Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Şöhrət Amanovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Mediaxeberleri.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Ş.Amanova 9 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, Ş.Amanova bir sıra şəxslərdən qızına cehiz, geyim alıb, pulu verməyib. Buna görə, onun barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.
Öz şərhini bildir: