t s

» » Güləşçilərimiz Polşaya gedir

Güləşçilərimiz Polşaya gedir

20-03-2015, 01:15 Yazar:  Aygün Baxılıb: 591 Çap et
Güləşçilərimiz Polşaya gedirAvropa çempionatında 19-23 yaşarası idmançılar mübarizə aparacaq.

Polşanın Valbrzix şəhərində martın 24-29-da güləş üzrə U-23 Avropa çempionatı keçiriləcək. Yığma komandalarımız çempionatda tam heyətlə iştirak edəcək.

Azərbaycan Güləş Federasiyasından Mediaxeberleri.az-a bildirilib ki, ilk dəfə keçiriləcək U-23 Avropa çempionatında 19-23 yaşarası idmançılar mübarizə aparacaq. Tatamiyə ilk olaraq sərbəst güləşçilər çıxacaqlar. Yığma komandanın böyük məşqçisi Əsgərxan Novruzov və məşqçi Rövşən Hacıyevin rəhbərliyi altında Polşaya Mircəlal Həsənzadə (57 kq), Əhmədnəbi Qvarzatilov (61 kq), Məhəmməd Müslümov (65 kq), Murad Süleymanov (70 kq), Məhəmmədhacı Muxutov (74 kq), Məhəmmədhacı Xatiyev (86 kq), Nurməhəmməd Hacıyev (97 kq) və Əli Maqomedabirov (125 kq) yollanacaq.

Qızlar isə çempionata martın 26-27-də mübarizəyə qoşulacaq. Böyük məşqçi Yaqub Məmmədov və məşqçi Aslan Ağayevin rəhbərliyi altında çempionatda 7 güləşçimiz iştirak edəcək. Yarışda ölkəmizi Patimat Baqomedova (48 kq), Solmaz Həşimzadə (53 kq), Alyona Kolesnik (55 kq), Elmira Qəmbərova (63 kq), Elis Monolova (69 kq) və Səbirə Əliyeva (75 kq) təmsil edəcək.

Avropa çempionatının son iki günündə mübarizəyə yunan-Roma güləşçiləri qoşulacaq. Yığma komandanın böyük məşqçisi Şaban Donat və məşqçi Zöhrab Abbasovun rəhbərliyi altında çempionata Eldəniz Əzizli (59 kq), Rövşən Tağıyev (66 kq), Ceyhun Əliyev (71 kq), Fuad Əliyev (75 kq), Tural Daşdəmirov (80 kq), İslam Abbasov (85 kq), Orxan Nuriyev (98 kq) və Oyan Nərəziani (130 kq) yollanacaq.

Çempionatda görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Qərib Əliyev təmsil edəcək.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

00:23 Azərbaycan milli komandası 2-ci yeri tutdu Rusiyanın Kirov şəhərində 6-8 mart 2015-ci il tarixlərində keçirilmiş sürət üzrə Buzadırmanma üzrə Dünya Çempionatında (UİAA İce Climbing World Cup and World Championships (Speed) Russia 2015) Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAIREX) idmançılarından ibarət Azərbaycan
08:56 Sərbəst güləşçilərimiz Minskdə mübarizə aparacaqlar Martın 6-7-də Belarusun paytaxtı Minskdə Aleksandr Medvedin mükafatı uğrunda sərbəst və qadın güləşi üzrə böyüklər arasında 45-ci beynəlxalq Qran-pri turniri keçiriləcək. Turnirdə sərbəst güləş üzrə Azərbaycan yığma komandasının üzvləri də iştirak edəcək. Mediaxeberleri.az AZƏRTAC-a istinadən
09:26 Yunan-Roma güləşi üzrə yığmamız ilk dəfə Dünya Kubokunun finalında İdmançılarımız Azərbaycan güləş tarixində yeni bir tarix yazıb. Fevralın 19-da Tehranda yunan-roma güləşi üzrə böyüklər arasında dünya kuboku yarışlarına start verilib. Azərbaycan Güləş Federasiyasından Oxu.Az-a verilən məlumata görə, yarışda Azərbaycanla yanaşı, İran, İsveç, Almaniya, Rusiya,
16:12 Dünya Kubokunda güləşçilərimizin böyük uğuru - FOTO + VİDEO İdmançılarımız yüksək nəticə göstərib. İran İslam Respublikasının paytaxtı Tehran şəhərində yunan-Roma güləşi üzrə böyüklər arasında Dünya Kuboku yarışarı keçirilir. Azərbaycan Güləş Fedirasiyasından Mediaxeberleri.az-a verilən məlumata görə,yarışda Azərbaycanla yanaşı, İran, İsveç, Almaniya,
19:48 Qadın güləşçilərimiz beynəlxalq turnirə gedir Fevralın 19-20-də Ukraynanın Krivoy-Roq şəhərində yeniyetmə və gənc qızlar arasında ənənəvi beynəlxalq güləş turniri keçiriləcək. Mediaxeberleri.az xəbər verir ki, yeniyetmə və gənc qızlardan ibarət Azərbaycan yığma komandaları 2015-ci il üçün nəzərdə tutulan təqvim planına əsasən bu turnirdə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az