t s

» » Adı böyük yeyintidə hallandırılan Zakir Fərəcov dara düşəndə necə davranır? - İcra başçısı ilə bağlı qərar yaxındadır…

Adı böyük yeyintidə hallandırılan Zakir Fərəcov dara düşəndə necə davranır? - İcra başçısı ilə bağlı qərar yaxındadır…

18-02-2015, 11:25 Yazar:  Aytən Baxılıb: 812 Çap et
Adı böyük yeyintidə hallandırılan Zakir Fərəcov dara düşəndə necə davranır? - İcra başçısı ilə bağlı qərar yaxındadır…Hələ keçənlərdə informasiya verərək bildirmişdik ki, Abşeron rayon icra hakimiyyətinin (RİH) başçısı Zakir Fərəcovla bağlı «yuxarılar»ın qərarı olacaq. Bildirək ki, rayon rəhbərinin keçənilki maliyyə hesabatında kəsir yaranıb ki, bu da ortaya böyük yeyinti faktını çıxarıb.

Bununla bağlı DİA.AZ-ı bilgiləndirən hökumət içindəki mötəbər qaynağın iddialarına görə, Zakir Fərəcov vəzifə başında qala bilməsi üçün bütün vasitələrə əl atmaqdadır: «Hətta ölkə rəhbərliyinə müxtəlif jestlər də təşkil edir ki, bu da əksər hallarda çox ucuz alınır. Yəni icra başçısının işinə yaramaqdansa, əksinə, əleyhinə işləyir».

Mənbə dia.az-a açıqlamasında iddia edir ki, hər yerdə «mən prezidentin adamıyam» deyərək vəziyyətdən çıxmağa çalışan Zakir Fərəcovun adı bir neçə qalmaqallı işdə də keçməkdədir: «Məsələn «Sevil» Massivi məsələsində və daha bir neçə böyük maliyə qalmaqalında Abşeron RİH başçısı kifayət qədər ciddi problemlərlə üzləşib. Amma hələlik ona qarşı hansısa addım atılmır».

Mənbənin iddialarına görə, buna səbəb isə parlament seçkiləri ərəfəsinə hakimiyyətin yerli icra trukturları ilə bağlı ümumi planının hazırlanmasıdır: «Yəni hakimiyyət parlament seçkiləri prosesinə ümumi konteksdən yanaşır və bu seçkilər ərəfəsində hansı rayonların rəhbərliyində dəyişiklik edilməlidir, bu müəyyən olunur və bu zaman ümumi qərar veriləcək. Elə bu səbəbdən də Zakir Fərəcov da digər «vurulacaqlar» kimi vəzifə başında müəyyən müddətə qalma şansı əldə edib».

Mənbənin dia.az-a söyldəiyinə görə, amma yekun qərar ən uzağı mart ayının əvvəlində açıqlanacaq: «Artıq 20-yə yaxın rayonun rəhbərinin taleyi müəyyən olunub».

Bütün bu iddialarla bağlı maraqlı tərəflərin də mövqelərini işıqlandırmağa hazırıq…




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

09:07 Bu icra başçılarının dəyişdiriləcəyi deyilir Rayon icra hakimiyyəti başçılarının qanunsuz əməllərindən Prezident Administrasiyasına edilən şikayətlərin monitorinqi aparılıb. Hazırda monitorinqin nəticələri ümumiləşdirilir və yaxınlarda siyasi rəhbərliyə təqdim ediləcək. Mediaxeberleri.az xəbər verir ki, bu barədə “istiqlal.az”
13:47 Hakimiyyət hansı rayon icra başçılarının qələmini qırıb – Süleyman İsmayılovun sadaladığı faktlar anonsdur – Qara siyahının ilk ONLUĞU Ağstafa, Astara, Göygöl, Laçın, Masallı və Neftçala rayon icra başçıları vəzifələrindən ilk olaraq alınacaq Azərbaycanda parlament seçkiləri ərəfəsində bir çox rayonların icra hakimiyyətlərinin başçılarının əvəzlənəcəyi gözlənilir. Qarşıdakı iki ayda haqlarında daha çox narazılıqların eşidildiyi
12:29 Fazil Məmmədovla Oqtay Əsədov üz-üzə Binəqədi rayonunda evlərə söküləcəyi barədə bildirişlər paylanıb. Sakinlər bu bildirişlərdən birini redaksiyamıza təqdim edib. Sənəddən aydın olunur ki, Atıcılıq Federasiyasının yaxınlığında yaşıllıq zonasında inşa edilmiş evlər söküləcək. Qeyd edək ki, bir neçə gün əvvəl Binəqədinin icra
10:56 Astaranın icra başçısı yol üstündədir - Onun gediş qərarı verilib Prezident Adminstrasiyası Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov bu gün “Azər TAc”da yerli icra orqanlarının fəaliyyəti ilə bağlı məqalə ilə çıxış edib. Məqalədə bildirilir ki, Bakı şəhərinin bəzi rayonlarından və Ağstafa, Ağsu, Astara, Bərdə,

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az