t s

» » AZƏRBAYCANDA universitetlər pulsuz təhsil verməyəcək - YENİLİK

AZƏRBAYCANDA universitetlər pulsuz təhsil verməyəcək - YENİLİK

23-02-2017, 15:12 Yazar:  Nuhu Baxılıb: 225 Çap et
AZƏRBAYCANDA universitetlər pulsuz təhsil verməyəcək - YENİLİK“Heç bir ölkədə pulsuz təhsil yoxdur”

Kamran Əsədov: “Avropa ölkələrində dövlətə məxsus olan uşaq bağçaları, universitetlər, klinikalar, hətta kooperasiyalar da publik hüquqi şəxsdir”

Azərbaycan prezidenti İlham Əliyev “Bakı Mühəndislik Universiteti” publik hüquqi şəxsin Nizamnaməsi”nin təsdiq edilməsi və “Bakı Mühəndislik Universitetinin yaradılması haqqında” 2016-cı il 8 noyabr tarixli sərəncamında dəyişikliklər edilməsi barədə fərman imzalayıb. “Bakı Mühəndislik Universitetinin yaradılması haqqında” sərəncamda aşağıdakı dəyişikliklər edilib: Adında “Bakı Mühəndislik Universitetinin” sözləri “Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində “Bakı Mühəndislik Universiteti” publik hüquqi şəxsin” sözləri ilə əvəz edilib. “Cümhuriyət” qəzetinin suallarını təhsil eksperti Kamran Əsədov cavablandırıb.

- Bütün ali təhsil müəssisələrinin publik hüquqi şəxs olmaq ehtimalı varmı?
- Publik hüquqi şəxs bütün dünyada qəbul edilmiş bir üsuldur. Azərbaycanda ali təhsil müəssisələrinə qəbul və maliyyələşmə dövlət büdcəsi hesabına sifarişlə həyata keçirilir. Publik hüquqi şəxs statusunun verilməsi həmin ali təhsil müəssisələrinin istər maliyyə, istər idarəçilik, istərsə də gələcəkdə fəaliyyətinə müstəqillik verilməsilə nəticələnəcək. Azərbaycanda publik hüquqi şəxs institutunun tətbiqi cəmiyyət üçün mühüm əhəmiyyət kəsb edir. Bunu ilk dəfə olaraq ölkə başçısının 2016-cı il aprel ayında TQDK-nı ləğv edib əvəzinə Dövlət İmtahan Mərkəzinin yaradılması ilə bağlı verdiyi qərardan sonra tanıdıq. Buna qədər bütün dövlət təşkilatları dövlət büdcəsi hesabına maliyyələşirdi. Baxmayaraq ki, publik hüquqi şəxsin təsisçisi dövlətdir, amma onun fəaliyyəti üçün məhdudiyyət yoxdur. Əgər bu gün dövlət ali təhsil müəssisələrinə qəbul və ştata limiti varsa, publik hüquqi şəxsə göstərdiyi xidmətlərə görə bu say artırıla bilər.

Gələcəkdə Azərbaycanda digər universitetlərin də publik hüquqi şəxsə çevrilməsi gözlənilən addımdır. Keçmiş MDB ölkələrini çıxmaq şərtilə bütün universitetlər istər qəbulda, istər maliyyələşmədə müstəqildirlər. Avropa ölkələrinə diqqət yetirsək, görərik ki, dövlətə məxsus olan uşaq bağçaları, universitetlər, klinikalar, hətta kooperasiyalar da publik hüquqi şəxsdir. Bunun müsbət tərəfi odur ki, publik hüquqi şəxs heç vaxt müflis ola bilməz. Çünki onlar göstərdikləri xidmət müqabilində maliyyələşir. Amma bu gün Azərbaycan ali təhsil müəssisələrinə qəbul nəzərdə tutulan plandan az olarsa, onlar maliyyə itkisilə qarşılaşa bilərlər, nəticədə müflis olub bağlanar. Amma publik hüquqi şəxs nə qədər insana xidmət göstərirsə, onun müqabilində xidmət haqqı alacaq və xərclərini də gəlirlərinə görə müəyyən edəcək.

Amma dövlət və özəl müəssisələrdə bu müəyyən deyil. Konkret bir illik plan mütləq şəkildə dövlət və özəl müəssisələrində yerinə yetirilməlidir. Bakı Mühəndislik Universitetinin publik hüquqi şəxs adlanması Azərbaycan ali təhsil müəssisələri arasında ilkin inqilab olacaq. Təəssüflər olsun ki, bu gün Azərbaycanın filiallarla birlikdə 30-dan çox dövlət ali təhsil müəssisəsi dövlət büdcəsindən asılıdır. Yalnız 4 universitetin maddi müstəqilliyi var. Hesab edirəm ki, publik hüquqi şəxs bu asılılıqdan azad edəcək və müsbət təsir göstərəcək.

- Məlumatlara görə, fəaliyyəti dayandırılmış Qafqaz Universitetinin tələbələri Bakı Mühəndislik Universitetinə köçürülür. Diqqəti bu universitetdə dövlət hesabına təhsil alan tələbələrə çəkmək istərdim. Bu halda onların aqibəti necə olacaq?
- Həm təhsil haqqında qanuna görə, həm tələbələrin bir təhsil müəssisəsindən digərinə köçürülməsi, həm də ixtisas dəyişməsi qaydalarına əsasən fors-major qaydalar var. Əgər tələbə könüllü olaraq ali təhsil müəssisəsini və yaxud ixtisasını dəyişirsə, ödənişli əsaslarla təhsil alsa belə, mütləq şəkildə elə həmin əsaslarla da təhsilini davam etdirməlidir. Amma fəaliyyətini dayandırmış təhsil müəssisələrində bu qaydalar bir qədər fərqli olur. Çünki bu, tələbənin imkanları xaricində olan bir məsələdir. Ona görə də, kimsə dövlət sifarişli əsaslarla təhsil alırdısa, eyni missiyanı davam etdirəcək. Prezidentin sərəncamına görə, Qafqaz Universitetinin yerinə Bakı Mühəndislik Universiteti açıldı. Amma bu o demək deyil ki, Qafqaz Universitetinin bütün tələbələri təhsilini orda davam etdirəcək. Bu proses davam edir. İndiki halda yalnız mühəndislik ixtisasında oxuyan şəxslərin təhsilini orda davam etdirməsi məsələsi var. Çünki onların köçürmə məsələsi semestr bitəndən sonra, yəni, yay aylarında həyata keçiriləcək. Kimlərsə təhsilini həmin ali təhsil müəssisələrində davam etdirmək istəməyəcəksə, onlar komissiyaya müraciət edib təhsillərini başqa ali təhsil müəssisələrində davam etdirəcəklər. Əgər onlar ödənişsiz əsaslarla oxuyurdularsa, təhsillərini eyni meyarlarla davam etdirəcəklər. Ümumilikdə bu, kifayət qədər müsbət addımdır.

“Universitetlər paytaxtdan kənara köçürülməlidir”

- Bakı Mühəndislik Universitetinin standartlara cavab verə bilən tədris korpusu varmı?
- Ümumiyyətlə, bütün universitetlər Bakının mərkəzindən kənara köçürülməlidir. Qafqaz Universiteti ləğv olunandan sonra onun binasında yeni ali təhsil müəssisəsinin fəaliyyət göstərməsi, həmin yerdə iqtisadi münasibətlərin hələ də saxlanmasına gətirib çıxardır. Çünki ora nəqliyyat gedir, kirayə mənzillər var, mağazalar işləyirdi və. s. Yeddinci mikrorayonda yerləşən Beynəlxalq Universitetin də fəaliyyətini dayandırdılar. Onun kifayət qədər yüksək standartlara cavab verən tədris korpusu hələ də istifadəsiz qalıb. Halbuki paytaxtın mərkəzində olan universitetlərdən ora köçürmək olardı.

Bu həmin ərazilərdə tələbələrin istifadə etdiyi kirayə mənzillərin, alış-veriş etdikləri mağazaların da inkişafına gətirib çıxarar. Bu, həmçinin paytaxtın yükü azaldılması ilə nəticələnərdi. Bütün tədris binaları qısa müddətdə Bakıdan çıxarılmalıdır. Qafqaz Universitetinin yerində fəaliyyət göstərən ali təhsil müəssisəsi yenə də publik hüquqi şəxsdir və o, ödənişli və ödənişsiz əsaslarla təhsil həyata keçirəcək. Təəssüflər olsun ki, bu gün özəl ali təhsil müəssisələri yalnız təhsil haqqı ilə maliyyələşir. Xidmət göstərə bilmirlər. İstisna bir tək Xəzər Universitetidir ki, burda Təhsil Nazirliyi tərəfindən müəyyən qrant layihələr, təhsil treninqləri həyata keçirilir. Yəni, gəlir müxtəlif sahələrdən olur. Hesab edirəm ki, təhsil müəssisəsi yalnız dövlətdən və tələbədən maliyyələşməməlidir, onlar xidmətlər göstərməlidir.

“Dövlət hesabına tələbə qəbulunun sayı azaldılmalıdır”

- Dövlət hesabına qəbul planı yerinin sayı azaldıla bilərmi?
- Hazırda Azərbaycanda dövlət sifarişi əsasında qəbul həyata keçirilir. İlk növbədə onu qeyd etməliyəm ki, dövlət hesabına tələbə qəbulunun sayı azaldılmalıdır. Əvvəllər ödənişlə və ödənişsiz əsaslarla qəbula öyrəşmişdik. Artıq 2011-ci ildən etibarən qəbul mütləq sifariş əsasında aparılır. Bəs həmin ildən bu günə qədər ali təhsilini bitirmiş məzunlar dövlətin sifarişi əsasında işə qəbul olublarmı? Əlbəttə, yox. Hesab edirəm ki, dövlət sifarişi əsasında qəbul planı yeri azaldılmalıdır. Ödənişli əsaslarla olsa belə, dövlət müəyyən kateqoriyalı şəxslər var ki, onlara güzəşt nəzərdə tutur. Dünyanın heç bir ölkəsində ödənişsiz yəni, dövlət sifarişilə qəbul həyata keçirilmir. Heç bir ölkədə pulsuz təhsil yoxdur. Azərbaycanın Konstitusiyasında, təhsil haqqında qanunda da göstərilib ki, maddi imkanı zəif olan şəxslərin təhsil haqları dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilir. Bundan başqa müəyyən təqaüd layihələri keçirilir. Bu məsələdə dünya təcrübəsindən ciddi şəkildə istifadə etmək lazımdır. Ödənişli təhsil o demək deyil ki, maddi imkanı zəif olan tələbələr oxumayacaq. Onlar yenə də əvvəlki qaydada təhsil alacaqlar. Artıq fiziki qüsurlu olan şəxslərin təhsil haqları dövlət büdcəsi hesabına həyata keçirilir.

Onların arasında dövlət universiteti ilə yanaşı özəl universitetdə təhsil alan tələbələr də var. Fevralın 22-də həmin tələbələri oxuduqları universitetlərin rəhbərlikləri dəvət edib və onların hər birinə təhsil haqlarının Təhsil Nazirliyi tərəfindən ödənilməsi ilə bağlı ödəniş qəbzləri təqdim olunub. Təhsil Nazirliyi sağlamlıq imkanları məhdud (1 və 2-ci qrup) tələbələri təhsil haqqından azad edib. Ümumilikdə ödənişsiz əsaslarla plan yerləri ciddi şəkildə azaldılmalıdır. Təəssüflər olsun ki, bu gün Azərbaycanda ali təhsil müəssisələrinin təhsil haqları hədsiz dərəcədə çoxdur. Ödənilən pulun müqabilində ali təhsil müəssisələri keyfiyyətli təhsil vermir. Azərbaycanda təhsil haqqı dövlət universitetlərdə 1000 manat, özəllərdə 1500 manatdan artıq ola bilməz. Çünki onların buna nə kontingenti cavab verir, nə də Azərbaycan əhalisinin orta aylıq əməkhaqqı. Zənnimcə, bu məsələyə ciddi şəkildə mütəxəssislər cəlb olunmaqla müvafiq işlər görülməlidir.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

11:50 PEYĞƏMBƏRLƏRİN HƏYATINDA VƏ KƏLAMLARINDA ƏTRAF MÜHİTƏ MÜNASİBƏT Dünya dinləri tarixinə nəzər salsaq peyğəmbərlərin kəlamlarında, hədislərində əhalinin ətraf mühitə münasibətlərini müəyyənləşdirən ekoloji fikirlərə rast gələrik. Onların həyat fəaliyyəti belə fikirlərlə doludur. Əhalinin yeni dinə iman gətirmələri üçün göstərdikləri möcüzələr bu baxımdan faydalı
15:18 Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az