t s

» » Mediada İNTİHAR: bu xəbərləri NECƏ VERMƏLİ?

Mediada İNTİHAR: bu xəbərləri NECƏ VERMƏLİ?

4-04-2017, 10:03 Yazar:  Məmməd Məmmədov Baxılıb: 355 Çap et
Mediada İNTİHAR: bu xəbərləri NECƏ VERMƏLİ?
İntihar xəbərlərinin bu qədər tirajlanması cəmiyyətdə gərginliyi, eləcə də özünə qsədin sayını daha da artırır.

Son vaxtlar artan intihar xəbərləri fonunda tez-tez psixoloqlar bu cür açıqlamalar verirlər. Belə fikir yaranır ki, mediada bir gündə bir neçə intihar xəbərinin verilməsi və onların xüsusi sensasiya ilə təqdimatı cəmiyyətdə gərginliyi yüksəldir. Lakin bu gün medianın həm də kommersiya qurumu olduğunu, əldə etdiyi məlumatı daha çox oxucuya tirajlamaqla ayaqda qalmağa çalışdığını da unutmamaq lazımdır. Bu məqamlara nəzər saldıqda medianın intihar xəbərlərini verib-verməməklə bağlı seçim qarşısında qaldığını söyləyə bilərik. Əlbəttə, ən vacib məqamlardan biri bu xəbərləri necə təqdim etməkdir.

Bu məsələ ətrafında Publika.az-ın suallarını media eksperti cavablandırdı.

Mediada İNTİHAR: bu xəbərləri NECƏ VERMƏLİ?


Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı Publika.az-a açıqlamasında bildirib ki, bu barədə yazmamaqla intihar problemini həll edə bilmərik:

“İntihar haqqında yazmamaqla problem həll olmaz. Əksinə bu hadisələrin tendensiya halını aldığını nəzərə alaraq, onların nədən baş verdiyini araşdırmaq lazımdır. Bu araşdırmaların nəticələrini insanlara çatdırmaq və düzgün qiymət verilməsinə çalışmalıyıq. İnsanların nə üçün intihar yolunu seçməsi araşdırılmalıdır. Sovet dövründə intihar barədə yazmırdılar. Lakin bu həmin dövrdə intihar olmadığı anlamına gəlməməlidir.
Hesab edirəm ki, bu xəbərlərin təqdimatı məsələsində problemlər var. İntihar xəbəri elə çatdırılmalıdır ki, oxucu xəbərlə tanış olarkən intiharın çıxış yolu olmadığını anlasın. Mütləq xəbərdə intiharın yaxşı bir şey olmadığı oxucuya çatdırılmalıdır”.

Mediada İNTİHAR: bu xəbərləri NECƏ VERMƏLİ?


Media eksperti Qulu Məhərrəmli hesab edir ki, bu gün yerli mediada kriminal xəbərlər, xüsusən intihar xəbərləri cazibədar formda təqdim edilir. Onun sözlərinə görə, bu xəbərlər psixoloji formada insanlara təsir edir: “Ona görə də, hesab edirəm ki, intihar xəbərləri nə qədər az verilsə, o qədər yaxşıdır. Məsələn, cəmiyyətdə müəyyən tendensiyalara etiraz kimi qəbul edilən intiharı vermək olar. İntiharın sosial səbəbini vurğulamaq üçün bu intiharı verə bilərik. Sadəcə hər hansı insan öz həyatına qəsd edirsə, onun arxasında heç bir məna, mahiyyət yoxdursa, onu verməyin mənası yoxdur. Xüsusən, uşaq və yeniyetmələrin intihar xəbərləri verilməməlidir”.

Ekspert intihar xəbərlərinin necə təqdim edilməsindən də danışdı: “Hesab edirəm ki, bir intiharın izi ilə gedilib araşdırma aparılması, sosial, ictimai səbəblərin üzə çıxarılması, statistikanın təqdim edilməsi daha yaxşı olar. Lakin bu gün bizim auditoriya intihar xəbərinə maraqlı xəbər kimi baxır. Əlbəttə, bu yolverilməzdir. Xüsusən, psixi, ailə məişət problemi olan, habelə həyatından narazı qalan insanlar çıxış yolu kimi intiharı seçəndə mətbuatın müəyyən təsiri hiss olunur. Biz cəmiyyət həyatına aid xəbərləri bir kənara qoyub, yalnız intihar xəbərlərini şişirdəndə, bunu bir qaynaq kimi götürüb, davamlı intihardan danışanda bu mediada normaların pozulması kimi anlaşılır. Bir sonrakı dalğa insanların psixikasına təsir edir. Bunun qarşısını almaq üçün jurnalistlər intihar xəbərlərinin təqdimatına yenidən baxmalıdır, peşəkar baxış olmalıdır. İntihar xəbəri cazibədar, cəmiyyətdə maraq oyadan xəbər kimi təqdim edilməməlidir. İmkan daxilində xüsusi zərurət yoxdursa, bu cür xəbərləri o qədər tirajlamağın mənası yoxdur”.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

11:50 PEYĞƏMBƏRLƏRİN HƏYATINDA VƏ KƏLAMLARINDA ƏTRAF MÜHİTƏ MÜNASİBƏT Dünya dinləri tarixinə nəzər salsaq peyğəmbərlərin kəlamlarında, hədislərində əhalinin ətraf mühitə münasibətlərini müəyyənləşdirən ekoloji fikirlərə rast gələrik. Onların həyat fəaliyyəti belə fikirlərlə doludur. Əhalinin yeni dinə iman gətirmələri üçün göstərdikləri möcüzələr bu baxımdan faydalı
16:01 “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Ocaq Günsırası ilə 28 Od Ayı, 37-ci ildə (iyul, 2015) İnam Evində “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısı keçirildi. Öncə Ailə Gününün quralları yerinə yetirildi. Sonra
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
22:01 “Türkmənçay Bağlaşması” – Özgürlüyümüzün sınırı Türkel Araşdırma Qurumu sunur “Türkmənçay Bağlaşması” – Özgürlüyümüzün sınırı Soylu Atalı: Ürəyinizdə Günəş olsun sayğılı yurddaşlarımız! Bu gün Türkel Araşdırma Qurumu adına Azərbaycanın bir neçə aydını – Xaliq Bahadır, Yadigar Türkel, Abil Ulusoy, Əlisəfa bəy və mən, Soylu Atalı Azərbaycanın
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az