t s

» » Yenidən erməni mahnısı oxuyan Özcan Dənizə etiraz – “Bakıya buraxılmasın”

Yenidən erməni mahnısı oxuyan Özcan Dənizə etiraz – “Bakıya buraxılmasın”

7-04-2017, 09:22 Yazar:  Məmməd Məmmədov Baxılıb: 199 Çap et
Yenidən erməni mahnısı oxuyan Özcan Dənizə etiraz – “Bakıya buraxılmasın”
Sosial şəbəkədə Türkiyənin məşhur müğənnisi Özcan Dənizin erməni müğənni Super Sakonun “Mi Gna” mahnısını ifa edərkən çəkilən görüntüləri yayılıb.

İfaçı makiyaj olunarkən erməni mahnısının sədaları altında əylənib. Dənizin bu addımı yenidən azərbaycanlıları özündən çıxarıb. Şəbəkə istifadəçiləri müğənninin səhifəsində iradını bildiriblər.

Musavat.com xəbər verir ki, onlar arasında prodüser Tolik də olub. Prodüser şəxsi səhifəsində sözügedən görüntüləri paylaşıb və Özcanın Bakıya gəlişinə qadağa qoyulmasını istəyib:

“Bu Özcan Dəniz yaman ermənipərəst çıxdı. Erməni mahnılarına meyli var. Bu yaxınlarda Bakıya gəlib, milyonlar qazanacaq. Bəzi qızlar da özünü onun üçün öldürəcək. Bəziləri ona səhifəsində yaltaqlanır. İndi deyəcəklər ki, musiqinin dili yoxdur. Bunun Bakıya gəlməsinə qadağa qoymaq lazımdır. Kinosunu Ermənistanda təqdim etsin”

Qeyd edək ki, bir müddət öncə proqramların birində qonaq olan ifaçının erməni əsilli aşıq Sayat Novaya məxsus olduğu iddia edilən “Kamança” adlı mahnını ifa etməsi birmənalı qarşılanmamışdı. Azərbaycanlılar, xüsusilə sənət adamları sosial şəbəkədə Özcana öz etirazını bildirmişdi. Onlar eyni zamanda “Kamança”-nın musiqisinin azərbaycanlı bəstəkar Emin Sabitoğlunun “Dağlar” mahnısından oğurlandığını qeyd etmişdilər.

Azərbaycanlıların sərt reaksiyası ilə qarşılaşan müğənni fikirlərini sosial şəbəkədə bölüşmüşdü: “Sevgili azərbaycanlı qardaşlarım, təxminən 10 il öncə “Mədəniyyət körpüləri” adlı konsertimiz var idi. Bu konsertdə bir çox dildə mahnılar oxuduq. Yayılan video həmin konsertin tanınması üçün iştirak etdiyim proqramdandır. Hətta repertuarda ispan və ingilis dilində mahnılar da vardı. Kanal 24-də yayımlanan “Kafa dengi” proqramına da həmin dövrdə çıxmışdım. Proqramda oxuğum türkü əzbərimdə idi. Orada Emin Sabitoğlundan bəhs etməliydim, haqlısınız. Sadəcə buna görə sizdən üzr istəyirəm. Məlumatsızlığıma sayın.

Sözügedən proqramı heç xatırlamıram. Sənətin dini, irqi, dili olmaz. Sizə orada hər hansı yayım orqanı nə deyir, bilmirəm. Hər şey birtərəfli anladılır. Mən sənətçiyəm, yer üzündəki heç bir mədəniyyətə düşmən ola bilmərəm. Siyasət mənim işim deyil. Bu səhv təqdimat məni də sizlər qədər kədələndirdi və qəzəbləndirdi. Keçmişdə yaşadığınız acıları sizin qədər bilirəm, hiss edirəm və yanınızdayam. Azərbaycanlı dostlarım bilir ki, Xocalı soyqırımının hər il dönümündə acınızı bölüşürəm. Bir neçə dəfə Şəhidlər Xiyabanına gedib dua etmiş biriyəm. Allah bilir ki, çəkildiyim seriallarda Azərbaycan xalqını xor görəcək hər ssenariyə qarşı çıxmışam. Biz qardaşıq, sizlərlə mənim bağlılığım fərqlidir. Türk filmlərini Azərbaycana ilk gətirən mənəm. Türkiyədə azərbaycanlı müğənnilərin ilk konsertini də keçirən mənəm. Hazırda azərbaycanlı dostlarımla iki qardaş ölkənin ortaq dəyəri olan “Koroğlu” dastanını ekranlaşdırmaq üçün çalışırıq. Bakı hər zaman mənim ikinci şəhərim, azərbaycanlılar dostlarım olacaq. Buna zərər vermək istəyənlər öz pislikləri ilə qalacaqlar. Sizləri sevirəm, məkrli niyyəti olanlara deyil, mənim qəlbimə inanın. Allaha əmanət olun”.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

11:50 PEYĞƏMBƏRLƏRİN HƏYATINDA VƏ KƏLAMLARINDA ƏTRAF MÜHİTƏ MÜNASİBƏT Dünya dinləri tarixinə nəzər salsaq peyğəmbərlərin kəlamlarında, hədislərində əhalinin ətraf mühitə münasibətlərini müəyyənləşdirən ekoloji fikirlərə rast gələrik. Onların həyat fəaliyyəti belə fikirlərlə doludur. Əhalinin yeni dinə iman gətirmələri üçün göstərdikləri möcüzələr bu baxımdan faydalı
14:20 Tural Əhmədov: "İbadət qul ilə məbud arasındakı qulluq bağıdır" İSLAMDA İBADƏT Bildiyimiz kimi İslam dinində ibadətin xüsusi bir yeri vardır. Quran-ı Kərimdə də ifadə olunduğu kimi insanlar və cinlər ibadət etmək üçün yaradılmışdır. İbadət qul ilə məbud arasındakı qulluq bağıdır. Bu mənəvi hal, namazda tam zirvəsinə çatmalıdır ki, Allah Elçisi (s. a. a),
09:40 Qutsal “Xəlqilik” Bayramında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı Ocaq Günsırası ilə 13 Şölə Ayı, 37-ci ildə (miladla iyun, 2015) Mütləqə İnam Ocağı təbiət qoynunda “Xəlqilik” Bayramını həyata keçirdi. Öncə Bayram tonqalı qalandı. Tonqal yörəsində Ocaq Yükümlüsü Soylu Atalı söz dedi: Bu ocaq Asif Atanın yaratdığı
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az