal edilir. Yəni türk hərbçiləri, o cümlədən hava şahinləri - pilotlar erməni işğalçı qüvvələri ilə kifayət qədər yaxın məsafədə olacaqlar. Bu da Qarabağla bağlı hər hansı kritik situasiyada və fors-major vəziyyətlərdə Türkiyə-Azərbaycan sarsılmaz birliyini və müttəfiqliyinin növbəti parlaq nümayişi, düşmən ölkəyə aydın bir xəbərdarlıq ismarışı olacaq.

Bu xüsusda Türkiyə nümayəndə heyətinin rəhbəri, polkovnik Hakan Açıkgözun birgə təlimlərin əhəmiyyəti barədə dediyi sözlərini yada salmaq yerinə düşər. Türk zabit deyib: “Bu təlimlərdə qazanılan təcrübə iki ölkənin gələcək əməliyyat planlarına müsbət təsir göstərəcək. Təlimlərdə əsas məqsəd Azərbaycan və Türkiyə orduları arasında təcrübə mübadiləsini həyata keçirməklə koordinasiyanı inkişaf etdirmək, qərargahların müştərək planlaşdırması, bölmələrin hazırlığı və əməliyyatları icra etmə qabiliyyətini yüksəltməklə iki ölkənin hərbi bölmələrinin qarşılıqlı fəaliyyətinə nail olmaqdır”.

Qeyd edək ki, birgə təlimlərdə şəxsi heyətlə yanaşı, zirehli texnika, artilleriya qurğuları və minaatanlar, Hərbi Hava Qüvvələrinin döyüş və nəqliyyat helikopterləri, habelə qruplaşmanın havadan mühafizəsi məqsədi ilə müasir müdafiə kompleksləri ilə silahlanmış hava hücumundan müdafiə və zenit-raket bölmələri iştirak edir.

*****

Şübhə yox ki, bu il üçün ilk olan birgə təlimlər Azərbaycandan ötrü xüsusilə önəmli və qürurvericidir. Eyni zamanda ərazisinin 20%-i on illərdir işğal altında olan ölkəmiz üçün, Azərbaycan xalqı üçün, ordumuz üçün ruhlandırıcı bir hadisədir. Sülh danışıqlarının dalanda olduğu, müharibənin isə qapını kəsdirdiyi mürəkkəb və həssas bir dönəmdə Türkiyə kimi güclü və təcrübəli orduya malik qardaş bir ölkə ilə ortaq hərbi manevrlər ikiqat əhəmiyyət daşıyır; təkcə Silahlı Qüvvələrimizdə deyil, bütövlükdə xalqımızda özünə inamı möhkəmlədir. Paralel surətdə Ermənistan və havadarları üçün çəkindirici faktor rolu oynayır, Qarabağ məsələsində işğalçı tərəfi nəhayət ki, konstruktiv mövqe tutmağın zəruriliyi barədə bir daha ciddi düşünmək zorunda qoyur.

*****

Əlbəttə, daha yaxşı olardı ki, Azərbaycanla Türkiyə hərbi manevrlər keçirməklə yanaşı, Rusiya və Ermənistan kimi ortaq hərbi qruplaşma da yaratsın. Yəqin ki, zamanı çatanda bu da olacaq. Başqa sözlə desək, uzaq olmayan perspektivdə ortaq təlimlərin tədricən ortaq döyüş planlamalarına, vahid orduya gətirməsinin də şahidi ola bilərik. Bölgədə və onun ətrafında gedən qəliz və təhlükəli proseslər həm də bunu diktə edir.

Lakin vahid ordu heç də o demək deyil ki, o zaman Türkiyə və Rusiya Qarabağda, Güney Qafqazda qarşı-qarşıya gələ, toqquşa bilər. Əksinə, bölgədəki qüvvələr nisbətini, geosiyasi reallıqları ciddiyə alan Kreml o halda regional problemlərin dinc yolla həllinin vacibliyini başa düşüb də Ankara ilə daha sıx əməkdaşlığa can atacaq.

Hər halda müharibə Rusiyanın yaxın və orta perspektiv maraqlarına cavab vermir. Elə təkcə Türkiyə ilə Rusiya arasında on milyardlarla dollar iqtisadi anlaşma var və bu anlaşmalar öz reallaşmasını gözləyir (“Türk axını”, Akkuyu AES layihəsi, S-400 raket sistemləri ilə bağlı nəzərdə tutulan sövdələşmə və s.)

Bu və digər səbəbdən Rusiya strateji tərəfdaş saydığı Türkiyə ilə Cənubi Qafqazda qarşı-qarşıya gəlməyi əsla arzulamır. Arzulamırsa, o zaman Kreml potensial müharibə vəd edən və Türkiyənin də ona qoşulması real olan Qarabağ probleminin həlli üçün nəhayət ki, qol çirmələyib hərəkətə keçməlidir.

Belə bir məqam, zaman artıq yetişib. Moskva bunu etməyəcəksə, o zaman Azərbaycan əsgəri edəcək və nəticə etibarilə də Moskva nəinki Azərbaycanı, Türkiyəni də həmişəlik itirəcək - çoxmilyardlıq iqtisadi qazancların itkisi də öz yerində. Hazırkı Azərbaycan-Türkiyə ortaq təlimlərindən Kremlin payına düşən əsas mesaj da elə bundan ibarətdir.

Bir sözlə, top hələ ki Rusiyanın meydanındadır. Lakin heç də həmişəlik yox. Ümid edək ki, Türkiyə-Azərbaycan birgə təlimlərinin davam etdiyi günlərdə - mayın 3-də Soçiyə gedəcək prezident Rəcəb Tayyib Ərdoğan həmkarı Vladimir Putinlə təkbətək görüşündə bu kimi mühüm detalları da Kreml başçısının diqqətinə çatdıracaq.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

18:18 Bu, XX əsr tariximizin ən qanlı səhifəsidir Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
22:01 “Türkmənçay Bağlaşması” – Özgürlüyümüzün sınırı Türkel Araşdırma Qurumu sunur “Türkmənçay Bağlaşması” – Özgürlüyümüzün sınırı Soylu Atalı: Ürəyinizdə Günəş olsun sayğılı yurddaşlarımız! Bu gün Türkel Araşdırma Qurumu adına Azərbaycanın bir neçə aydını – Xaliq Bahadır, Yadigar Türkel, Abil Ulusoy, Əlisəfa bəy və mən, Soylu Atalı Azərbaycanın
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az