t s
00:28  Mühacir jurnalistdən tanınmış vəkilə və APA-ya ağır İTTİHAM✍ 00:34  Daha bir Qarabağ qazisinin acınacaqlı durumu (FOTO, VİDEO)✍ 00:52  Laçınlılar üsyan edir: “İcra başçısı bizi vecinə almır” - Gərginlik✍ 06:06  Dünyaya qara qış gəlir - Xəbərdarlıq✍ 06:14  Putin Yaxın Şərqin xəritəsini çəkdi — Fələstin dövləti qurulmalıdır✍ 06:38  Azərbaycan üçün vəhabi təhlükəsi✍ 08:48  Quldurlara "sürpriz" - VİDEO✍ 08:54  Əmisi qızına təcavüz edən gənc öldürüldü – DƏHŞƏTLİ QİSAS✍ 09:40  Ramilə Haqqı - "Məni sevənim"✍ 10:02  Manat əksər xarici valyutalara nisbətdə ucuzlaşıb✍ 10:19  İşığın və qazın qiymətinin artırılması nələri bahalaşdıracaq?✍ 10:29  Bakı metrosunda HƏYƏCAN: 65 yaşlı kişi özünü qatarın altına atdı✍ 10:56  Fikrət Yusifov: Qiymət artımı qazdan və elektrik enerjisindən istifadə edən əhalinin 70 faizə qədərnə aid olmayacaq✍ 13:57  Manat neftin üzməsinə adaptasiya olunub✍ 14:01  Beytulla Hüseynov: Nazir tapşırmışdı ki, pulları Vidadi Zeynalova verək✍ 14:04  Azərbaycanın siyasi partiyalarına 2,5 milyon manat ayrılacaq✍ 14:06  Avropa.info-nun əməkdaşı çəkiliş apararkən qoçu dəstəsi tərəfindən vəhşicəsinə döyüldü – Kamerası və telefonu əlindən alındı, başını yararaq fiziki xəsarət yetirdilər (Video)✍ 14:07  Azərbaycanda pensiya xərcləri artırılacaq✍ 14:54  Metroda nasazlıq yaranıb✍ 15:23  Nazir: Qazın qiymətinin qalxmasına Rövnəq Abdullayev aydınlıq gətirsin✍ 
» » Şərikini vəhşicəsinə döydürən tanınmış iş adamı tutuldu

Şərikini vəhşicəsinə döydürən tanınmış iş adamı tutuldu

27-04-2017, 21:38 Yazar:  Nuhu Baxılıb: 227 Çap et
Şərikini vəhşicəsinə döydürən tanınmış iş adamı tutulduŞəmkirli iş adamı Elbrus Məmmədov keçmiş şərikini vəhşicəsinə döydürdüyü üçün həbs edilib.

Mediaxeberleri.az musavat.com-a istinadən xəbər verir ki, DİN-nin Baş Cinayət Axtarış İdarəsinin əməliyyatçıları ilə Binəqədi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində Sankt-Peterburq şəhər sakini, iş adamı, eyni zamanda Yasamal rayonu ərazisində fəaliyyət göstərən “Olimpus” MTK-nın sahiblərindən biri, əslən Şəmkir rayonunun Şiştəpə kəndindən olan Elbrus Qədir oğlu Məmmədov həbs edilib.

Məlumata əsasən, iş adamının həbsi onun vaxtilə şəriki olmuş Rauf Məmmədovu amansızcasına döydürməsinə görə gerçəkləşdirilib. Hadisə 10 gün əvvəl Bakının mərkəzi küçələrindən birində baş verib. Rauf Məmmədovu vəhşicəsinə döyüb başına küt alətlə zərbələr endiriblər. Onun başının dərisi parça-parça olub, yara yerinə tikiş qoyulub.

Bu haqda sayta məlumat verən Elbrus Məmmədovun şəriklərindən biri olmuş Ruslan Abbasov deyib ki, Rauf Məmmədov döyüləndən sonra ona da “öldürüləcəksən” mesajı göndərilib. Ruslan Abbasov musavat.com-a bunları danışıb:

“Mənə də xəbər göndərib ki, Rauf Məmmədovla haqq-hesabımızı çürütdük, səninlə də haqq-hesab çəkəcəyik. Bu il fevralın 11-də Elbrus Məmmədov şəriki Mahir Qarayevə məni də döydürüb.

Hadisə Həsən Əliyev küçəsi 111-də baş verib və həmin hadisənin videosu da məndə var, polisə təqdim etmişəm. Mənim Elbrus Məmmədovdan 100 min dollar alacağım var. Şikayətimdən sonra Bakı Şəhər Baş Polis İdarəsində Mahir Qarayevin barəsində cinayət işi başlanıb. Tələb edirəm ki, mənim döyülməm faktı üzrə də Elbrus Məmmədovu cinayət məsuliyyətinə cəlb etsinlər”.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az