t s

» » Bakıda rektorun qızı vəhşicəsinə döyüldü (VİDEO)

Bakıda rektorun qızı vəhşicəsinə döyüldü (VİDEO)

17-03-2015, 01:01 Yazar:  Aygün Baxılıb: 1111 Çap et
Bakıda rektorun qızı vəhşicəsinə döyüldü (VİDEO)Xəzər Universitetinin rektorunun qızı Ülkər İsayeva 09.03.2015 ci il tarixdə Bakı şəhəri Səbail rayonu Azadlıq prospekti ilə Üzeyir Hacıbəyov küçəsinin kəsişməsində iki qardaş tərəfindən döyülərək fiziki işgəncəyə məruz qalıb.

Bakı şəhəri BPİ-nin istintaq və təhqiqat idarəsinin ağır cinayətlərin istintaqı şöbəsinin xüsusi ilə mühüm işlər üzrə baş müstəntiqi polis polkovnik- leytenantı Yasin Mikayıllının 14 mart 2015- ci il tarixli vəsatəti əsasında ibtidai araşdırmaya prosessual rəhbərlik həyata keçirən Bakı şəhər prokurorluğunun müavini baş ədliyyə müşaviri Azər Əsgərov eyni tarixli təqdimatla məhkəməyə müraciət edərək Azərbaycan Respublikası 222.2.1-ci maddəsi ilə təqsirləndirən şəxs qismində cəlb edilmiş Məmmədov Zaur Muxtar oğlu barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
Daxil olan məlumata əsasən bildirilir ki, Məmmədov Zaur Muxtar oğlu 09 mart 2015-ci ildə, saat 04:25 radələrində qardaşı Elin Məmmədovla bir qrup şəxs halında sərxoş vəziyyətdə ictimai yerdə, Bakı şəhəri Səbail rayonu Azadlıq prospekti ilə Üzeyir Hacıbəyov küçəsinin kəsişməsində heç bir səbəb olmadan tanışları İsayeva Ülkər Hamlet qızını idarə etdikləri 90 KU 050 dövlət nömrə nişanlı “ BENTLEY” markalı avtomobildən zorla çəkib çıxarmaqla yerlə sürüyərək, əl və ayaqla zərbələr endirmişlər. Hadisəni görən vətəndaşların müdaxiləsindən sonra Ülkər İsayeva taksiyə əyləşərək hadisə yerindən uzaqlaşmaq istəyən zaman, ona imkan verməyərək zorla taksi maşınından düşürdülərək yerlə sürülmüş təkrarən əl və ayaqla zərbələr yetirmişlər. Bu zaman vətəndaşların müdaxiləsindən sonra Ü. İsayevaya təkrar təziq göstərilərək “Bentley” markalı minik avtomobilinə otuzdurularaq fiziki təziqə məruz qalmışdır.



Adıçəkilən hüquq mühafizə orqanlarında, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik edən vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hadisəsi ilə müşayət edilən hərəkətlər üzrə istintaq aparılaraq 12.03.2015-ci il tarixində Məmmədov Zaur Muxtar oğlu barəsində Azərbaycan Respublikasının CM-nın 221.2.1 maddəsində nəzərdə tutulan cinayət əməlini törətmiş, Z. Məmmədov 12.03.2015-ci il tarixdə çübhəli şəxs qismində tutulmuşdur.

14.03.2015-ci ildə ona Azərbaycan Respublikasının CM- nin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir.

Barələrində 14.03.2015-ci il hər iki təqsirləndirilən şəxs barəsində Bakı Şəhər Prokurorluğu tərəfindən həbs qətimkan tədbiri seçilməsi üçün Xətai rayon Məhkəməsinə təqdimat verilmişdir. Lakin Xətai rayon Məhkəməsinin hakimi Raziyə Ataşova tərəfindən çıxarılan qərara əsasən iki qardaş- Zaur və Elin Məmmədov qardaşları məhkəmə zalından azad edilmişlər.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov cinayət hadisəsi ilə bağlı məlumatın doğruluğunu təsdiqləyib.





www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

16:22 Maral Tahirqızının məhkəməsi başlayıb Bu gün Xətai Rayon Məhkəməsində Maral Tahirqızının barəsində olan cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Bu barədə APA-ya məlumat verən M. Tahirqızı bildirib ki, hakim İbrahim İbrahimlinin sədrliyi ilə hazırlıq iclası keçirilib. Məhkəmə baxışı isə martın 11-nə təyin edilib. Qeyd edək ki,
16:43 Aslan Aslanovun oğlu polis tərəfindən saxlanıldı – Rəsmi Fevralın 20-si gecə saat 01 radələrində Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin əməkdaşları Nəsimi rayonu ərazisində kobud qayda pozuntusu törədən bahalı “Bentley” markalı maşını saxlayıblar. Mediaxeberleri.az-ın məlumatına görə, aznews.az-a daxil olan xəbərdə bildirilir ki,
14:12 Lamiyə Quliyeva azadlığa buraxıldı - Foto Bu gün Bakı Apellyasiya Məhkəməsində hazırda həbsdə olan Lamiyə Quliyevanın barəsindəki cinayət işi üzrə Baş Prokurorluğun verdiyi protest əsasında məhkəmə prosesi davam etdirilib. Mediaxeberleri.az APA-ya istinadən xəbər verir ki, hakim Qədim Babayevin sədrlik etdiyi prosesdə məhkəmə protesti
18:08 Azərbaycanda vəzifəli şəxs məhkəmə zalında həbs olundu Bu gün Səbail rayon Məhkəməsində “Azər Mühafizə” MMC-nin Qazax regional filialının rəhbəri Elxan İsmayılova açılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Mediaxeberleri.az xəbər verir ki, “Report”un məlumatına görə, Cinayət Məcəlləsinin 178.3.1-ci maddəsilə (dələduzluq, mütəşəkkil dəstə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az