t s

» » Quranı oxumaq - ondan ibrət almaq, əmrlərə boyun əymək və əhkamlarına əməl etməkdir

Quranı oxumaq - ondan ibrət almaq, əmrlərə boyun əymək və əhkamlarına əməl etməkdir

15-02-2015, 11:53 Baxılıb: 1730 Çap et
Quranı oxumaq - ondan ibrət almaq, əmrlərə boyun əymək və əhkamlarına əməl etməkdir

Quran Allahın insana əta etdiyi ən dəyərli nemətlərdəndir. Belə ki, Quran buyurur: “Rəhman (Əzəli elmindən Lövhi-Məhfuza nazil olmuş) Qur'anı (əvvəlcə yuxarı aləmin məxsus sakinlərinə təlim verdi, oradan Cəbrail vasitəsi ilə Peyğəmbərin qəlbinə nazil etdi və onun dili ilə bəşər cəmiyyətinə) öyrətdi. (Yaradılmışların ən heyrətamizi, varlığın şah əsəri, ən gözəl vücud, ruhi və cismi baxımdan yaradılış aləminin ən kamil varlığı olan) insanı yaratdı. Ona (ən heyrətamiz nemətlərdən olub insanı digər canlılardan üstün edən və bəşər cəmiyyətinə ilahi vəhyin gəlməsinə səbəb olan) bəyan yolunu öyrətdi (qəlbində olanları dildə sözlər yaratmaqla başqasına çatdırmaq qüdrəti verdi)”. (“Rəhman” 1-4).
İnsan ancaq Allahın təlimi sayəsində kamala çatar. Quran bütün nemətlərin mənbəyi olduğu üçün hər bir nemətə çatmaq vasitəsidir, istər maddi olsun, istərsə də mənəvi.
Həzrət Peyğəmbərin (s) vəzilfərindən biri - insanlara Quran oxumağı öyrətmək və ona əməl etdirmək idi. Bu yolla onun həyat bulağından su götürər və sirab olarlar. Ona görə də Qurandan bəhrələnməyin ilk mərhələsi onu qiraət və tilavət etməkdir. Quranı oxumağın gətirdiyi faydalar:

1. Allahla ünsiyyət qurmaq.
Quran - Allahın biz insanlarla məktubudur. Belə ki, İmam Sadiqin (ə) buyurduğu kimi Allah Özünü kəlamla insanlara nişan vermişdir.
2. Quranın hidayətindən bəhrələnmək.
Quran oxumaq insana mənəvi təkamül və hidayət gətirər. Çünki insan Quran oxuyan zaman Allahın əmrləri və qadağaları ilə tanış olar, çalışar ki, onlara əməl etsin. Qadağan etdiklərindən uzaq olsun. Həqiqi möminlər Quran oxumağı ən başlıca əməl kimi qəbul edirlər. İmam Sadiqin (ə) nəzərinə görə, Quranı oxumaq - ondan ibrət almaq, əmrlərə boyun əymək və əhkamlarına əməl etməkdir.
3. Quran yaxşı işlər görməyə təşviq edər.
Quran öz xüsusi hidayətini təqva əhlinə şamil etdiyi söyləyir. “Barəsində heç bir şəkk-şübhə olmayan bu uca məqamlı kitab pəhrizkarlar (aşağıdakı beş xüsusiyyəti fitrət və ya peyğəmbərlərin dəvəti yolu ilə əldə etmiş kəslər) üçün hidayət mənbəyidir”. (“Bəqərə” 2). Bu pəhrizkarlar gecə oyaq alır, ibadətdə təvazökar və itaətkardılar, çətinliklərdə səbir edərlər, əmanətdardırlar və güzəşt edərlər, İlahi nemətlərə şükür edərlər.
4. Günahı tərk etməyi qərara almaq.
İnsan Quranı tilavət edərək ayələri başa düşməyin ləzzətini dadar. Nə zaman dərk etməkdə çətinliyə düşsə, əzm edərək onu aradan qaldırmağa çalışar. Quranı dərk etməyə mane olan amillərdən biri də ürəyin paslanması və qəsavət bağlamasıdır. Ona görə də insan Quran oxuyaraq günahdan uzaq olar.
5. Dua qəbul olar.
Quranla daima ünsiyyətdə olmaq özü ilə şərafət gətirər, bu yoldaşlığa görə onun maddi ehtiyacları aradan qalxar. İmam Sadiq (ə) Allahın belə buyurduğunu çatdırır: “Hər kəs Məndən istəmək yerinə Mənim zikrimlə məşğul olar, ona ən ali miqdarı daddıraram”.
6. Nuranilik amili.
Quran oxumaq insanın nurani olmasına səbəb olar. Həzrət Peyğəmbər (s) Əbuzərə belə nəsihət verir: “Quranı tilavət et və Allahı yada salaraq ziyarət et. Çünki Quranı tilavət etmək mələkutda yad olmağına səbəb olar və sənin də yer üzündə nurani olmaq mənbəyindir”. (İslami saytlara istinadən)




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

11:40 Bir daha İslam haqqında Endirilmiş din və Uydurulmuş din anlayışları ilə bağlı yazdığımız qısa bir status haqlı olaraq cəmiyyətin düşünən insanlarında müəyyən suallar doğurmuşdur. Xüsusilə də hörmətli Elçin Mirzəbəylinin ünvanımıza yönləndirdiyi sualları, ayrı-ayrı fərqli baxışları ifadə edən şərhlərin müəlliflərinin
11:24 Neftçalada vəziyyət nəzarətdən çıxıb? - İcra başçısının adamlarına söz deyən yoxdur - Yeyinti ittihamı... Yeni sədr bələdiyyə torpağında yerləşən obyektlərin sahibləri ilə bağlanmış müqavilənin şərtlərinə özbaşına şəkildə dəyişiklik edib Ölkənin cənub-şərqində yerləşən Neftçala rayonunda məmur özbaşınalıqları səngimək bilmir. Son günlər rayonda fəaliyyət göstərən yerli idarə, müəssisə və təşkilat
11:05 Cənub Qaz Dəhlizi layihəsi Azərbaycana hansı dividendləri gətirəcək? Rufiz Qonaqov: "Cənub Qaz Dəhlizi layihəsi Azərbaycanın regionda və beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsində mühüm əhəmiyyətə malikdir" Bu günlərdə Azərbaycan təkcə region deyil, eləcə də Avropa, onun enerji təmiantı üçün daha bir önəmli tədbirə ev sahibliyi etdi. Belə ki, fevralın 12-də

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az