t s

» » Şadlıq evləri kolbasa və lüləkababdan imtina edəcək? - Restoranlardan at-eşşək əti ilə bağlı AÇIQLAMA

Şadlıq evləri kolbasa və lüləkababdan imtina edəcək? - Restoranlardan at-eşşək əti ilə bağlı AÇIQLAMA

18-04-2017, 19:32 Yazar:  Məmməd Məmmədov Baxılıb: 163 Çap et
Şadlıq evləri kolbasa və lüləkababdan imtina edəcək? - Restoranlardan at-eşşək əti ilə bağlı AÇIQLAMA
Son zamanlar gündəmi zəbt edən at-eşşək əti barədəki xəbərlər istər-istəməz əhalidə narahatlığın yaranmasına səbəb olub. Məhz bunun nəticəsidir ki, son günlər restoranlara, şadlıq evlərinə gedən insanlar ət məhsullarından hazırlanan qidalardan istifadədə maksimum ehtiyatlı davranmağa çalışırlar.

Məsələn, müşahidələr göstərib ki, şadlıq evlərindəki toylara çağırılan qonaqlar masaya düzülən kolbasa çeşidlərinə əl uzatmır, lüləkababa şübhə ilə yanaşır, onu yeməyə tərəddüd edirlər. Bu da səbəbsiz deyil. Ölkə mediasında yayılan xəbərlərdə gizli yolla istehsal olunan ölmüş heyvanların, eləcə də xəstə at-eşşək ətlərinin restoran və şadlıq evlərinə, kolbasa sexlərinə çatdırıldığı bildirilir. Məlum məsələdir ki, tikəkababdan fərqli olaraq, lüləkababın tərkibinə hansı ətin vurulduğunu müəyyənləşdirmək çətindir. Bu baxımdan lüləkabab at-eşşək ətindən də hazırlana bilər...


Bəs bu vəziyyət şadlıq evlərində menyuların dəyişilməsinə səbəb ola bilərmi?


Modern.az-ın əməkdaşı bununla bağlı Bakıda fəaliyyət göstərən bir neçə restoranla əlaqə saxlayıb.

“Mega Palace” şadlıq evinin Vüsal adlı əməkdaşı kolbasa və ət məhsullarının menyudan çıxarılmasına ehtiyac olmadığını bildirib: “Biz təmiz məhsullardan istifadə edirik. Kolbasa və ət məhsulları ilə bağlı (kabablar) hansısa narahatlıq da olmayıb. Çünki dövlət nəzarəti var və yoxlamalar olur. Kolbasa və ət məhsullarının menyudan çıxarılmasına ehtiyac yoxdur”.


“Niaqara” restoranının əməkdaşı kolbasa-sosiska kimi məhsullara üstünlük vermədiklərini deyib: ”Biz qoyun və quzu ətlərindən istifadə edirik. Kolbasa-sosiska kimi məhsullardan isə çox istifadə edilmir. Bura “Niaqara”dır və insanların ət məhsulları yeyərkən narahat olma kimi halları ola bilməz”.

“Monte Kristo” şadlıq evinin baş meneceri İqbal Alıyev restoranın qanunvericiliyə uyğun şəkildə fəaliyyət göstərdiyini və insanların ət məhsullarından istifadəi zamanı qorxmadıqlarını bildirib:
“Açığı bizim şirkətdə bu tipli hallar olmur. Məhsullarımız qanunvericiliyə uyğun şəkildə alınır. Ətin kefiyyətini yoxlamaq üçün öz mütəxəssislərimiz, baş aşbazlarımız var. Toy menyularında adətən kabablar, dana basdırması kimi yeməklər olsa da, menyuda mal əti istifadəsi heç 30 faiz belə təşkil etmir. Əgər biz qanunla, sertifaktlı məhsullar alırıqsa, menyunun dəyişdirilməsinə ehtiyac da yoxdur”.

“Xəmsə” şadlıq sarayının baş inzibatçısı Bəxtiyar bəyin sözlərinə görə, restoran sifarişçilər üçün xüsusi şərait yaradır: “Biz sifarişçilər üçün xüsusi şərait yaradırıq. Yəni onlar ət kəsimi, doğranması sexlərində iştirak edib prosesləri öz gözləri ilə görə bilərlər. Ona görə də heç bir şübhəli məhsulumuz yoxdur. 14 ildir ki, fəaliyyət göstəririk və belə şeylərdən tamamilə uzaq olmuşuq”.

“Mona Liza” şadlıq sarayının administratoru Zaur Səlimov məhsulların gigiyena qaydalarına cavab verdiyini və menyunun eyni qaldığını deyib: “Şirkətimizdə məhsullar gigiyena qaydalarına uyğundur. Əslində kolbasa-sosiska və ya digər ət məhsullarının menyudan çıxarılması müştərinin şəxsi işidir. Eyni zamanda qeyd etməliyəm ki, bizdəki kolbasalar yerli istehsal deyil”.

“Yeganə” şadlıq sarayının mühasib köməkçisi Arzu xanım restoranda insanların ət məhsullarından rahatlıqla istifadə etdiyini deyib. O, həmçinin bildirib ki, bu məhsullar menyudan çıxarılmayacaq.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

11:50 PEYĞƏMBƏRLƏRİN HƏYATINDA VƏ KƏLAMLARINDA ƏTRAF MÜHİTƏ MÜNASİBƏT Dünya dinləri tarixinə nəzər salsaq peyğəmbərlərin kəlamlarında, hədislərində əhalinin ətraf mühitə münasibətlərini müəyyənləşdirən ekoloji fikirlərə rast gələrik. Onların həyat fəaliyyəti belə fikirlərlə doludur. Əhalinin yeni dinə iman gətirmələri üçün göstərdikləri möcüzələr bu baxımdan faydalı
15:18 Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az