Goranboyda məcburi köçkün həmyerlisini daşla qətlə yetirilib
12-03-2017, 10:06
Yazar: Nuhu
Baxılıb: 325
Çap et
Goranboyda qətl hadisəsi törədilib.
Mediaxeberleri.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Qaraçinar kəndində baş verib.
Kəlbəcər rayonundan məcburi köçkün olan 1971-ci il təvəllüdlü Natiq Qafarov mübahisə zəminində daş ilə həmyerlisi 1966-cı il təvəllüdlü Mübariz Məmmədovun başına vuraraq onu qətlə yetirib.
N. Qafarov saxlanılıb. Faktla bağlı Xocalı rayon Prokurorluğunda cinayət işi açılıb, istintaq gedir.
www.mediaxeberleri.az
Öz şərhini bildir: