t s

» » Mənzilləri təkrarən ayrı-ayrı şəxslərə satan MTK-a sədri həbs edildi

Mənzilləri təkrarən ayrı-ayrı şəxslərə satan MTK-a sədri həbs edildi

18-02-2015, 15:14 Yazar:  Aygün Baxılıb: 870 Çap et
Mənzilləri təkrarən ayrı-ayrı şəxslərə satan MTK-a sədri həbs edildiAzərbaycanda tikinti şirkətlərindən birinin rəhbəri həbs edilib.

Baş Prokurorluğun mətbuat xidmətindən Mediaxeberleri.az-a verilən məlumata görə, “RUM” Mənzil Tikinti Kooperativinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

İstintaq zamanı İman Hüseynovun “RUM” MTK-nın direktoru vəzifəsində işləyərkən qulluq mövqeyindən istifadə edib rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə kooperativ tərəfindən Xətai rayonu, M.Hadi küçəsi 41 saylı ünvanda inşa olunmuş çoxmərtəbəli yaşayış binasında mənzilləri təkrarən ayrı-ayrı şəxslərə satmaqla 185 550 manat məbləğində özgə əmlakını aldatma və etibardan sui-istifadə etməklə ələ keçirməsində şübhələr üçün əsaslar olduğundan, ona Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

11:16 Ukraynada azərbaycanlılar yol polisini döyüb öldürdü Onları 10 ilədək həbs cəzası gözləyir. Ötən ilin payızında Ukraynanın Lvov şəhərində yol polisi əməkdaşı və üç azərbaycanlı arasında kafelərin birində mübahisə polisin amansızcasına döyülməsi ilə nəticələnib. Oxu.Az Ukrayna KİV-nə istinadən xəbər verir ki, hüquq mühafizəçisi aldığı xəsarətlərdən
22:12 Kürdəxanı təcridxanasında həbslər başladı - “Lamiyə olayı”na görə Şəmkirin keçmiş icra başçısı Aslan Aslanovun oğlunun qətlə yetirilməsində təqsirləndirilərək, həbs olunmuş məhkumlar Lamiyə Quliyeva və Vüqar Əliyevin işi ətrafındakı müəammalar artmaqdadır. Lamiyə Quliyevanın ANS-ə son açıqlaması isə onunla bağlı müəmmaları nəinki aydınlığa qovuşdurdu, əksinə,
09:10 Qocayevin həbsi, “Yevlaxlı Alik” və Ənvər Mustafayev... Həbs edilən “Azərbalıq”ın sabiq prezidenti vaxtilə qalmaqallı bir məhkəmə prosesində əsas fiqurantlardan biri olub... Xəbər verdiyimiz kimi, “Azərbalıq” Dövlət Konserninin sabiq prezidenti Ənvər Mustafayev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib.
23:07 “Kapital Bank”ın Füzuli filialında maxinasiyalar Camal Ocaqverdiyev dövlətin pullarını sələmə verir Artıq bir neçə müddətdir ki, qəzetimizin səhifələrində “Kapital Bank”ın Füzuli filialının fəaliyyətində yer alan çeşidli nöqsanlara dair materiallar dərc olunmaqdadır. Bu xüsusda redaksiyamıza təqdim edilən məlumatlarda filialın müdiri Camal
12:52 Afiq Əliyev Azərbaycana taxta vurub pul “yuyurmuş”... - Meşə korrupsionerinin işi Rusiyanın Prikamsk vilayətində azərbaycanlı biznesmen, Azərbaycana meşə materiallarının göndərilməsi ilə məşğul olan Afiq Əliyevin və ortağının işi məhkəməyə göndərilib. Virtualaz.org saytıxəbər verir ki, “Kommersant” qəzeti bu cinayət işi haqda yazır. Məqalədə bildirilir ki, biznesmen ƏDV

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az