t s
00:28  Mühacir jurnalistdən tanınmış vəkilə və APA-ya ağır İTTİHAM✍ 00:34  Daha bir Qarabağ qazisinin acınacaqlı durumu (FOTO, VİDEO)✍ 00:52  Laçınlılar üsyan edir: “İcra başçısı bizi vecinə almır” - Gərginlik✍ 06:06  Dünyaya qara qış gəlir - Xəbərdarlıq✍ 06:14  Putin Yaxın Şərqin xəritəsini çəkdi — Fələstin dövləti qurulmalıdır✍ 06:38  Azərbaycan üçün vəhabi təhlükəsi✍ 08:48  Quldurlara "sürpriz" - VİDEO✍ 08:54  Əmisi qızına təcavüz edən gənc öldürüldü – DƏHŞƏTLİ QİSAS✍ 09:40  Ramilə Haqqı - "Məni sevənim"✍ 10:02  Manat əksər xarici valyutalara nisbətdə ucuzlaşıb✍ 10:19  İşığın və qazın qiymətinin artırılması nələri bahalaşdıracaq?✍ 10:29  Bakı metrosunda HƏYƏCAN: 65 yaşlı kişi özünü qatarın altına atdı✍ 10:56  Fikrət Yusifov: Qiymət artımı qazdan və elektrik enerjisindən istifadə edən əhalinin 70 faizə qədərnə aid olmayacaq✍ 13:57  Manat neftin üzməsinə adaptasiya olunub✍ 14:01  Beytulla Hüseynov: Nazir tapşırmışdı ki, pulları Vidadi Zeynalova verək✍ 14:04  Azərbaycanın siyasi partiyalarına 2,5 milyon manat ayrılacaq✍ 14:06  Avropa.info-nun əməkdaşı çəkiliş apararkən qoçu dəstəsi tərəfindən vəhşicəsinə döyüldü – Kamerası və telefonu əlindən alındı, başını yararaq fiziki xəsarət yetirdilər (Video)✍ 14:07  Azərbaycanda pensiya xərcləri artırılacaq✍ 14:54  Metroda nasazlıq yaranıb✍ 15:23  Nazir: Qazın qiymətinin qalxmasına Rövnəq Abdullayev aydınlıq gətirsin✍ 
» » Alpaqut üzrə 3-cü Azərbaycan Çempionatı keçirilib

Alpaqut üzrə 3-cü Azərbaycan Çempionatı keçirilib

12-03-2017, 16:23 Yazar:  Məmməd Məmmədov Baxılıb: 651 Çap et
Alpaqut üzrə 3-cü Azərbaycan Çempionatı keçirilib
Alpaqutun bir idman növü olaraq inkişaf etməsi, bütün regionlarımızda rəğbət görməsi bizi çox sevindirir.

Mediaxeberleri.az xəbər verir ki, Şağan Olimpiya İdman Mərkəzində alpaqut üzrə 3-cü Azərbaycan Çemoionatının rəsmi açılış mərasimi keçirilib. Açılışa qatılan fəxri qonaqlar sırasında millət vəkilləri Qənirə Paşayeva, Adil Əliyev, tanınmış modelyer-dizayner Gülnarə Xəlilova, Dünya Alpaqut Federasiyasının fəxri prezidenti Fərid Əlizadə, Azərbaycan Kapoeyra Federsiyasının prezidenti Taleh Orucov, Ramil Səfərov, boks üzrə dünya çempionu Fərhad Acalov, kikboksinq üzrə dünya çempionu Ramal Aslanov və digər tanınmış idmançılar, ictimai xadimlər yer alıblar.

Giriş sözü ilə çıxış edən Azərbaycan Alpaqut Federasiyasının prezidenti Aqil Acalov əvvəlki illərə nisbətən bu çempionatın daha çox azarkeş toplamasından məmnunluğunu dilə gətirib:

"Bu il bölgələrimizdən qatılan idmançıların sayında artım çoxdur. Düz 30 bölgəmizdən 270 idmançının yarışlara qatılması uğurlu nəticədir. Alpaqutun bir idman növü olaraq inkişaf etməsi, bütün regionlarımızda rəğbət görməsi bizi çox sevindirir. Ölkə başçısı cənab İlham Əliyevin də Azərbaycan idmanının inkişafına göstərdiyi yüksək qayğının nəticəsidir ki, günbəgün daha böyük nəaliyyətlərə imza atırıq".

Daha sonra çıxış edən millət vəkili, eyni zamanda Dünya Alpaqut Federasiyasının 1-ci vitse-prezidenti Qənirə Paşayeva türkün qədim döyüş sənəti olan alpaqutun müharibə şəraitində yaşayan ölkəmizdə inkişafının önəmini vurğulayıb. Bu idman növünü inkişaf etdirməklə tariximizə, keçmişimizə sahib çıxdığımızı söyləyib.
Millət vəkili, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev isə çıxışında hər kəsi milli idman növü olan alpaqutun inkişafına dəstək olmağa çağırıb.
Alpaqut idman növünün yaradıcısı, Kutsan Vasif Namazov isə çıxışında bu idman növünün dünyada yayılmasından və inkişafından söz açıb.
Daxili İşlər Nazirliyinin alpaqut bölməsinin idmançılarının nümunəvi çıxışlarından sonra tədbirin bədii hissəsinə yer verilib. Tanınmış aparıcılar - aktrisa Cəmilə Tağızadə və şairə Günel Günün təqdimatı ilə çıxış edən musiqili qonaqlar Səyyad Əlizadə, Samirə Allahverdiyeva, əməkdar artist Aqşin Abdullayev, Nuray Rəhman,İlqar Sadiqov və digər incəsənət xadimləri ifaları ilə tədbirə rəng qatıblar.

Tədbirdə alpaqut idman növünün inkişafında və təbliğində əməyi keçən insanlar, o cümlədən media mənsubları fəxri diplomlarla təltif olunublar.
Rəsmi və bədii hissələrdən sonra 8-18 yaşlılar və böyüklər müxtəlif çəki dərəcələrində birincilik uğrunda güclərini sınayıblar. 30 bölgdən qatılan 370 idmançı Aypara, Batur və Caymaz növləri üzrə yarışıblar.

Aypara sistemi üzrə 1-ci yerin qalibi Suraxanı rayonun "Mübariz alp" klubu olub, 2-ci yerdə Ağdam rayon komandası, 3-cü yerdə isə Abşeron rayon komandası qərarlaşıblar. Batur sistemi üzrə yarışlarda isə "Dinamo" klubu 1-ci pillədə yer alıb. 2-ci və 3-cü yerləri isə müfafiq olaraq Abşeron və Neftçala komondaları bölüşüblər.
Alpaqut üzrə 3-cü Azərbaycan Çempionatında Cagmaz sistemində keçirilinən oyunlarda isə Neftçala komandası 1-ciliyi qazanıb. Bu sistem üzrə 2-ci pillədə Qaradağ, 3-cü pillədə isə Kürdəmir rayonunun idmançıları qalib olublar.

Alpaqut üzrə 3-cü Azərbaycan Çempionatı keçirilib
Alpaqut üzrə 3-cü Azərbaycan Çempionatı keçirilib
Alpaqut üzrə 3-cü Azərbaycan Çempionatı keçirilib
Alpaqut üzrə 3-cü Azərbaycan Çempionatı keçirilib




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:56 Zəlimxan Yaqubun xatirəsinə həsr olunmuş alpaqut döyüş sənəti üzrə beynəlxalq bahadur oyunlarının açılış mərasimi keçirilib Türk dünyasının böyük şairi Zəlimxan Yaqubun xatirəsinə həsr olunmuş alpaqut döyüş sənəti üzrə beynəlxalq bahadur oyunlarının açılış mərasimi keçirilib. Sumqayıt Olimpiya İdman Mərkəzində keçirilən tədbirə millət vəkilləri, tanınmış idmançılar və ziyalılar qatılıblar. Mediaxeberleri.az xəbər

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az