t s

» » Arvadını kişi ilə “tutdu”, öldürdü, 17 il cəza aldı

Arvadını kişi ilə “tutdu”, öldürdü, 17 il cəza aldı

19-03-2015, 23:21 Yazar:  İnarə Rafiqqızı Baxılıb: 935 Çap et
Arvadını kişi ilə “tutdu”, öldürdü, 17 il cəza aldıBakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını qətlə yetirməkdə təqsirli bilinən Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü Məmmədov Aydın Gülməmməd oğlunun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub . Hökmə görə, Aydın Məmmədov 17 il müddətinə azadlıqdan məhrum edilib.

İstintaq yolu ilə müəyyən edilib ki, Aydın Məmmədov 12 avqust, 2014-cü ildə Pirallahı qəsəbəsi, K.Rzayev küçəsi ev 8, mənzil 41 ünvanında həyat yoldaşı Elnarə Məmmədovanı yuxudan durğuzaraq onu möhkəm döyüb, saçından yapışaraq yerdə sürüyüb, daha sonra isə bıçaqla çoxsaylı zərbələr endirərək xüsusi amansızlıqla qətlə yetirib.

Təqsirləndirilən şəxs qismində dindirilən Aydın Məmmədov ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilib. O, ifadəsində Elnarə Məmmədova ilə 2007-ci ildə ailə həyatı qurduqlarını, birgə nikahdan iki övladları olduğunu göstərib. İfadəsində arvadını qısqanclıq zəminində qətlə yetirdiyini etiraf edən A.Məmmədov bu addımı atmasının səbəbini gördüyü yuxu ilə əlaqələndirib.

A.Məmmədov ifadəsində yuxunun təsiri nəticəsində hətta bir dəfə arvadını möhkəm döydüyünü, bu səbəbdən də Elnarə küsərək bacısıgilə getdiyini və baş verənlərlə bağlı Pirallahı Rayon Polis Şöbəsinə şikayət etdiyini göstərib: “Polis bölməsində araşdırma aparıldı. Həmin vaxt Elnarənin ailə üzvlərinə də yuxuda gördüklərimi danışdım. Onlarsa mənə “ağlını başına yığ” deməklə kifayətləndilər. Hadisə baş verən gün evdə arvadımla məndən başqa heç kim yox idi. Axşam saatlarında Elnarə işdən evə gələndə mübahisəmiz düşdü.

Mübahisə zamanı Elnarə artıq bezdiyini, təkbaşına evi dolandıra bilmədiyini deyib mənimlə mübahisə etməyə başladı. Ona yaxın günlərdə işləyəcəyimi deyib sakitləşdirməyə çalışdim. İçkinin təsiri getdikcə beynimi dumanlandırdı, Elnarənin dediyi sözləri xatırlamağa başladım. Sərxoş halda stolun üstündən bıçağı götürüb arvadım yatan otağa keçdim. Saçından yapışıb çarpayıdan yerə saldım və zərbələr endirməyə, boğmağa başladım. Elnarənin bədənindən qan axırdı, divara tuta-tuta qonaq otağına doğru gedirdi. Arxadan ona çatıb saçından tutub mətbəxə gətirdim. Yenidən bıçaq zərbələri vurdum. Artıq tərpənmirdi, hərəkətsiz dayanmışdı”.

Həyat yoldaşını qətlə yetirdikdən sonra A.Məmmədov özü də intihar etmək niyyətinə düşüb. Amma bu istəyini həyata keçirə bilməyib.

İnarə Rafiqqızı




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

02:20 "Biz gedəndə qadın yataqda ağlayırdı" - Bir təcavüzün təfərrüatları Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində zorlamada təqsirli bilinən Adil Əsgərov və Mübariz Məmmədovun cinayət işi üzrə məhkəmə başa çatıb. Mediaxeberleri.az-ın xəbərinə görə, ötən ilin sentyabrında Albalı qəsəbə sakini Vəfanın (ad şərti verilib) evinə iki kişi gəlib. Həmin vaxt qadın iki
20:29 "Oğlumu mən deyil, anası öldürdü" - Tükürpədən etiraflar Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğlunu qətl etməkdə təqsirli bilinən 1974-ci il təvəllüdlü Eldəniz Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Teleqraf.com xəbər verir ki, ötən ilin iyulun 21-də Qobu qəsəbə sakini Eldəniz Məmmədov yaşadığı evdə ailə münaqişəsi zəminində 14
02:20 Bakıda azan tələbə qızın dramı... 17 byaşlı qız rəfiqələri ilə birlikdə şəhərə gəzməyə çıxmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsində Fizuli rayon sakini, 1990-cı il təvəllüdlü Ədalət Yusif oğlu Quliyevin məhkəmə istintaqı yekunlaşıb. Hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə görə, Ədalət Quliyev 12 il
20:34 Qatil ata məhkəmə qarşısında - İNANILMAZ QƏTL Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğlunu qətl etməkdə təqsirli bilinən 1974-ci il təvəllüdlü Eldəniz Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Ötən ilin iyulun 21-də Qobu qəsəbə sakini Eldəniz Məmmədov yaşadığı evdə ailə münaqişəsi zəminində 14 yaşlı lal-kar oğlu İbrahim
14:13 Arvadını kişi ilə “tutdu”, durub öldürdü Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını qətlə yetirməkdə təqsirli bilinən Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü Aydın Gülməmməd oğlu Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Mediaxeberleri.az xəbər verir ki, Virtualaz.org saytının əldə etdiyi məlumata görə, prosesə hakim

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az