Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyası sonuncu iclasını keçirib.
Mediaxeberleri.az-ın Report-a istinadən xəbərinə görə, sonuncu iclasda 120 müraciətə baxılıb.
Bununla da baxılan müraciətlərin sayı 950-ni keçib. Müraciətlərin təxminən 450-nə müsbət rəy verilib.
İclasların yekunu ilə bağlı yekun qərar layihəsi hazırlanaraq dövlət başçısına təqdim ediləcək.
Qeyd edək ki, Novruz bayramı ərəfəsində Prezident İlham Əliyevin əfv sərəncamı imzalayacağı gözlənilir.
Öz şərhini bildir: