t s

» » AXCP sədrindən gənclərə 2018-ci il vədi: “Gənclərin də həyatını dəyişəcəyik”

AXCP sədrindən gənclərə 2018-ci il vədi: “Gənclərin də həyatını dəyişəcəyik”

27-04-2017, 13:41 Yazar:  Məmməd Məmmədov Baxılıb: 130 Çap et
AXCP sədrindən gənclərə 2018-ci il vədi: “Gənclərin də həyatını dəyişəcəyik”
“Hökumət adamları uğurlu gənclər siyasətindən danışanda onları dartıb televizya ekranından çıxartmaq və əyalətlərdə, elə mərkəz Bakının “gecəqondu”larında yaşayan gəncləri göstərmək istəyirsən. Gənclər siyasəti 5-10 nəfər hakimiyyətə tərif deyən gənclərlə ölçülmür. Azərbaycan gənci çoxdur və müxtəlif fikirlərin daşıyıcılarıdır. Onların böyük bir hissəsi müxalif düşüncəlidir. Amma təbii ki, uğurlu gənclər siyasəti deyiləndə onlar nəzərdə tutulmur”.

Mediaxeberleri.az
xəbər verir ki, bunu AXCP sədri Razi Nurullayev bildirib.

Partiya sədrinin sözlərinə görə, ölkədə uğurlu gənclər siyasəti yoxdur: “Əgər bir gənc 100-200 manatlıq iş gəzib tapa bilmirsə, hansı uğurdan danışaq? Bir gəncin evi yoxdursa, yaxud ev almağa, kredit götürməyə, ipotekaya girməyə imkanı yoxdursa, nə uğur? Əgər o gənc gözləri qamaşdıran, haram pullarla, rüşvətlə tikilən məmur villalarını görüb köks ötürürsə, o villada başıqapazlı fəhlə işləyirsə, nə uğurbazlıq?

Bir gənc ali təhsil alandan sonra da gedib fəhlə işi axtarırsa, nə uğurbazlıqdır? Əgər bir gənc sevdiyi qızı heç olmazsa bir dəfə normal bir kafeyə apara bilmirsə, ona ətir və gül hədiyyə edə bilmirsə, nə uğur? Əgər bir gəncin gələcəyə ümidi yoxdursa və ölkəni tərk edib Almaniyada, Fransada yaşamaq istəyirsə, nə uğurbazlıq? Əgər bu gün gənclər müxalifətin piketlərində, mitinqlərində şəkil çəkdirib ölkədən gedib xaricdə yaşamaq istəyirsə, nə uğur? Gedin, kəndlərdə yaşayan gənclərin vəziyyətinə baxın.

Gedin, işsizlikdən, ümidsizlikdən narkomana çevrilən, iynə vuran gənclərə baxın. Gənclər bu ölkənin gələcəyidir, torpaq uğrunda ölən şəhidlərdir. Onlara münasibəti dəyişəcəyik”.

R.Nurullayev sözlərinə “2018-ci il bizim üçün siyasi dəyişiklik ilidir” deyə davam dib: “Bu dəyişikliyə nail olub, gənclərin də həyatını dəyişəcəyik”.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:18 "Atam mənə elə sərvət qoyub ki, heç vaxt bitməyəcək” Bəxtiyar Məmmədov mərhum xanəndə Səxavət Məmmədovun oğludur. 8 yaşından Azərbaycan Dövlət Televiziyasında (AzTV) bir sıra uşaq verilişlərinin aparıcısı olan B.Məmmədov hazırda diplomatik fəaliyyətlə məşğuldur. 1984-cü ildə anadan olan B.Məmmədov 2001-ci ildə Bakı şəhəri 43 saylı litseyi fərqlənmə
11:50 PEYĞƏMBƏRLƏRİN HƏYATINDA VƏ KƏLAMLARINDA ƏTRAF MÜHİTƏ MÜNASİBƏT Dünya dinləri tarixinə nəzər salsaq peyğəmbərlərin kəlamlarında, hədislərində əhalinin ətraf mühitə münasibətlərini müəyyənləşdirən ekoloji fikirlərə rast gələrik. Onların həyat fəaliyyəti belə fikirlərlə doludur. Əhalinin yeni dinə iman gətirmələri üçün göstərdikləri möcüzələr bu baxımdan faydalı
14:22 AXCP sədri Razi Nurullayev: "Hakimiyyət bizim proqramdan istifadə etdi, amma..."- MÜSAHİBƏ AXCP sədri: "Hakimiyyətin içərisində Əli Kərimlini saxlayan qüvvələr var" Mediaxeberleri.az AXCP sədri Razi Nurullayevin Modern.az saytına müsahibəsini təqdim edir. -Razi bəy, son zamanlar görünmürsünüz. Deyəsən işləriniz çoxdur. -Əksinə, mən çox görünürəm. Əslində mənim problemim elə çox
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az