Tovuzda sahibsiz itlər 4 baş qoyunu parçalayıb
12-03-2017, 09:38
Yazar: Nuhu
Baxılıb: 307
Çap et
Tovuz rayonunda sahibsiz itlər 4 baş qoyunu parçalayıb.
Mediaxeberleri.az-ın Qərb bürosu xəbər verir ki, hadisə rayonun Əlibəyli kəndində baş verib.
Fərzalı İsgəndərovun xırdabuynuzlu heyvanları örüşdən qayıdarkən itlərin hücumuna məruz qalıb. Quduz itlər heyvanlardan 3-nü yaralayıb, 1-ni isə parçalayaraq öldürüb.
Zərərçəkənin sözlərinə görə, quduzlaşmış itlərin sayı kənddə günbəgün artır. Təhlükə mənbəyinə çevrilən canlılar azyaşlı uşaqların oyun meydançasında daha çox gözə çarpdığından bu məsələ sakinləri ciddi narahat edir.
www.mediaxeberleri.az
Öz şərhini bildir: