t s

» » Xocalı soyqırımı Nyu Yorkda anıldı

Xocalı soyqırımı Nyu Yorkda anıldı

26-02-2017, 11:37 Yazar:  Nuhu Baxılıb: 188 Çap et
Xocalı soyqırımı Nyu Yorkda anıldıBu gün Nyu York Azərbaycan Evində Xocalı faciəsinin 25-ci ildönümü qeyd olunub.

Mediaxeberleri.az xəbər verir ki, Nyu Yorkda yaşayan azərbaycanlıların iştirakı ilə gerçəkləşən ildönümündə tanınmış simalar iştirak edib. Azərbaycanın BMT-də daimi numayəndəliyinin rəhbəri, səfir Yaşar Əliyev və Fərid Cəbrayılov, Jeffrey Verbok, TADF-ın nümayəndəsi Hayal Erdoğan, yəhudi icmasından Yakov Abramov ve Pinkhas Avshalumovla yanaşı, Nyu Yorkda məskunlaşann həmvətənlərimiz də tədbirdə fəallıqları ilə seçilib.

Tədbiri giriş sözü ilə Azərbaycan Evinin rəhbəri Minəvvər Vahabova açaraq Xocalı faciəsinin heç zaman unudulmaması üçün həmvətənlərimizin bir olmasının vacibliyini söyləyib. Səfir Yaşar Əliyev də öz çıxışında şəhidlərin Vətən uğrunda canlarından keçməsini Azərbaycan tarixində qürur səhifəsi adlandırıb.

Şəhidlərin ruhuna Fatih Camisi hocaları tərəfindən dualar oxunub, ehsan süfrəsi açılıb. Tədbirin sonunda Nyu Yorkda yaşayan həmvətənlərimizə və gələn qonaqlara "Sonsuz dəhliz" ("Endless corridor") sənədli filmi nümayiş etdirilib.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

13:44 BMT-yə üzv olmağımızdan 24 il ötür Azərbaycanın BMT-yə üzv qəbul olunmasından 24 il ötür. SİA-nın xəbərinə görə, Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra 1991-ci il oktyabrın 29-da Birləşmiş Millətlər Təşkilatına üzv olmaq məqsədilə BMT-nin Baş Məclisinə və dünya dövlətlərinə müraciət edib. BMT Baş Məclisinin
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə
23:55 Ermənilər necə dövlət qurdu? - Təcavüz tarixi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
09:59 Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az