t s

» » Azadlığa dünən çıxan Mehriban: Psixoloji sarsıntılarım var

Azadlığa dünən çıxan Mehriban: Psixoloji sarsıntılarım var

8-02-2017, 13:11 Yazar:  Nuhu Baxılıb: 120 Çap et
Azadlığa dünən çıxan Mehriban: Psixoloji sarsıntılarım var“Psixoloji sarsıntılarım var. Ən azından orada əsassız olaraq qalmışam”.

Mediaxeberleri.az xəbər verir ki, bu sözləri “Qafqazinfo”ya açıqlamasında mərhum Xalq artisti İlhamə Quliyevanın sabiq köməkçisi, ötən gün azadlığa çıxan Mehriban Hüseynova deyib.

M.Hüseynova bildirib ki, qanunlar ona insanları tanımağı öyrədib:

“Bütün media işçilərinə təşəkkürümü bildirirəm. Bu vaxt ərzində qanunlarımıza hörmət etdim, qanunlarımızı icra edən hər bir məmurumuza öz təşəkkürümü bildirirəm. Çünki onlar qayğıma qaldılar, qorudular. Hansısa bir günahım oldusa, cəzamı çəkdim. Qanunlarım məni başa saldı ki, artıq kimlər kimdir. Düzü əyridən ayırmağı, ətrafıma buraxacağım insanları seçməyi öyrətdi.

Qanunlarımız mənə insanları tanıtdı. Təcridxananın rəisindən tutmuş, baş həkiminə qədər hər kəsə minnətdaram. Azadlıq mənim üçün başqa bir şeydir. Nəhayət ki, arzuma çatdım. Ən əsas açıqlamalarımı saxlayıram. Psixoloji gərginliyimi atım, evimə uyuşum... Daha sonra media orqanları ilə görüşəcəm”.

Qeyd edək ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsinın qərarına əsasən, mərhum Xalq artisti İlhamə Quliyevanın sabiq köməkçisi Mehriban Hüseynova 1 il 3 ay müddətinə şərti cəzayla azadlığa buraxılıb.

Xatırladaq ki, Mehriban Hüseynova barəsində Cinayət Məcəlləsinin 29.180.3.2-ci (soyğunçuluğa cəhd, zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanmışdı. O, ötən il fevralın 25-də dünyasını dəyişən Xalq artisti İlhamə Quliyevanın var-dövlətini ələ keçirməkdə günahlandırılırdı.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

14:22 AXCP sədri Razi Nurullayev: "Hakimiyyət bizim proqramdan istifadə etdi, amma..."- MÜSAHİBƏ AXCP sədri: "Hakimiyyətin içərisində Əli Kərimlini saxlayan qüvvələr var" Mediaxeberleri.az AXCP sədri Razi Nurullayevin Modern.az saytına müsahibəsini təqdim edir. -Razi bəy, son zamanlar görünmürsünüz. Deyəsən işləriniz çoxdur. -Əksinə, mən çox görünürəm. Əslində mənim problemim elə çox
15:18 Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə
23:10 İlham Əliyevin əfv sərəncamı sabah icra olunacaq+ SİYAHI Sərəncam sabah icra olunacaq. Azərbaycan Prezidenti İlham Əliyev bu gün əfv haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az dövlət başçısının saytına istinadən həmin sərəncamı və əfv olunan şəxslərin siyahısını təqdim edir: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az