t s

» » DƏHŞƏTLİ QƏTL - Bakıda rəqifəsini 50 çəkic zərbəsi ilə öldürən qadın....(FOTO)

DƏHŞƏTLİ QƏTL - Bakıda rəqifəsini 50 çəkic zərbəsi ilə öldürən qadın....(FOTO)

19-03-2015, 22:40 Yazar:  Məmməd Məmmədov Baxılıb: 675 Çap et
DƏHŞƏTLİ QƏTL - Bakıda rəqifəsini 50 çəkic zərbəsi ilə öldürən qadın....(FOTO)Vəliyeva əxlaqsız həyat tərzi yaşayırdı.

Bakı Ağır Cinayətlər Məhkəməsində Nailə Apayevanın (1960-cı il təv.) CM-nin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Mediaxeberleri.az xəbər verir ki, ötən il iyunun 17-də saat 15:00 radələrində Nəsimi rayonu, A.Mustafayev küçəsi ev 39 mənzil 51 ünvanında Nailə Apayeva yaşadığı evdə rəfiqəsi Lalə Vəliyeva ilə birlikdə nahar etdikdən sonra, sonuncu tənha olduğunu, onu heç kimin anlamadığını, bu səbəbdən artıq yaşamaq istəmədiyini bildirərək, Nailə və qızının ünvanına nalayiq ifadələr işlədərək söyüb.

Bundan hiddətlənən Apayeva aralarında baş vermiş mübahisə zamanı mənzilində olan çəkic və dəhrə ilə Vəliyevanın bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr vuraraq ona, ümumilikdə 50-dən artıq xəsarət yetirib. Lalə Vəliyeva kəskin qanitirmə nəticəsində hadisə yerində keçinib.

Məhkəmə prosesində Nailə Apayeva ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərib ki, Lalə Vəliyeva onun rəfiqəsi olub. O, Laləni tanıyanda rəfiqəsi heç yerdə işləməyib, insanlara faizlə pul verib. Lalənin psixoloji durumu yerində olmayıb, onun əsəbi və qeyri adekvat olduğu hamıya məlum idi, həmişə evindəki problemlərdən danışırdı. Oğlu Fuad evdən 50.000 dollar oğurlayaraq narkomanlarla xərcləmişdi. Fuad anasını şantaj edirdi, çünki Vəliyeva əxlaqsız həyat tərzi yaşayırdı, ona görə də əri Nazim Vəliyev onunla boşanıb.

Əri 4 ay əvvəl rəsmi olaraq Səkinə Əliyeva adlı qadınla evlənib, bu isə Lalə Vəliyevaya pis təsir edib. Mərhum şahidlərin yanında söyləyib ki, əvvəlki ərinin arvadını öldürəcək. Hadisə günü Lalə Vəliyeva rəfiqəsinin evinə nahara gəlib, özünə içki olaraq çaxır gətirib. Yemək zamanı içki içərək dərmanlar qəbul edib və ağlayaraq oğlundan, ərindən, ərinin yeni arvadından, sevgililərindən şikayət edib və yaşamaq istəmədiyini deyib.

Lalə bildirib ki, öncə ərinin arvadı Səkinəni öldürəcək, sonra isə özünə qəsd edəcək. Yeməkdən sonra içkili vəziyyətdə evindəki istilik sistemi olan kombinin yanında yerdə olan alətlərdən baltanı alaraq boğaz nahiyəsinə 2 zərbə vurub. Nailə gördüklərindən şoka düşüb və dərhal ona bint gətirib və qorxa-qorxa bintlə onun boğazını sarmağa çalışıb. Həmin an Lalə balta ilə onun qoluna vurub. Ev qan içində olub. Lalə onu yerə yıxıb və əlinə keçən çəkiclə ona zərbələr vurub, adını Səkinə deyərək onu boğmağa başlayıb. Çarəsiz bir anda çəkici onun əlindən alan Nailə onun başına bir zərbə endirib.

Apayeva göstərib ki, ümumi xəsarətlər mərhumda 4 dənə olub, Lalə onlardan üçünü özü-özünə balta ilə vurub. Bunun nəticəsində 20 dəqiqənin içində mərhum çoxlu qan itirib və ona görə keçinib. Apayeva bildirib ki, Vəliyeva öz evində onun həyatını məhv edib.

İstintaq zamanı müstəntiq ekspertlə əlbir olaraq ekspertizanın rəyində, guya mərhumun üzərində 70 ədəd xəsarət olduğunu yazıblar.

Sonda təqsirləndirilən şəxs məhkəmədən xahiş edib ki, onun barəsində CM-nin 123-cü (zəruri müdafiə həddini və ya cinayət törətmiş şəxsin tutulması üçün zəruri aşmaqla adam öldürmə) maddəsi ilə hökm çıxararaq onu həbsdən azad etsinlər, əks halda o, özünə qəsd edəcək.

Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş Fuad Vəliyev bildirib ki, ayın 17-də saat 16:30-da anasının telefonundan ona sms gəlib və orda yazılıb ki, “mən dostlarımla üç günlük rayona gedirəm, telefonun adaptorunu evdə unutmuşam, telefonun zaryadkası azdır”. Sms aldıqdan sonra o, anasına “başın işləyir?” sözləri ilə cavab yazıb və “bəli” sözləri ilə cavab alıb. Bundan sonra o, anasının telefonuna zəng edib, lakin telefonun bağlı olduğunu görüb. Axşam işdən çıxaraq evə gedib, təxminən bir saat sonra Nəsimi RPİ-nin əməkdaşları ona zəng edərək hadisə barədə məlumat veriblər.

İş üzrə 4 nəfər şahid dindirilib.

Məhkəmənin hökmü ilə Nailə Apayeva cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 13 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

23:04 “Türkan”da atasını baltalayan 17 yaşlı oğula hökm oxundu Şamil üzünü atasına tutaraq, söyüş söyməməsini xahiş edib. Bakı Ağır Cinayətlər Məhkəməsində Xəzər rayon sakini Şamil Rzayevin (1997-ci il təv.) CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Mediaxeberleri.az xəbər verir
22:27 15 yaşında ərə verilən Nərminənin dəhşətli qisası – ŞOK TƏFƏRRÜAT Masallı rayonunda 1998-ci il təvəllüdlü Nərminə Şıxıyeva bibisi oğlu, 2006-cı il təvəllüdlü Həsən Mahir oğlu Vəliyevə 17 bıçaq zərbəsi vurmaqla ona ağır bədən xəsarətləri yetirib. Hadisə rayonun Ərəb kəndinə baş verib. Nərminə Şıxıyeva 2012-ci ilin oktyabr ayında 16 yaşına çatmadığı halda
07:54 Xanım müğənninin eks həyat yoldaşından - Ağır ittihamlar Azərbaycanın əməkdar artisti Lalə Məmmədovanın kecmiş həyat yoldaşı İlham Qafarov müğənniyə qarşı agır ittihamlar səsləndirib. İlham Qafarov müğənnini onun barəsində yalan xəbərlər yaymaqda suçlayıb. O, ATV.az-a bunları deyib: “Lalə hər yerdə mənim alfons olduğumu, biz evli olanda onun hesabına
18:40 “Əlil olduğum üçün məni lağa qoyurdu, mən də vurdum...” Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhəri, Sulutəpə qəsəbə sakini sakini, 1996-cı il təvəllüdlü Fəqan Şükürlünün cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Prosesə hakim Əhməd Quliyev sədrlik edib. Hadisə 2014-cü il, yanvarın 21-də Sulutəpə qəsəbəsində baş verib. Fəqan Şükürlü münaqişə
17:40 Abşeron sakini azyaşlı oğlunun qətlində təqsirləndirilir Həyat yoldaşı isə ərinin spirtli içki aludəçisi olduğunu bildirib. Bakı Ağır Cinayətlər Məhkəməsində Abşeron rayon sakini Eldəniz Məmmədovun (1974-cü il təv.) CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hazırlıq iclası

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az