t s

» » 2 icra başçısından PA-ya şikayət olundu - Yarım milyonunu itirən sahibkarı kimlər aldadıb

2 icra başçısından PA-ya şikayət olundu - Yarım milyonunu itirən sahibkarı kimlər aldadıb

18-02-2015, 14:47 Yazar:  Aygün Baxılıb: 773 Çap et
2 icra başçısından PA-ya şikayət olundu - Yarım milyonunu itirən sahibkarı kimlər aldadıbQəzetimizin 28-31 yanvar və 05-10-12 fevral 2015-ci il tarixli saylarında redaksiyamıza şikayət ərizəsi ilə müraciət edən, vaxtilə hüquq-mühafizə orqanlarında məsul vəzifələrdə çalışan Əliyev Əbülfəz Cəlal oğlunun bəzi yüksək çinli məmurlar tərəfindən aldadılaraq külli miqdarda pulunun mənimsənildiyi barədə ətraflı məlumat vermişdik. Zərərçəkən bizimlə söhbətində bildirmişdi ki, Xızı Rayon İcra Hakimiyyətinin başcısı Xəzər Aslanovun qardaşı, Neftçala Rayon İcra Hakimiyyətinin başcısı İsmayıl Vəliyevin qaynı, vaxtilə Azərbaycan Respublikası FHN-nin Gəncə Regional Mərkəzinin rəisi vəzifəsində işləmiş, etdiyi özbaşınalığa görə tutduğu vəzifədən qovulmuş Aslanov Rövşən Qəşəm oğlu onun etibarından sui-istifadə edərək, yarım milyon dollara qədər pulunu mənimsəyib:

"Aslanov Rövşənlə bizim yaxın münasibətimiz, hətta dost münasibətimiz olub. O, mənə Türkiyənin İstanbul şəhərində tekstil fabriki aldığını və özünə şərik axtardığını bildirdi. Hətta qaynı olan Neftçala Rayon İcra Hakimiyyətinin başcısı İsmayıl Vəliyevin də şəriklər arasında olduğunu, bu işə kifayət qədər kapital yatırdığını bildirdi. O bildirdi ki, bu işdə yaxşı pul var, əgər şərik olsa ayda ən azı 20-30 min ABŞ dolları gəlir götürə bilərəm. Mən isə Aslanov Rövşənə inandığımdan onun təklifini qəbul etdim. Özümün, anamın və yaxın qohumlarımın evini banklarda girov qoyaraq, bəzi mülkləri isə sataraq (ümumilikdə mənə və ailə üzvlərimə məxsus 6 mülk satılmışdı) ayrı-ayrı vaxtlarda ümumilikdə 482.000 ABŞ dolları toplayıb Rövşən Aslanova verdim. O isə pulu alandan sonra mənə vəd verdi ki, yaxın zamanda kapital dəyəri 2 milyon dollar olan fabriklərinin 30 faizinə şərik olacaqsan. Amma aradan xeyli vaxt keçməsinə baxmayaraq, Rövşən mənə verdiyi vədi yerinə yetirməkdən yayındı. O kriminal aləmdə nüfuz sahibi olan bəzi şəxslərlə əlaqəyə girərək mənim verdiyim pulu mənimsədi.

Zərərçəkən bizimlə söhbətində bildirmişdi ki, indiyə qədər gözləməyinin əsas səbəbi yüksək vəzifəli şəxslərin və Azərbaycanda tanınmış, hörmətli ziyalıların İsmayıl Vəliyev və Rövşən Aslanovla apardıqları danışıqlarda pulun qaytarılması barədə verdikləri vədlər olub. O cümlədən Neftçala rayon icra başcısı İsmayıl Vəliyev və Xızı rayon icra başcısı Xəzər Aslanov mənimsənilən pulun müqabilində Əbülfəz Əliyevə vəzifələr təklif edərək pulun silinməsini tələb ediblər. Bununla razılaşmayan Əbülfəz Əliyev susdurulmaq üçün övladının oğurlanması ilə bağlı xəbərdarlıq edilib. Zərərçəkənin bizimlə söhbətindən məlum oldu ki, 2 ildən çox vaxt keçməsinə baxmayaraq, ona nə Türkiyənin İstanbul şəhərində yerləşən 2 milyon dəyərində olan tekstil fabrikindən vəd etdikləri 30 faiz hissəsini vermirlər, nə də 482 min dollar pulunu.

Mövzu ilə əlaqadar Əbülfəz müəllim bizə yeni faktlar söylədi.

- Əbülfəz müəllim, sizin probleminizi mətbuatda kifayət qədər işıqlandırdıq və bu yöndə fəaliyyətimizi davam etdiririk. Amma bildiyiniz kimi, mətbuatın gücü mövzunu ictimailəşdirmək və problemi müvafiq orqanların diqqətinə çatdırmaqdır. Bu müddət ərzində nə qarşı tərəf bir reaksiya verdi, nə də müvafiq dövlət qurumları. Belə olan tərzdə siz növbəti hansı addımlar atmağı planlaşdırırsınız ?

- Sualınıza cavab verməzdən əvvəl mən bildirmək istəyirəm ki, əvvəlki müsahibələrimdə də bildirmişdim ki, mən heç kimin tutulmasını və işdən azad edilməsini istəmirəm. Halbuki bu məmurlar mənim və yaxınlarımın vəsaitini mənimsəməklə bərabər vaxtından əvvəl işimdən də ediblər. Amma mən düşünürəm ki, onlar bu cür əməllərini sona qədər davam etdirə bilməyəcəklər. Dövlətə xidmət etmiş bir insan kimi bu haqq işimdə, qeyri-bərabər mücadiləmdə hörmətli prezidentim cənab İlham Əliyev və dövlətim məni tək qoymayacağına əminəm. Sözsüz ki, bu işdə Azərbaycan mətbuatının da yardımına böyük ehtiyacım var. 3 gün bundan əvvəl sizin qəzetiniz vasitəsilə öz problemlərimlə bağlı Azərbaycan mətbuatına müraciət etdim. Aradan az müddət keçməsinə baxmayaraq, 10-la elektron kütləvi informasiya vasitələri və qəzetlər düşdüyüm bu problem barədə məlumatlar yaydılar. Fürsətdən istifadə edib mənimlə maraqlanan və maraqlanmayan bütün vicdanlı və obyektiv mətbuat nümayəndələrinə öz təşəkkürümü bildirirəm. Mən mətbuatın bu cür obyektiv və operativ reaksiya göstərməsini Azərbaycanda söz və mətbuat azadlığının təzahürü kimi dəyərləndirirəm. O cümlədən mətbuatımızın bu addımını, ermənipərəst qüvvələrin mövqeyindən çıxış edənlərin Azərbaycanda söz və mətbuat azadlığının olmadığı ölkələr sıyahısına daxil edən qurum və təşkilatlara bir cavab kimi qiymətləndirirəm. O ki qaldı sizin sualınıza cavab. Mənim indiyə qədər gəldiyim nəticə odur ki, yüksək vəzifəli şəxslərə, tanınmış ağsaqqallara verilən vədlərə baxmayaraq, onların məqsədi vaxt udmaq, məsələni köhnəldərək unutdurmaq yolu ilə ört-basdır etməkdir. Əslində, mən onların bu cür addım atacağını əvvəlcədən bilirdim. Amma dediyim kimi, bəzi yüksək vəzifəli şəxslərə və ağsaqqallara verilən vədlərin müsbət nəticə verəcəyini ümidsizliklə gözləyirdim. Gördüyünüz kimi, bu da nəticə vermədi. O ki qaldı hüquq-mühafizə orqanlarının cavabına. Mən düşünmürəm ki, onlar bu işə reaksiya verməyəcəklər və problemi hansısa məmura görə ört-basdır edəcəklər. Respublikamızda cinayətkarlığa qarşı aparılan uğurlu mübarizə mənə də ümid verir ki, düşdüyüm bu problem hüquq-mühafizə orqanları tərəfindən obyektiv araşdırılacaq və günahkarlar öz cəzasına çatacaqlar. Mən inanıram ki, hüquq-mühafizə orqanlarının əməkdaşları bu işi hansısa məmura görə ört-basdır edib uğurlu fəaliyyətlərinə kölgə salmayacaqlar. Növbəti addıma qaldıqda isə, mən Azərbaycan Respublikası Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov və Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin müavini - Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyevə müraciət edərək onlarla görüşməyə nail olub düşdüyüm bu problemlər barədə məlumat verməkdir. Əgər bu şəxslərlə görüş alınmasa və yaxud bu məsələ həll olunmasa məcburam ki, ölkə prezidenti cənab İlham Əliyevin paytaxtda və bölgələrdə sıravi vətəndaşlarla keçirdiyi növbəti görüşlərin birində şəxsən prezidentimə yaxınlaşaraq, bu cür məmurların başıma gətirdikləri əməlləri diqqətinə çatdırım. Və bunun üçün müvafiq vaxt gözləyirəm. Məni bu addımı atmağa cürətləndirən cənab prezident İlham Əliyevin "Mən hər bir vətəndaşın prezidentiyəm" sözlərini deməsidir.

Sonda zərərçəkən Əbülfəz Cəlal oğlu Əliyev, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərova mətuat vasitəsilə müraciət etdi.

Hörmətli Fuad Əlsəgərov!

Mən Əliyev Əbülfəz Cəlal oğlu Xızı Rayon İcra Hakimiyyətinin başcısı Xəzər Aslanovun qardaşı, Neftçala Rayon İcra Hakimiyyətinin başcısı İsmayıl Vəliyevin qaynı və şəriki vaxtilə Azərbaycan Respublikası FHN-nin Gəncə Regional Mərkəzinin rəisi vəzifəsində işləmiş, etdiyi özbaşnalığa görə tutduğu vəzifədən qovulmuş Aslanov Rövşən Qəşəm oğlu mənim etibarından sui-istifadə edərək yarım milyon dollara qədər pulumu mənimsəyib. 2 ilə yaxın müddətdə etdiyim çoxsaylı müraciətlərın hüquq-mühafizə orqanları tərəfindən araşdırılması Rövşən Aslanov və himayədarları olan iki rayonun icra başcısı tərəfindən bu günə kimi qarşısı alıınmışdı.

Hörməti Fuad Ələsgərov!

Bu müraciəti etməkdə məqsədim düşdüyüm bu çıxılmaz vəziyyəti Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev və müvafiq dövlət qurumlarının rəhbərlərinə çatdırmaqla bərabər, sizin diqqətinizi bu məsələyə yönəltmək , hüquq-mühafizə orqanlarına etdiyim çoxsaylı müraciətləri araşdırmaq üçün nəzarətə götürməyinizi və mənimlə uyğun bildiyiniz bir vaxtda görüşməyinizi Sizdən xahiş etməkdir.

Hörmətlə:
Əbülfəz Cəlal oğlu Əliyev \\ GünBakı \\




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

08:43 Neftçala təhsil sisteminin daha bir dəhşəti: Orta məktəblərdə narkoticarət - Nazirin diqqətinə... Mikayıl Cabbarovun nazir vəzifəsinə keçəndən sonra təhsil sahəsində həyata keçirdiyi islahatlar göz qabağındadır. İnsaf naminə qeyd etmək lazımdır ki, o keçmiş nazir Misir Mərdanovun dövründə meydana çıxmış bir sıra neqativ halları aradan qaldırmağa nail oldu. Buna baxmayaraq, ölkəmizin təhsil
00:18 Gülər Əhmədovanın dələduz mətbuat katibi Keçmiş deputatın həm də köməkçisi olan Zaur Mirzə-zadə dostundan maşın alaraq pulu Gülər Əhmədovanın ödəyəcəyini deyib “Amid bizim evə gələrək atamı və məni öldürməklə hədələdi. Sonra həyat yoldaşımın sinəsinə əl ataraq, yaxasını cırdı” “Mən Zaur Rafael oğlu Mirzə-zadənin cinayətkar əməllərinin
13:47 Hakimiyyət hansı rayon icra başçılarının qələmini qırıb – Süleyman İsmayılovun sadaladığı faktlar anonsdur – Qara siyahının ilk ONLUĞU Ağstafa, Astara, Göygöl, Laçın, Masallı və Neftçala rayon icra başçıları vəzifələrindən ilk olaraq alınacaq Azərbaycanda parlament seçkiləri ərəfəsində bir çox rayonların icra hakimiyyətlərinin başçılarının əvəzlənəcəyi gözlənilir. Qarşıdakı iki ayda haqlarında daha çox narazılıqların eşidildiyi
11:24 Neftçalada vəziyyət nəzarətdən çıxıb? - İcra başçısının adamlarına söz deyən yoxdur - Yeyinti ittihamı... Yeni sədr bələdiyyə torpağında yerləşən obyektlərin sahibləri ilə bağlanmış müqavilənin şərtlərinə özbaşına şəkildə dəyişiklik edib Ölkənin cənub-şərqində yerləşən Neftçala rayonunda məmur özbaşınalıqları səngimək bilmir. Son günlər rayonda fəaliyyət göstərən yerli idarə, müəssisə və təşkilat
10:56 Astaranın icra başçısı yol üstündədir - Onun gediş qərarı verilib Prezident Adminstrasiyası Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov bu gün “Azər TAc”da yerli icra orqanlarının fəaliyyəti ilə bağlı məqalə ilə çıxış edib. Məqalədə bildirilir ki, Bakı şəhərinin bəzi rayonlarından və Ağstafa, Ağsu, Astara, Bərdə,

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az