t s

» » Ağstafa rayonu İcra hakimiyyəti başçısı yanında Şuranın geniş tərkibdə iclası keçirildi.

Ağstafa rayonu İcra hakimiyyəti başçısı yanında Şuranın geniş tərkibdə iclası keçirildi.

19-03-2015, 14:14 Yazar:  Ələddin Kəsəmənli Baxılıb: 1237 Çap et
Ağstafa rayonu İcra hakimiyyəti başçısı yanında Şuranın geniş tərkibdə iclası keçirildi.Rayon İcra hakimiyyəti başçısı yanında Şuranın növbəti geniş tərkibdə iclası keçirildi. Ağstafa rayonu İcra hakimiyyəti başçısı aparatının akt zalında keçirilən iclasda rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev, başçının müavinləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon İcra hakimiyyəti aparatının şöbə müdirləri və rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, ictimai təşkilatların nümayəndələri iştirak edirdi.

Şura iclasına sədrlik edən cənab Məhərrəm Quliyev müzakirəyə çıxarılan məsələlərin əhəmiyyəti barədə ətraflı məlumat verdi. Qeyd edildi ki, ölkəmizin sosial-iqtisadi inkişafında əldə olunan uğurlu nəticələr, eləcə də hər bir vətəndaşın həyat səviyyəsinin artırılması dövlət hakimiyyət orqanlarına müraciət edən sakinlərin ərizə, şikayət və təkliflərinə baxılması sahəsində mütəmadi təhlillərin aparılmasını, bu istiqamətdə də yeniliklərin tətbiq edilməsini zəruri edir. Vətəndaş-məmur ünsiyyətinin daha da yaxşılaşdırılması, hər bir müraciətə qanunauyğun müddətdə baxılmasının təmin edilməsi sahəsində Ağstafa rayonunda bir sıra işlər görülmüşdür. Bu sahədə mövcud nöqsanların aradan qaldırılması və yeniliklərin tətbiqinin sürətləndirilməsi üçün əlavə tədbirlər həyata keçirilir.

Gündəliyə daxil olan məsələlər barəsində Ağstafa rayon İcra hakimiyyəti başçısının müavinli R.İmanov, RİH Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Ş.Qurbanov, Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Y.Əfəndiyev arayışla çıxış etdilər.

Müzakirə olunan məsələlər barəsində müvafiq idarə və təşkilat rəhbərlərinin arayışı dinlənildi.
Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev müzakirə edilən məsələlərin həlli ilə əlaqədar olaraq öz tövsiyə və tapşırıqlarını verdi.
Şura iclası işgüzar şəraitdə keçdi.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:34 Ağstafada Novruz Bayramı münasibəti ilə ümumrayon tədbiri keçirildi Ağstafada İlaxır çərşənbə günü və Novruz bayramı münasibətilə bayram konserti baş tutdu Ağstafa şəhər S.Vurğun adına mədəniyyət və istirahət parkında Novruz bayramı münasibəti ilə geniş bayram tədbiri keçirilmişdir. Bayram şənliyində Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm
13:00 Həbs olunmuş şöbə müdirinin yerinə yeni təyinat Kürdəmir Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinə yeni müdir təyin olunub. Bu barədə Axar.az-a Kürdəmir Rayon İcra başçısının birinci müavini Tacəddin Novruzov məlumat verib. Onun sözlərinə görə yeni şöbə müdirinin adı Məhəmməd Hidayətovdur. O öz vəzifəsinin icrasına 10-12 gündür
23:31 8 Mart - Beynəlxalq Qadınlar günü Ağstafada qeyd olundu Ağstafa şəhər “Yazıçılar evi”ndə 8 Mart - Beynəlxalq Qadınlar günü münasibəti ilə bayram tədbiri keçirildi. Rayonun ictimai-siyasi həyatında fəal iştirak edən dövlət, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə çalışan qadınların iştirakı ilə keçirilən tədbiri Ağstafa rayon İcra
09:07 Bu icra başçılarının dəyişdiriləcəyi deyilir Rayon icra hakimiyyəti başçılarının qanunsuz əməllərindən Prezident Administrasiyasına edilən şikayətlərin monitorinqi aparılıb. Hazırda monitorinqin nəticələri ümumiləşdirilir və yaxınlarda siyasi rəhbərliyə təqdim ediləcək. Mediaxeberleri.az xəbər verir ki, bu barədə “istiqlal.az”
10:56 Astaranın icra başçısı yol üstündədir - Onun gediş qərarı verilib Prezident Adminstrasiyası Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov bu gün “Azər TAc”da yerli icra orqanlarının fəaliyyəti ilə bağlı məqalə ilə çıxış edib. Məqalədə bildirilir ki, Bakı şəhərinin bəzi rayonlarından və Ağstafa, Ağsu, Astara, Bərdə,

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az