t s

» » Göyçay rayonunda Novruz bayramı keçirilib - Fotolar

Göyçay rayonunda Novruz bayramı keçirilib - Fotolar

21-03-2015, 23:55 Yazar:  Ələddin Kəsəmənli Baxılıb: 1286 Çap et
Göyçay rayonunda Novruz bayramı keçirilib - FotolarQədim el bayramının gəlişi münasibəti ilə Göyçay rayonunun mərkəzi küçə, park və xiyabanları novruz adətlərini tərənnüm edən şuar və plakatlarla bəzədilmişdir.

Heydər Əliyev prospekti boyunca rayon icra hakimiyyəti başçısının kənd ərazi dairələri üzrə nümayəndəlikləri, təhsil, səhiyyə, mədəniyyət müəssisələri, müxtəlif idarə və təşkilatlar bayram nemətləri ilə bəzədilmiş süfrələr təşkil etmişlər. Bayram tədbirində rayon mədəniyyət evinin və kənd mədəniyyət evlərinin, uşaq musiqi məktəbinin kollektivləri, idmançılar və pəhlivanlar, gözbağlayıcılar, kəndirbazlar maraqlı çıxışlar etmişlər. Göyçaylı qadınlar palaz və kilimlər sərilmiş meydanda neyrə çalxalamaqla, yun əyirməklə cəyrə furlatmaqla, yumurta, səməni, qovurğa hazırlamaqla qədim adət-ənənələrimizi nümayiş etdirmişlər. Qədim musiqi alətlərindən ibarət sərgi «Novruz» bayramına aid kitab və rəsm güşəsi bayram iştirakçıları tərəfindən maraqla qarşılanıblar. Dədə-qorqud və bahar qız yurdumuza yazın gəlişini müjdələməklə elimizə, obamıza sülh, əminamanlıq, rüzi-bərəkət arzulamışlar. Meydanda alovlanan novruz tonqalı baharın ilıq nəfəsi kimi göylərə bülənd olmuşdur.

Göyçay rayon icra hakimiyyətinin başçısı cənab Mübariz Ağayev «Novruz» bayramı münasibəti ilə sakinlərə ən xoş arzularını bildirməklə rayonda regionların sosial-iqtisadi inkişafı dövlət proqramı çərçivəsində çoxsaylı sosial layihələrin həyata keçiriləcəyinin, yeni təhsil ocaqları istifadəyə veriləcəyini, şəhərin küçələrinində quruculuq-abadlıq və əsaslı yenidənqurma işləri aparıldığını və bundan sonra da sürətdə davam etdiriləcəyini qeyd etmişdir. Cənab M.Ağayev qeyd edib ki, qarşıdakı aylarda bu istiqamətdə işlər daha da geniş vüsət alacaqdır. Bayram tədbirində kosa və keçəlin məzəli oyunları, milli geyimli oğlan və qızların çıxışları, digər novruz personajlarının təqdim etdikləri səhnəciklər maraqla qarşılanmışdır. Bir-birini əvəz edən şən mahnılar, rəqs nömrələri, ilıq nəfəsli, yaşıl donlu, al-əlvan güllərdən çələng toxuyan bayharın gəlişinin müjdəsini vermişdir.
Bayram tədbirində Mingəçevir Xalq Dram teatrının Borçalı aşıqlarından ibarət musiqi kollektivlərinin çıxışları maraqla qarşılanmışdır. «Novruz» bayramı hər bir iştirakçıya sevinc və səadət bəxş etmişdir.

Mediaxeberleri.az-ın məlumatına görə Mübariz Ağayev bildirib ki, Göyçay rayonunda quruculuq və abadlıq işləri sürətlə aparılacaq, şəhərin siması dəyişlərək təmiz şəhərə çevirləcək. Bayram tədbirin sonunda keçəl və kosanın çıxışı dinlənilib rayon mədəniyyət işçilərinin musiqili ifaları ilə yekunlaşıb.

Göyçay rayonunda Novruz bayramı keçirilib - Fotolar
Göyçay rayonunda Novruz bayramı keçirilib - Fotolar
Göyçay rayonunda Novruz bayramı keçirilib - Fotolar
Göyçay rayonunda Novruz bayramı keçirilib - FotolarGöyçay rayonunda Novruz bayramı keçirilib - Fotolar




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

08:53 Əsgərlərimiz bayram edir "Ordumuz işğal altında olan torpaqlarımızı hər an azad etməyə hazırdır" Tərtər rayon ictimaiyyətinin və Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun nümayəndələrinin iştirakı ilə N saylı hərbi hissədə Novruz şənliyi keçirilib. Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Hərbi
23:20 Ağstafada yerləşən hərbi hissələrə bayram sovqatları paylandı Xalqımızın milli bayramı Novruzun gəlişi ilə əlaqədar olaraq Ağstafa rayon İcra hakimiyyəti tərəfindən rayon ərazisində yerləşən hərbi hissə və birliklərin şəxsi heyətinə bayram sovqatları təqdim edilmişdir. Ağstafa rayon İcra hakimiyyətinin rəhbərliyi və məsul işçiləri hərbi hissələrdə olmuş,
21:34 Ağstafada Novruz Bayramı münasibəti ilə ümumrayon tədbiri keçirildi Ağstafada İlaxır çərşənbə günü və Novruz bayramı münasibətilə bayram konserti baş tutdu Ağstafa şəhər S.Vurğun adına mədəniyyət və istirahət parkında Novruz bayramı münasibəti ilə geniş bayram tədbiri keçirilmişdir. Bayram şənliyində Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm
10:56 Astaranın icra başçısı yol üstündədir - Onun gediş qərarı verilib Prezident Adminstrasiyası Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov bu gün “Azər TAc”da yerli icra orqanlarının fəaliyyəti ilə bağlı məqalə ilə çıxış edib. Məqalədə bildirilir ki, Bakı şəhərinin bəzi rayonlarından və Ağstafa, Ağsu, Astara, Bərdə,

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az