t s
00:28  Mühacir jurnalistdən tanınmış vəkilə və APA-ya ağır İTTİHAM✍ 00:34  Daha bir Qarabağ qazisinin acınacaqlı durumu (FOTO, VİDEO)✍ 00:52  Laçınlılar üsyan edir: “İcra başçısı bizi vecinə almır” - Gərginlik✍ 06:06  Dünyaya qara qış gəlir - Xəbərdarlıq✍ 06:14  Putin Yaxın Şərqin xəritəsini çəkdi — Fələstin dövləti qurulmalıdır✍ 06:38  Azərbaycan üçün vəhabi təhlükəsi✍ 08:48  Quldurlara "sürpriz" - VİDEO✍ 08:54  Əmisi qızına təcavüz edən gənc öldürüldü – DƏHŞƏTLİ QİSAS✍ 09:40  Ramilə Haqqı - "Məni sevənim"✍ 10:02  Manat əksər xarici valyutalara nisbətdə ucuzlaşıb✍ 10:19  İşığın və qazın qiymətinin artırılması nələri bahalaşdıracaq?✍ 10:29  Bakı metrosunda HƏYƏCAN: 65 yaşlı kişi özünü qatarın altına atdı✍ 10:56  Fikrət Yusifov: Qiymət artımı qazdan və elektrik enerjisindən istifadə edən əhalinin 70 faizə qədərnə aid olmayacaq✍ 13:57  Manat neftin üzməsinə adaptasiya olunub✍ 14:01  Beytulla Hüseynov: Nazir tapşırmışdı ki, pulları Vidadi Zeynalova verək✍ 14:04  Azərbaycanın siyasi partiyalarına 2,5 milyon manat ayrılacaq✍ 14:06  Avropa.info-nun əməkdaşı çəkiliş apararkən qoçu dəstəsi tərəfindən vəhşicəsinə döyüldü – Kamerası və telefonu əlindən alındı, başını yararaq fiziki xəsarət yetirdilər (Video)✍ 14:07  Azərbaycanda pensiya xərcləri artırılacaq✍ 14:54  Metroda nasazlıq yaranıb✍ 15:23  Nazir: Qazın qiymətinin qalxmasına Rövnəq Abdullayev aydınlıq gətirsin✍ 
» » Leş mafiyasına qarşı polis əməliyyatı – “Elba” MMC-də 6 ton murdar ət yaxalandı

Leş mafiyasına qarşı polis əməliyyatı – “Elba” MMC-də 6 ton murdar ət yaxalandı

27-04-2017, 13:48 Yazar:  Məmməd Məmmədov Baxılıb: 340 Çap et
Leş mafiyasına qarşı polis əməliyyatı – “Elba” MMC-də 6 ton murdar ət yaxalandı
Aprelin 26-da Daşkəsən rayonunun Quşçular kəndi ərazisində 6 ton murdar ət aşkarlanıb. Polisin keçirdiyi əməliyyat nəticəsində murdar ət “Elba 999” MMC-nin sözügedən kənddəki kəsim sexində tutulub.

Bu haqda müsavat.com-a Daşkəsən rayonundan məlumat daxil olub. Məlumatda bildirilir ki, “Elba 999” şirkətinin rayon ərazisindəki kəsim sexinin anbarına yığılan murdar ətlər kolbasa-sosis istehsalına gedəcəkmiş. Həmçinin sözügedən şirkətin Bakıdakı və ölkənin başqa rayonları ərazisindəki dönər mağazalarına burdan murdar ət göndərilirmiş.

Məlumatda bildirilir ki, murdar ətlər at-eşşək və ölmüş mal-qara ətləri olub. Bu məhsullar kəsim sexinə Daşkəsənin baş baytarı Füzuli Nağıyevin möhürü ilə qəbul edilib. Baytar həkim guya bu ətlərin mənşəyinin məlum olduğu, gigiyenik baxımdan normalara cavab verdiyi haqda arayış verirmiş. Mənbənin dediyinə görə, bu iş üçün həkimə “Elba 999” şirkətinin rəhbəri Elçin Rüstəmov rüşvət verirmiş.



Hazırda fakt üzrə araşdırma aparıldığı, saxlanılan şəxslərin istintaqa ifadə verdikləri bildirilir.

Xatırladaq ki, “Elba 999” MMC 1999-cu ildən Gəncə şəhərində fəaliyyət göstərir. Şirkətin bir neçə rayonda filialları, o cümlədən Daşkəsəndə kəsim fabriki var. 2015-ci ildə MMC-nin Gəncədəki ət kombinatının açılışında ölkə prezidenti İlham Əliyev iştirak edib. “Elba 999” MMC-nin Gəncədə və Bakıda Has Dönər Haus dönər şəbəkələri var. Deyilənə görə, həmin dönər məntəqələrində əhaliyə murdar ətdən hazırlanmış yeməklər satılır.

Musavat.com daxil olan məlumatda o da bildirilir ki, hazırda Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri Gəncəyə ezam olunub. Türkiyədə səfərdə olan nazir Heydər Əsədova da bu haqda məlumat verildiyi deyilir.

Əldə etdiyimiz məlumata görə, “Elba 999” MMC-nin sahibi Elçin Rüstəmov da istintaqa cəlb edilib. Onun barəsinə həbs-qətimkan tədbirinin seçiləcəyi istisna edilmir.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

19:32 Şadlıq evləri kolbasa və lüləkababdan imtina edəcək? - Restoranlardan at-eşşək əti ilə bağlı AÇIQLAMA Son zamanlar gündəmi zəbt edən at-eşşək əti barədəki xəbərlər istər-istəməz əhalidə narahatlığın yaranmasına səbəb olub. Məhz bunun nəticəsidir ki, son günlər restoranlara, şadlıq evlərinə gedən insanlar ət məhsullarından hazırlanan qidalardan istifadədə maksimum ehtiyatlı davranmağa çalışırlar.

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az