t s

» » "Beşiktaş” vidalaşdı, "Fiorentina” və "Ayaks" növbəti mərhələdə!

"Beşiktaş” vidalaşdı, "Fiorentina” və "Ayaks" növbəti mərhələdə!

20-03-2015, 08:36 Yazar:  Aygün Baxılıb: 572 Çap et
"Beşiktaş” vidalaşdı, "Fiorentina” və "Ayaks" növbəti mərhələdə!Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, eyni gündə baş tutan bütün qarşılaşmalarda 1/4 finalçıllar bəlli olub.

Türkiyənin turnirdə yeganə təmsilçisi “Beşiktaş” İstanbulda Belçika “Brügge”si ilə qarşılaşıb. İlk görüşdə rəqibinə uduzan (1:2) “qara qartallar” növbəti mərhələyə keçmək niyyətində idi. Təəssüf ki, Slaven Biliçin yetirmələri qalib gəlməyi bacarmayıb. Görüşdə “Beşiktaş” yenə məğlub olub - 1:3.

“Roma” evdə "Fiorentina” ilə üz-üzə gəlib. 1:1 hesabı ilə başa çatan ilk oyunda qolsuz bərabərlik də qonaqlara sərf edirdi. Florensiya klubu meydan sahiblərini 0:3 hesabı ilə üstələyib.

Beləliklə, 1/4 finala yüksələn komandalar “Napoli”, "Fiorentina”, Kiyev “Dinamo”su, “Brügge”, "Volfsburq", “Sevilya”, “Zenit” və “Ayaks”dı.


Avropa Liqası
1/8 final, cavab oyunları
19 mart

“Dinamo” (M, Rusiya) - “Napoli” (İtaliya) - 0:0
İlk oyun – 1:3

"Roma” (İtaliya) - "Fiorentina” (İtaliya) - 0:3
Qollar: Rodriqes, 9-pen, Alonso, 18, Basanta, 22
İlk oyun - 1:1

“Dinamo” (K, Ukrayna) – Everton” (İngiltərə) - 5:2
Qollar: Yarmolenko, 21, Teodorazyk, 35, Veloso, 37, Qusev, 57, Antunes, 76 - Lukaku, 29, Jaqyelka, 82
İlk oyun – 1:2

“Ayaks” (Hollandiya) - "Dnepr” (Ukrayna) - 2:1
Qollar: Bazoer, 60, van der Hoorn, 117 - Konoplyanka, 97
İlk oyun – 0:1

"Beşiktaş” (Türkiyə) - “Brügge” (Belçika) - 1:3
Qollar: Ramon, 48 - de Sutter, 61, Bolinqoli-Mbombo, 80; 90
İlk oyun – 1:2

“İnter” (İtaliya) - "Volfsburq" (Almaniya) - 1:2
Qollar: Palasio, 71 - Kaliqyuri, 24, Bendtner, 89
İlk oyun – 1:3

“Sevilya” (İspaniya) - “Vilyarreal” (İspaniya) - 2:1
Qollar: İborra, 69, Suares, 83 - dos Santos, 73
İlk oyun – 3:1

“Torino” (İtaliya) - “Zenit” (Rusiya) - 1:0
Qol: Qlik, 90
İlk oyun – 0:2




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

08:33 Gecənin bütün oyunları: meydan sahibləri “meydan suladı” Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunlarına start verilib. UEFA Avropa liqasının 1/8 final mərhələsinin ilk oyunları meydan sahiblərinin üstünlüyü ilə keçib. Keçirilən səkkiz qarşılaşmadan altısı meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb. Bir oyunda qonaq komanda sevinib, bir oyun
18:55 Avropa Liqasında 1/8 final mərhələsinin püşkü atıldı - SİYAHI İlk oyunlar martın 12-də keçiriləcək. Avropa Liqasının 1/8 final mərhələsinin püşkü atılıb. Mediaxeberleri.az xəbər verir ki,UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil olunan tədbirdə 16 komanda 8 cütlük təşkil edib. 1/8 finalın ilk oyunları martın 12-də, cavab
01:31 "Beşiktaş" ingilisləri evə əliboş göndərdi - "Qara qartal"ın zəfəri! Avropa Liqasında 1/16 finalın cavab oyunlarına start verilib. Rusiya paytaxtı Moskvada "Dinamo" "Anderlext"i, Peterburqda isə "Zenit" PSV-ni qəbul edib. Hər iki oyunda Rusiya təmsilçiləri qələbə qazanaraq 1/8 finala yüksəliblər. Türkiyə klublarından "Beşiktaş" evdə "Liverpul"la qarşılaşıb.
22:25 UEFA “Qarabağ” - “İnter” matçında hakimin səhvə yol verdiyini etiraf edib UEFA Avropa Liqasının qrup mərhələsinin VI turunun “İnter”lə (İtaliya) görüşü zamanı kobud hakim səhvinin qurbanı olan “Qarabağ”ın şikayəti ilə bağlı qərarını açıqlayıb. Apasport.az saytının məlumatına görə, qitə futbol qurumu 0:0 hesabı ilə başa çatan görüşün son dəqiqələrində vurulan qolun

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az