t s
00:28  Mühacir jurnalistdən tanınmış vəkilə və APA-ya ağır İTTİHAM✍ 00:34  Daha bir Qarabağ qazisinin acınacaqlı durumu (FOTO, VİDEO)✍ 00:52  Laçınlılar üsyan edir: “İcra başçısı bizi vecinə almır” - Gərginlik✍ 06:06  Dünyaya qara qış gəlir - Xəbərdarlıq✍ 06:14  Putin Yaxın Şərqin xəritəsini çəkdi — Fələstin dövləti qurulmalıdır✍ 06:38  Azərbaycan üçün vəhabi təhlükəsi✍ 08:48  Quldurlara "sürpriz" - VİDEO✍ 08:54  Əmisi qızına təcavüz edən gənc öldürüldü – DƏHŞƏTLİ QİSAS✍ 09:40  Ramilə Haqqı - "Məni sevənim"✍ 10:02  Manat əksər xarici valyutalara nisbətdə ucuzlaşıb✍ 10:19  İşığın və qazın qiymətinin artırılması nələri bahalaşdıracaq?✍ 10:29  Bakı metrosunda HƏYƏCAN: 65 yaşlı kişi özünü qatarın altına atdı✍ 10:56  Fikrət Yusifov: Qiymət artımı qazdan və elektrik enerjisindən istifadə edən əhalinin 70 faizə qədərnə aid olmayacaq✍ 13:57  Manat neftin üzməsinə adaptasiya olunub✍ 14:01  Beytulla Hüseynov: Nazir tapşırmışdı ki, pulları Vidadi Zeynalova verək✍ 14:04  Azərbaycanın siyasi partiyalarına 2,5 milyon manat ayrılacaq✍ 14:06  Avropa.info-nun əməkdaşı çəkiliş apararkən qoçu dəstəsi tərəfindən vəhşicəsinə döyüldü – Kamerası və telefonu əlindən alındı, başını yararaq fiziki xəsarət yetirdilər (Video)✍ 14:07  Azərbaycanda pensiya xərcləri artırılacaq✍ 14:54  Metroda nasazlıq yaranıb✍ 15:23  Nazir: Qazın qiymətinin qalxmasına Rövnəq Abdullayev aydınlıq gətirsin✍ 
» » Məcburi köçkünlərin borcunu kim ödəyəcək?

Məcburi köçkünlərin borcunu kim ödəyəcək?

14-02-2017, 20:03 Yazar:  Nuhu Baxılıb: 497 Çap et
Məcburi köçkünlərin borcunu kim ödəyəcək?Feyruz Yusifov: “Əgər həqiqətən də həmin ailələrin adı “adlı siyahı”da varsa...”

İbrahim Kərbəlayev: “Sərf etdikləri kommunal xidmətlərin dəyəri məcburi köçkünlərin özləri tərəfindən ödəniləcək”

Tanrıverdi Mustafayev: “Sözügedən məsələlərlə bağlı məcburi köçkünlərin hansısa narazılığı varsa...”

Xəbər verildiyi kimi, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017-ci il yanvarın 1-dən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinət müəyyən edilib.

Belə ki, bundan sonra məcburi köçkün ailələri kommunal xidmət üçün vəsaitləri özləri ödəyəcəklər. Buna qədər isə məcburi köçkün ailələri üçün nəzərdə tutulan kommunal ödənişlər aidiyyəti qurumlara həyata keçirilirdi. Güzəştli kommunal xidmətdən qənaətlə istifadə edən bəzi ailələr var idi ki, onların hesabında hələ də kifayət qədər vəsait qalıb. Amma bunun əksinə olaraq, kommunal borcları ödənilməyən köçkün ailələr də mövcuddur. Məhz sonuncu kateqoriyadan olan məcburi köçkünlərin müvəqqəti yaşadıqları mənzillərə sayğac quraşdırılarkən, məsələ ətrafında narazılıq daha da artdı.

Maraqlıdır, aidiyyəti qurumlar köçkünlərin kommunal borclarının həlli istiqamətində hansı addımı atacaqlar? Həmin borclar dövlət, yoxsa köçkünlərin özləri tərəfindən ödəniləcək?

Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Kommunal xidmətlər üzrə şöbənin baş məsləhətçisi Feyruz Yusifov “Cümhuriyət” qəzetinə bildirib ki, narazı qalan məcburi köçkünlər ərizə ilə komitəyə müraciət edəcəklər: “Qurumda 2016-cı il dekabrın 31-nə qədər “adlı siyahı”lar var. Həmin siyahılar açılacaq. Əgər həqiqətən də həmin ailələrin adı “adlı siyahı”da varsa, dövlət tərəfindən onların pulu ödənilib və borcları silinəcək”.
“Azəriqaz” İstehsalat Birliyinin mətbuat Xidmətinin rəhbəri İbrahim Kərbalayev “Cümhuriyət” qəzetinə bildirib ki, əvvəl məcburi köçkünlər üçün limit ayrılırdı: “Bu limit aylara görə fərqli hesablanırdı. Hər bir nəfər üçün qış aylarında 45 kubmetr, yaz-payız aylarında 35 kubmetr, yayda 25 kubmetr limit ayrılırdı. Limitdən artıq sərf etdikləri təbii qazın dəyəri məcburi köçkünlər tərəfindən ödənilirdi. Hazırda da vahid aylıq müavinət təyin edilib. Fərdi qazlaşma işləri gedir. Artıq ayrılmış həmin müavinətin hesabına sərf etdikləri kommunal xidmətlərin dəyərini artıq məcburi köçkünlərin özləri tərəfindən ödəniləcək.”

Məcburi köçkünlərə yeni quraşdırılan sayğaclarda olan borcların silinməsinə gəlincə, qurum rəsmisi bildirib ki, sual təmsil etdiyi quruma aid deyil: “Dövlət tərəfindən nə qərar qəbul olunacaqsa, onun da icrası həyata keçiriləcək. Hər bir abonentin özü haqqında məlumat bazası var. Əgər yazılmış borc təbii qazın istehlakı ilə bağlıdırsa, həmin şəxs “Azəriqaz” İB-nə yaxınlaşmalıdır. Müraciəti aidiyyəti şöbə tərəfindən araşdırılacaq və onlara əlavə məlumat veriləcək”.

“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev “Cümhuriyət” qəzetinə bildirib ki, qanun nə şəkildə tələb edirsə, o şəkildə də ödəniləcək: “Sözügedən məsələlərlə bağlı məcburi köçkünlərin hansı narazılığı varsa, fərdi qaydada “Azərişıq”da yaradılan qərargaha birbaşa müraciət edə bilərlər. Bu məsələlər telefonla həll olunmur. Eyni zamanda biz Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və rayon icra hakimiyyətlərinin nəzdində olan məcburi köçkünlərin şöbəsilə birgə bu məsələlər bir yerdə həll olunur. Heç bir problem olmur”. Sözügedən məsələ ilə bağlı Nazirlər Kabineti ilə əlaqə saxladıq. Hökumət dairəsindən dəqiq cavab ala bilmədik. Nazirlər Kabinetinin rəsmisi bizi yenidən Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə yönəltdi.
Məsələ ilə bağlı “Azərsu” ASC ilə əlaqə saxlamaq istəsək də, təəssüf ki, qurumun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı telefonlara cavab verməyib. Qeyd edək ki, məcburi köçkünlərə adambaşına ayda 150 kVt.saat elektrik enerjisindən pulsuz istifadə limiti ayrılıb. Məcburi köçkünlər yay aylarında 100 kVt. saat, qış aylarında isə 200 kVt .saat elektrik enerjisi sərf edirlər. Orta hesabla bu,150 kVt.saat götürülüb. Bundan başqa, adambaşına köçkünlərə bir ay üçün 35 kubmetr təbii qaz hesablanıb. Dörd ay qış müddətində təbii qazdan istifadə 45 kub, mart, aprel, may və oktyabr ayları üçün 35 kub, yerdə qalan 4 ay üçün isə orta sərfiyyat 25 kubdan hesablanır.

Məcburi köçkünlər üçün adambaşına su istehlakı limiti aylıq 5 kubdur. Xatırladaq ki, yanvarın 23-də Azərbaycan prezidenti İlham Əliyev “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Fərman imzalayıb. Fərmana əsasən, dövlət büdcəsindən məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi üçün ayrılan vəsaitin ünvanlılığının təmin edilməsi və çatdırılma mexanizminin sadələşdirilməsi məqsədi ilə məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017-ci il 1 yanvar tarixindən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün 36,0 (otuz altı) manat məbləğində vahid aylıq müavinəti müəyyən edilir.

Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə və “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə məcburi köçkünlərin məskunlaşdığı yerlərdə sayğacların quraşdırılmasını qısa müddətdə təmin etmək tapşırılıb.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

11:50 PEYĞƏMBƏRLƏRİN HƏYATINDA VƏ KƏLAMLARINDA ƏTRAF MÜHİTƏ MÜNASİBƏT Dünya dinləri tarixinə nəzər salsaq peyğəmbərlərin kəlamlarında, hədislərində əhalinin ətraf mühitə münasibətlərini müəyyənləşdirən ekoloji fikirlərə rast gələrik. Onların həyat fəaliyyəti belə fikirlərlə doludur. Əhalinin yeni dinə iman gətirmələri üçün göstərdikləri möcüzələr bu baxımdan faydalı

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az