t s

» » Qubada müəllimin intihara cəhd etməsinin səbəbləri məlum oldu

Qubada müəllimin intihara cəhd etməsinin səbəbləri məlum oldu

28-04-2017, 08:25 Yazar:  Nuhu Baxılıb: 307 Çap et
Qubada müəllimin intihara cəhd etməsinin səbəbləri məlum olduQuba rayonunda orta məktəb müəlliminin oteldə intihara cəhd etməsinin səbəbləri məlum olub.

Mediaxeberleri.az-ın Trend-ə istinadən məlumatına görə, intihara cəhd edən Ruslan Zərbəliyev son günlər özünə qapanıbmış. Bir neçə gün öncə R.Zərbəliyevin başında kəskin ağrılar başlayıb və o, Qubada bununla bağlı həkimə müraciət edib.

Həkim məsləhəti ilə o, sakitləşdirici dərmanlar qəbul edib. Həkim eyni zamanda, R.Zərbəliyevə sakit yerdə istirahət etməyi də məsləhət görüb. R.Zərbəliyev bu məqsədlə rayon ərazisindəki "Oscar" otelə gəlib. Otelə gələndən 1 saat sonra onda yenidən baş ağrıları başlayıb və o, məktub yazaraq intihara cəhd edib. Müəllimin intihara cəhd etməsindən xəbər tutan otel nəzarətçiləri hadisə yerinə dərhal təcili yardım çağırıb və o, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Məlumata görə, intihara cəhd edən R.Zərbəliyev hüquq-mühafizə orqanlarına verdiyi ilkin ifadəsində son günlər tez-tez özünə qapandığını və yaşamaq istəmədiyini bildirib. O deyib ki, psixi pozğunluq yarandığından son günlərdə insanlardan uzaq durmaq istəyib.

Faktla bağlı Quba rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.

Qeyd edək ki, aprelin 26-da Quba rayonunun Söhüb kənd orta məktəbinin müəllimi, Şamaxı rayonunun Göylər kənd sakini, 1990-cı il təvəllüdlü Ruslan Əlimustafa oğlu Zərbalıyev rayon ərazisindəki "Oscar" oteldə məktub yazaraq damarlarını kəsib.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

15:18 Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə
21:24 Manat ucuzlaşsa da, varlı təbəqə əyləncəsindən qalmır Ölkənin ən bahalı otel və istirahət mərkəzlərində Yeni il şənliyi ilə bağlı yerlərin demək olar ki, hamısı bron edilib Bu isə onu göstərir ki, imkanlı şəxslər dolların bahalaşmasından heç nə itirməyib Dolların qəfil bahalaşması camaatın Yeni illə bağlı bütün planlarını alt-üst etdi. İnsanların
23:17 Bu məktəblərin hər birinə 10 min manat veriləcək – SİYAHI Azərbaycan Prezidentinin İlham Əliyev 2014/2015-ci tədris ilində keçirilmiş “Ən yaxşı ümumi təhsil müəssisəsi” müsabiqəsinin qaliblərinin mükafatlandırılması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, 2014/2015-ci tədris ilində
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az