t s

» » İslamın gizli qalmış həqiqətləri: Peyğəmbərin qızını kim öldürdü ?

İslamın gizli qalmış həqiqətləri: Peyğəmbərin qızını kim öldürdü ?

30-03-2017, 21:51 Yazar:  tural Baxılıb: 1108 Çap et
Tarixi təhlillər :
İslamın gizli qalmış həqiqətləri: Peyğəmbərin qızını kim öldürdü ?
Nifaq salmaq üçün İslamın ən həssas yeri olan Payğəmbərin qızı haqda rəvayətlər meydana gətirilmişdir.
Təbərsi, İbn Quteybə və bir neçə tarixçi, ənənəvi və o dövrün hakim dairələrinin təsir dairəsində olan tarixçilərdən, məsələn, Təbəridən, İbn Əsirdən və.s. fərqli olaraq Peyğəmbərin qızı Fatimə əz Zəhranın ikinci Xəlifə tərəfindən qətlə yetirildiyini müxtəlif formalarda öz kitablarında qeyd ediblər. Ancaq bu məsələ, heç də din alimləri tərəfindən birmənalı qarşılanmayıbdır. Sünni alimləri bu hadisəni qəti inkar ediblər. Şiə alimlərinin də çoxluğu bu məsələyə şübhəli yanaşıb, bır qismi də inkar ediblər. Lakin Fatimənin evinə hücumun olması qətidir və Əhli Beyt ikinci xəlifəyə beyətdə ləngidiyi üçün onun evinə hücum edilmişdi. Hətta evin yandırılması söhbəti vardır. Lakin Qunfuz adlı şəxsin tərəfindən Zəhranın qapı ilə divar arasında qoyulması və onun az müddət sonra vəfat edərək gizli dəfn olunması da qəribə hadisələrdən biridir.

Lakin Zəhranın qətl olunaraq Əlinin buna susması ( guya aciz qalıb əlacsız olmuşdur ) müəmmalıdır və İslamda bir insanın qan bahası vardır, bu qanın qisası alınmalı idi İslama görə. Ancaq biz bunu tarixdə görmürük. Məsələn, İmam Hüseynin qanını Muxtar Əs Səqəfi aldı. Əli əleyhissəlamın qanını oğlu Həsən aldı. Əgər Zəhra da Ömər tərəfindən şəhid edilibsə, onun qanı-qisası nə üçün alınmayıb. Yox, əgər bütün islam ümməti belə bir cinayəti görüb və susubsa, deməli hamısı dindən xaric olublar. Yəni, Peyğəmbərin qızını öldürələr, hamı da baxa susa, bu artıq cinayətdə iştirak deməkdir.

İmam Əli deyirdi ki, mən haqsızlıq qarşısında bir an belə səbr etmərəm. Yox,bəzi üləma deyir ki, Peyğəmbər ona vəsiyyət etmişdi ki, məndən sonra sənə və ailənə zülm edəcəklər, səbr et ... Çox qəribədir, Peyğəmbər zülmə susmağamı əmr edrdi onu ? Deməli belə çıxır ki, Peyğəmbər ümmətə bir cür, Əliyə başqa cür vəsiyyət edirmiş.

Böyük alımlərdən biri qeyd edir ki, mən, Əlinin arvadı, Peyğəmbərin qızı, Allahın sevimlisi, Cənnət qadınlarının xanımı olan Zəhranı Ömərin qətlə yetirə bilmə cəsarətində olmasını ağlıma sığışdıra bilmirəm.

Yəni, olsa-olsa bu səhvən, ehtiyatsızlıqdan ola bilərdi. Yoxsa heç kəs Peyğəmbər qızını öldürmə cəsarətində buluna bilməzdi.

Zəhranın Muhsin adlı körpəsinin də tələf olduğu mövcuddur tarixdə. İbn Əbil Hədid də etiraf edir ki, evə hücum olub və yandırıblar. Çünki beyət ləngiyir və Əlinin ətrafında müxalifət güclənirdi ki, bu da mövcud xəlifəni və ətrafını ciddi narahat edirdi.
Əli isə beyətdən yayınırdı. O, Peyğəmbərin dəfni ilə məşğul olarkən qəfil seçilən və onun iştirakı nəzərə alınmayan hakimiyyəti tanımırdı. Lakin sonralar o məcbur olaraq buna tabe oldu.

Xülasə budur ki, əgər Əlində iqtidar olarkən bu cinayətlərin cəzasını o təyin etməyibsə, məsələn, Fədək bağlarının qaytarılması, Zəhranın qisası, xilafətin qəsbi kimi siyasi, iqtisadi, dini, hüquqi cinayətlərə iş qaldırıb araşdırıb cəza təyin etməyibsə bizim 1400 ildən sonra Əlinin əvəzinə mühakimə aparmağımız əbəsdir. Allahın məhkəməsi daha ədalətlidir.

Bəziləri deyir ki, Əli öz xilafəti zamanında özünə və ailəsinə qarşı baş vermiş cinayətlərin cəzasını təyin edib qəsb olunmuş haqqını qaytarsaydı onu qınayardılar. Əslində bu belədirmi ? Bir insan öz haqqını ilk öncə qorumalıdır, sonra başqalarının. Peyğəmbər öncə özünü öldürmək istəyənləri özündən dəf edirdi ki, başqalarının da öldürülməsini əngəlləyə bilsin. Əgər Əlinin həyat yoldaşı öldürülür, Əli bunsa susursa, Əli başqalarının həyat yoldaşının və ya özlərinin öldürülməsinə necə mane ola bilər ?

Deməli, heç kəs Əlinin həyat yoldaşını, Peyğəmbərin qızını öldürmək cəsarətində ola bilməzdi. Pəhləvanlar nərəsindən titrəyən, Yəhudilərin Xeybər qalasının dəmir darvazasını tək əllə götürüb atan, Mərhəbi iki şaqqa edən, Əmr bin Əbdəvidi --- Ərəbin ən güclü pəhləvanını məğlub edib anasını ağladan, Əsədullahın arvadını kim öldürə bilərdi qapı arasında qoyaraq.

İmam Əli böyük şəxsiyyət, qorxmazlığın rəmzidir. Onun bu qorxmaz və mübariz, kişilik timsalı olan həyatını kimlərsə sonda gətirib acizliyə calayırlar.

Ümməti çaş-baş salamaq özü şeytana xidmətdir. Şübhəsiz ki, xəlifələrin də səhv addımları çox olub. Hələ xilafət və hökumət işlərində təcrübəsiz olan səhabələr yanlışlığa da yol verirdilər.

Peyğəmbərin vəfatından sonra ixtilaflar başlamışdı. Roma imperiyası və başqa qüvvələr marıtda idilər ki, əks hücuma keçib yeni peyda olan dini hökuməti ləğv etsinlər. Ona görə də Peyğəmbərin vəfatından sonra səhabələr tələsik xəlifə seçdilər və dərhal dindən dönənlərin, Müseylimə adlı yalançı peyğəmbərin üstünə ordu göndərildi.

Peyğəmbər isə vəfatından öncə təkidlə Üsamənin başçı olduğu ordunu Suriya-Fələstin üzərinə yollayırdı. Lakin qoşun, Peyğəmbərin səhhətinin ağırlığına görə irəli getmək istəmirdi. Bəzi şərhçilər orduda sonralar birinci və ikinci xəlifə olan şəxslərin də olduğunu, Peyğəmbər bu yolla onları özündən uzaqlaşdırmaq istədiyini qeyd edirlər ki, yəni, o istəyirdi ki, vəfatından sonra Əli rahatlıqla xilafəti ələ keçirə bilsin. Lakin bu yoxumdur təbii ki.

Əlinin Qədir Xum adlanan səhrada xəlifə təyin edilməsi mövcuddur. Şiələr yazır ki, Peyğəmbər özündən sonra onu ümmətə rəhbər təyin etdi və bu haqda Maidə surəsində ayə də nazil olundu.
Ancaq sünnilər qeyd edir ki, bu hadisə ona görə oldu ki, Əlinin ədalətinə dözməyən bəzi şəxslər ona qarşı kin bəsləyirdilər. Peyğəmbər bunu hiss etdi və sonra Əliyə qarşı gəlməmələri üçün camaatı yığaraq onlara elan etdi ki, Əlini sevən məni sevir, Əliyə düşmən olan mənə düşməndir. Mən kimin mövlasıyamsa Əli də onun mövlasıdır.

Mövla sözünün çox mənaları vardır. Sahib, dost, yoldaş, rəhbər və s.
Peyğəmbərin vəfatı zamanı kağız-qələm istənilmiş, kağız -qələm gətirilməmişdir. Bu məclisdə deyilənə görə ikinci xəlifə də olmuş və o peyğəmbərin sayaqladığını demişdir. Məndən sonra ixtilafa düşməməyiniz üçün sizə bir sənəd yazmaq istəyirəm, demiş, lakin bu əmr yerinə yetirilməmişdir. İmam Əli də böyük ehtimalla o məclsidə olmuşdur və nəyə görəsə kağızın gətirilməsinə nail olmamışdır.
İndi bir çoxları qeyd edir ki, Peyğəmbər İmam Əlinin xəlifə olacağını yazacaqdı.

Reallıq budur ki, peyğəmbərin özündən sonra xəlifə, varis təyin etməsi müəmmalıdır və qəti deyildir.
Əgər İmam Əlini təyin etmişdisə, ümmət də bu təyinə xəyanət etdisə, onda gərək bütün ümməti dindən çıxmış sayaq.

Həmin ayələrə gəldikdə isə, İmam Əli indi ondan nəql ounan haqqını tələb etmə rəvayətlərində həmin ayələrdən istifadə etməmişdir dialoqlarda. Məsələn deməyib ki, mən Maidə surəsinin 67 ci ayəsinə əsasən, ya Namazda Zəkat verənlər ayəsinə əsasən xəlifə təyin edilmişəm. Onun bütün söhbətlərində ( təbii ki, bu tarix kitablarına əsasəndir ) hasil olan nəticə budur ki, oz özünü bu işə daha layiq və yaxın bilmişdir. Nəhcül bəlağədə də, hədislərində də, Təbərsinin tarixində də belə nəql olunir ki, o həzrət bütün fəzilətlərini sayaraq əks tərəfə deyir ki, bu işə mən daha layiqəm.

Onun ləyaqətini və xəlifəliyə daha gərəkli olduğunu da hamı etiraf edir. Lakin İbn Əbil Hədid adlı Mötəzili alimi onun kitabına yazdığı " Şərhu Nəhcil Bəlağə" adlı əsəri belə başlayır " Layiq olmayanı layiq olandan əvvələ keçirən Allaha həmd olsun..."

Yəni, İlahi təqdir, qəzavü-qədər, dövrün bizə tam məlum olmayan real vəziyyəti, qaranlıq məqamlar, bir az da yuxarıda qeyd etdiyim təcrübəsizlik kimi amillər İmam Əlinin Peyğəmbərdən sonra rəhbər olmasını əngəllədi.
islamı yenicə qəbul edən bəzi bölgələrin bədəvi əhalisinin Əli kimi şəxsiyyətin ədalətinə dözümləri yox idi. Əli çoxlu müşrik və nüfuzlu ərəb sərkərdələri qətlə yetirmişdi. Onların qohumları ya islamı qəbul edir, ya da siyasət üçün islama daxil olurdular. Şübhəsiz ki, onların qəlbində Əliyə qarşı kin vardı.
Ancaq Əli əleyhissəlam hər üç xəlifənin zamanında ən nüfuzlu şəxs olub, dövrün dini hakimi olub. Belə demək mümkünsə baş nazir olub.
Şübhəsiz ki, siyasi idarəçilikdə eyni partiayada, eyni rəhbərlikdə təmsil olunan şəxslərin fikir ayrılıqlarının da olması labüddür. Digər xəlifələrlə Əli arasında olanlar da bu qismdəndir. Yoxsa o qızı Ümm Gülsümü Ömərə ərə verməzdi. İmam Əli Osmanla bacanaq idi. İkisi də Peyğəmbərin kürəkəni idilər. Əbu Bəkrlə Ömər isə peyğəmbərin qayınatası idilər. Əlinin Kərbəlada şəhid olan övladlarının adları Ömər, Ömər Əkbər, Əbu BəkR, Osma və s. olmuşdur.

Bu xırda fikir ayrılığı sonralar xəyanətkar və maraqlı qüvvələr tərəfindən şişirdilib böyük sünni şiə ixtilafina salınmışdır.

Halbuki Əli, Ömər, Əbu Bəkr, Osman islam girəndən ölənəcən bir qabdan yemək yeyib, hər gün eyni səfdə namaz qılıblar.

Sonralar İranın Ömər tərəfindən fəth edilməsi Sasani imperiyasının tərəfdarlarını sındırdı. Firuz Əbu Lulu adlı bir iranlı xəlifəni 6 bıçaq zərbəsi ilə qətlə yetirdi. İran şahi 2ci Yezdəgerdin tacını dörd yerə bölüb kasıblara verərək, şahin qızını əsir gətirib Əlinin oğlu Hüseynə ərə verən Öməri İranlılar lənətləməsin bəs neyləsin ?

Bu, lənətləmə və Zəhranın qətli məsələsi öılkələrinin xəlifə tərəfindən alçaldıcı şəkildə fəth edilməsinin intiqamıdır.

Lakin siyasi və qərəzli fikirləri qırağa atsaq görərik ki, Raşidi xəlifələr arasında düşmənçilik olmayıb. Bir-birini bacarıqsızlıqda, qohumbazlıqda süçlayıblar, ancaq dinsizlikdə, düşmənçilikdə, qətldə, cinayətdə süçlamayıblar. böhtan Müaviyyədən başlayıb ki, onun da tarixi məlumdur. O, Osmanın qatillərini guya Əli gizlədir, deyə şivən salaraq Əlini şərlədi və İslam ümməti arasında Əliyə qarşı şübhə yaratdı. Halbuki Osman öz qohum əqrabasının vəzifələrdə meydan sulamasına görə Misirlilərin üçüncü üsyanında mühasirədə evində öldürülmüşdü. Əli üsyançıların qarşısını bu dəfə ala bilməmişdi.

İmamət və 12 İmam məsələsi Buxari və digər mötəbər hədis qaynaqlarında təsdiq olunub ki, Peyğəmbərdən sonra 12 şəxs islam aləminə dini rəhbər olacaqdır. Fakt da budur ki, dini rəhbər olublar. Ancaq həm dini, həm dünyəvi rəhbər olmayıblar. Buna imkan verilməyib dövrün hakimiyyəti tərəfindən.

Bəlkə də Allah tərəfindən belə bir qədər müəyyən olunub ki, dünyəvi xilafəlikdə və hakimiyyətdə öz məsumiyyətlərini itirməsinlər. Dünyəvi hökümət elə bir şeydir ki, mütləq hansısa bir naqislikdə ittiham edilirsən. Öz nüfuzunu və təmiz adını qoruya bilmirsən. İmam Əli ədalətli rəhbər olsa da onun zamanında da fitnə çıxdı və Muaviyyə onu qətldə ittiham etdi, həkəmlər onu yanıltdı və Xəvariclər ona düşmən olub onu şəhid etdilər...

Bəlkə də İmam Hüseyn xəlifə olsa idi, şəhid olmasa idi onun nüfuzu indiki qədər olmayacaqdı. Ümmətə belə təsirli olmayacaqadı. Yəni, nələrdənsə, öz haqqından belə məhrum edilmək özü də insanın nüfuzunun qalxmasına, onun diqqət mərkəzinə gəlməsinə vəsilə olur. İmamlarımızın elə yarı fəzilətləri, məhrum edildikləri haqlarına səbr etmələrinə görədir. Bu gün o məsələni qaldırb ümməti nifaqa salmaq haramdır.

Osmanı öldürən şəxs sünni idi. Öməri də həmçinin. Məsələ budur ki, aydın olur ki, indiyəcən olan ixtilaflar hamısı siyası fırıldaqlardır. Əslində tarixi də gizlədiblər. Bu gün satışda Təbərinin, Təbərsinin tarixini görürsünüzmü? Yox ! Ancaq kimlərinsə əlavələrlə, öz məqsədinə uyğun yazdığı minlərlə "tarix " vardır...

Əslində İmam Əli və ilk üç xəlifə arasında düşmənçilik olmayıb. Onlar qohum və dost olublar. Səhabə olublar. Peyğəmbərin mühüm işlər üzrə naibləri, köməkçiləri olublar. İslam ümmətinə də, dinə də xeyir veriblər. Əbu Bəkr yalançı peyğəmbərə qarşı vuruşub onu məhv edib islamı fəlakətdən qurtararaq bir sıra fəthlər edib. Ömər İranı, Azərbaycanı, Misiri, Suriyanı, Fələstini fəth edib islama təşfiq etdi. Osmanın da dövründə Quranın toplanması və bir sıra fəthlər kimi nailiyyətlər oldu. İmam Əlinin zamanında isə fitnələr imkan verməsə də bəzi islahatlar həyata keçdi. Hqala nahaq məlum oldu. İslam ümməti daxildən ələndi.

İslam ümməti əsasən iki qrupa bölünüb. Bu iki qrupun əsas ixtilafının ilki xilafət məsələsidir. İmam Əli buyurub ki, xilafət mənim üçün ayaqımdakı yamaqlı çarıqdan və keçinin asqırmasından daha əhəmiyyətsizdir. Yəni o həzrət dünyaya həris deyildi. Xilafəti də istəsə ədalətlə idarə etməyə görə istəyərdi.

Ancaq indi onu xilafət hərisi kimi təqdim edirlər. Ateistlər də baxıb deyir, elə sizin xəlifələr hakimiyyət üçün bir-birin qırıblar. Əslində belə deyil. Bu günkilər hakimiyyət üçün bir-birin qırır və İmamları-xəlifələri də özlərinə nümunə göstərirlər yalandan.

İmamlar və xəlifələri hakimiyyət və siyasət deyil, dinin təbliğ edirdilər. Onları daha çox din maraqlandırırdı. Hakimiyyət dini təbliğ etmək üçün onların əlində vasitə idi.
Əli də istədiyi kimi dini təbliğ edirdi. Neylirdi o hakimiyyət ? Məlumdur ki, onu xilafətə məcbur etdilər. O məcbur olub qəbul etdi Osmandan sonra.

Zəhranın qətli məsələsi İmam Əlinin şəninə yaraşan hadisə deyildir.
Tarixlərdə də ziddiyyət vardır.

Əslində sünni və şiə ixtilafınını kökündə bir problem yoxdur. Bəziləri, bəzi səhabələri Əliyə müxalif olduqları üçün söyürlər. Digərləri də onları lənət dedikləri üçün kafir sayırlar vəs.

Əgər bir sünni Osmanı və Muaviyyəni sevirsə, onun hörmətini saxlayırsa, onları Peyğəmbərin səhabəsi, katibi, yaxını-qohumu olduğu üçün, müsəlman bildiyi üçün, günahsız hesab etdiyi üçün sevir. Onları Əliyə müxalif olduqları üçün, günah etdikləri üçün sevmir ki... Ona görə məsələyə başqa prizmadan baxmaq lazımdır. Və yaxud, bir şiə Müaviyyəyə qəzəblə, hiddətlə yanaşırsa bu ona görə deyildir ki, Muaviyyəni səhabə olduğu üçün, müsəlman sayıldğı üçün söyür. Xeyir ! Tarixdə mövcud olan haqsızlıqları etdiyinə görə, Peyğəmbərin dininə və yoluna xəyanət etdiyi üçün, günah etdiyi üçün onu tənqid edir. Yəni, səbəblər və baxışlar fərqlidir.

Həllac Mənsur edam edilərkən Allah dua edir və deyir ki, İlahi, sən məni öldürənləri bağışla. Çünki onlar məni müsəlman olduğum üçün, Sənə yaxınlığım üçün öldürmürlər. Sənə müxalif olduğumu sanıb, dinə xələl gətirdiyimi güman edib Sənə yaxınlıqdan edirlər bu işi. Öz dinlərinə təəssübdən edirlər bu işi, Sən onları bağışla...

Yəni, hər kəs ya dininə təəsübdən hansısa sözü deyir. Bu anlaşılmalı və bağışlanmalıdır. Səhabəni sevən də, söyən də bağışlanmalıdır. Əvvəla söymək haramdır və söyüş müsəlmamna yaxşı deyil. Təhqir və lənət də müsəlmana yaraşmaz. Öz dininə görə hansısa sözü deyəni səhv də olsa əfv etməliyik. Ancaq nadanlıq, xəyanət, fitnə, xarici qüvvələr, nifaq salma məqsədi ilə ortaya salınan Əli- Osman ( Alı Osman ) süni savaşını alosmana qaldırmaqdan böyük şeytanlıq ola bilməz.

İslam ümməti biridir. Sünnisi də, şiəsi də müsəlmandır. Bu ümmətin adı şiə yox, sünni yox Müsəlmandır.

Tural İrfan
İlahiyyatçı-islamşünas, Bakı İslam universitetinin müəllimi




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

11:50 PEYĞƏMBƏRLƏRİN HƏYATINDA VƏ KƏLAMLARINDA ƏTRAF MÜHİTƏ MÜNASİBƏT Dünya dinləri tarixinə nəzər salsaq peyğəmbərlərin kəlamlarında, hədislərində əhalinin ətraf mühitə münasibətlərini müəyyənləşdirən ekoloji fikirlərə rast gələrik. Onların həyat fəaliyyəti belə fikirlərlə doludur. Əhalinin yeni dinə iman gətirmələri üçün göstərdikləri möcüzələr bu baxımdan faydalı
14:20 Tural Əhmədov: "İbadət qul ilə məbud arasındakı qulluq bağıdır" İSLAMDA İBADƏT Bildiyimiz kimi İslam dinində ibadətin xüsusi bir yeri vardır. Quran-ı Kərimdə də ifadə olunduğu kimi insanlar və cinlər ibadət etmək üçün yaradılmışdır. İbadət qul ilə məbud arasındakı qulluq bağıdır. Bu mənəvi hal, namazda tam zirvəsinə çatmalıdır ki, Allah Elçisi (s. a. a),
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
22:01 “Türkmənçay Bağlaşması” – Özgürlüyümüzün sınırı Türkel Araşdırma Qurumu sunur “Türkmənçay Bağlaşması” – Özgürlüyümüzün sınırı Soylu Atalı: Ürəyinizdə Günəş olsun sayğılı yurddaşlarımız! Bu gün Türkel Araşdırma Qurumu adına Azərbaycanın bir neçə aydını – Xaliq Bahadır, Yadigar Türkel, Abil Ulusoy, Əlisəfa bəy və mən, Soylu Atalı Azərbaycanın
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az