t s
00:28  Mühacir jurnalistdən tanınmış vəkilə və APA-ya ağır İTTİHAM✍ 00:34  Daha bir Qarabağ qazisinin acınacaqlı durumu (FOTO, VİDEO)✍ 00:52  Laçınlılar üsyan edir: “İcra başçısı bizi vecinə almır” - Gərginlik✍ 06:06  Dünyaya qara qış gəlir - Xəbərdarlıq✍ 06:14  Putin Yaxın Şərqin xəritəsini çəkdi — Fələstin dövləti qurulmalıdır✍ 06:38  Azərbaycan üçün vəhabi təhlükəsi✍ 08:48  Quldurlara "sürpriz" - VİDEO✍ 08:54  Əmisi qızına təcavüz edən gənc öldürüldü – DƏHŞƏTLİ QİSAS✍ 09:40  Ramilə Haqqı - "Məni sevənim"✍ 10:02  Manat əksər xarici valyutalara nisbətdə ucuzlaşıb✍ 10:19  İşığın və qazın qiymətinin artırılması nələri bahalaşdıracaq?✍ 10:29  Bakı metrosunda HƏYƏCAN: 65 yaşlı kişi özünü qatarın altına atdı✍ 10:56  Fikrət Yusifov: Qiymət artımı qazdan və elektrik enerjisindən istifadə edən əhalinin 70 faizə qədərnə aid olmayacaq✍ 13:57  Manat neftin üzməsinə adaptasiya olunub✍ 14:01  Beytulla Hüseynov: Nazir tapşırmışdı ki, pulları Vidadi Zeynalova verək✍ 14:04  Azərbaycanın siyasi partiyalarına 2,5 milyon manat ayrılacaq✍ 14:06  Avropa.info-nun əməkdaşı çəkiliş apararkən qoçu dəstəsi tərəfindən vəhşicəsinə döyüldü – Kamerası və telefonu əlindən alındı, başını yararaq fiziki xəsarət yetirdilər (Video)✍ 14:07  Azərbaycanda pensiya xərcləri artırılacaq✍ 14:54  Metroda nasazlıq yaranıb✍ 15:23  Nazir: Qazın qiymətinin qalxmasına Rövnəq Abdullayev aydınlıq gətirsin✍ 
» » RƏŞAD MƏCİD:"ELZA XANIMIN ŞEİRLƏRİNDƏ TƏNQİD VƏ MƏNALAR TAPMAQ MÜMKÜNDÜR"

RƏŞAD MƏCİD:"ELZA XANIMIN ŞEİRLƏRİNDƏ TƏNQİD VƏ MƏNALAR TAPMAQ MÜMKÜNDÜR"

29-03-2017, 11:06 Yazar:  Məmməd Məmmədov Baxılıb: 589 Çap et
RƏŞAD MƏCİD:"ELZA XANIMIN ŞEİRLƏRİNDƏ TƏNQİD VƏ MƏNALAR TAPMAQ MÜMKÜNDÜR"
"Cəmiyyət bəzən onun şeirlərini lağa qoyur, əslində o, cəmiyyətə lağ edib, ironiyasını çatdırır"

"Azərbaycan Yazıçılar Birliyinə üzv olmaq hər bir yaradıcı insan üçün şərəfdir. Zaman-zaman ora böyük yazıçılarımız rəhbərlik ediblər. Belə işlərə hər zaman böyük məsuliyyətlə yanaşıram. Özümə də şair demirəm. Şeirlərim məndə uşaqlıqdan formalaşan yazı tərzimdir. Əgər şair kimi bilib dəvət edərlərsə, bundan qürur duyaram".

Bu sözləri müğənni, bəstəkar Elza Seyidcahan bildirib. Tanınmış müğənni Azərbaycan Yazıçılar Birliyinə üzv olmaq niyyətini gizlətməyib. Lakin Elza Seyidcahan özünün hələ ki quruma müraciət etmədiyini bildirib: "Yazdıqlarımı, şeirlərimi heç zaman Yazıçılar Birliyinə təqdim etməmişəm. Çünki özümə heç zaman şairə deməmişəm. Onu da deyim ki, sosial şəbəkələrdə yazılanların, paylaşılan şeirlərin çoxu mənə aid deyil. Onları adıma nəzirə kimi yazırlar və şərhlərin çoxu da həmin şeirlərə yazılır. Bu yaxınlarda Almaniyada yaşayan tanınmış rəssamlarımızdan birinin şeirlərimə həsr etdiyi rəsmlərdən ibarət kitab çap olunacaq. Həmin kitabda mənim əsl şeirlərimi görəcəksiniz. Yaradıcılıqla uşaq vaxtından məşğul olmuşam. Dayım yazılarımı məşhur yazıçı Cəlal Bərgüşada göstərib. O da deyib ki, uşaqdır, yaradıcılığını davam etməli, çox oxumalı və yazmalıdır. Böyüyəndə özü yazıb-yazmamaq barəsində qərar verər. Elə oldu ki, mən də şeirə yox, musiqiyə çox meyl etdim. Mahnılar bəstələdim. Sadəcə, o mahnılar qeyri-adi olduğu üçün və müğənnilər onlara deyil, daha çox kommersiya mahnılarına müraciət etdiyi üçün məcbur qalıb özüm oxumağa başladım. Yoxsa, müğənni olmaq fikrim də yox idi".

Elza xanım son günlərdə yaşana bir hadisəni, daha doğrusu, ona edilən bir təklif barəsində də danışıb:

"Naxçıvan Muxtar Respublikasında xeyir işdə olduğum zaman məsul şəxslərdən biri mənə yaxınlaşıb dedi ki, sizin şeirlərinizi çox bəyənirik, istərdik ki, sizi Naxçıvan Yazıçılar Birliyinə üzv edək".

Azərbaycan Yazıçılar Birliyinin birinci katibi xalq şairi Fikrət Qoca Naxçıvan Yazıçılar Birliyinin sərbəst fəaliyyət göstərdiyini qeyd edib: "Amma onların da qəbul işləri olur, bizə yollayırlar, biz də təsdiq edirik".

Bu o deməkdir ki, əgər Naxçıvan Yazıçılar Birliyi Elza Seyidcahanı üzvlüyə qəbul etmək istəsə, qəbulla bağlı bildiriş mütləq Azərbaycan Yazıçılar Birliyinə göndərilməli və orada öz təsdiqini tapmalıdır. Bu barədə bildiriş isə hələlik göndərilməyib.

Elza Seyidcahanın yazıçılar Birliyinə üzv olmaq arzusuna Azərbaycan yazıçılar Birliyinin katibi Rəşad Məcid münasibət bildirib:

« Elza Seyidcahan rəsmi şəkildə Yazıçılar Birliyinə müraciət etməyib. Bu məsələni jurnalistlər gündəmə gətirdi. Qaldı Naxçvan Yazıçılar Birliyinə üzv olmağına, bu məsələni də yəqin ki, ciddi qəbul etməyə dəyməz, toyda filanda kimsə Elza xanımla zarafat edib. Amma E.Seyidcahan istedadlı xanımdı, səviyyəli bəstəkardı. Şerlərinə gəlincə isə , xanımın şerlərində ironiya, sarkazm var. Onun şeirlərində müəyyən mənada üsyan var. Elza xanım o qədər dayaz deyil.

O, ciddi ədəbiyyatla məşğul deyil ki, AYB-ə üzv olsun. Elzanın şerlərinin bir - ikisini oxumuşam. Bəli, birmənalı qarşılanmır. Bəlkə ilk eşidiləndə bayağı səslənə bilər. Amma onun şerlərində tənqid və mənalar tapmaq mümkündü. Ədəbiyyatı duyan bir sənətçidi. Cəmiyyət bəzən onun şerlərini lağa qoyur, dərindən baxanda isə əslində Elza xanım cəmiyyətə lağ edib, ironiyasını çatdırır. Düzünü desəm onun Yazıçılar Biliyinə üzv olacağını düşünmürəm, amma müraciət etsə də, bu, onun şəxsi fikridir. Müraciət etdikdən sonra bu barədə fikir söyləməyə dəyər. Elza xanım gözəl müğənni, istedadlı musiqiçi kimi onsuz da tanınır.»




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

11:50 PEYĞƏMBƏRLƏRİN HƏYATINDA VƏ KƏLAMLARINDA ƏTRAF MÜHİTƏ MÜNASİBƏT Dünya dinləri tarixinə nəzər salsaq peyğəmbərlərin kəlamlarında, hədislərində əhalinin ətraf mühitə münasibətlərini müəyyənləşdirən ekoloji fikirlərə rast gələrik. Onların həyat fəaliyyəti belə fikirlərlə doludur. Əhalinin yeni dinə iman gətirmələri üçün göstərdikləri möcüzələr bu baxımdan faydalı

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az