t s
00:28  Mühacir jurnalistdən tanınmış vəkilə və APA-ya ağır İTTİHAM✍ 00:34  Daha bir Qarabağ qazisinin acınacaqlı durumu (FOTO, VİDEO)✍ 00:52  Laçınlılar üsyan edir: “İcra başçısı bizi vecinə almır” - Gərginlik✍ 06:06  Dünyaya qara qış gəlir - Xəbərdarlıq✍ 06:14  Putin Yaxın Şərqin xəritəsini çəkdi — Fələstin dövləti qurulmalıdır✍ 06:38  Azərbaycan üçün vəhabi təhlükəsi✍ 08:48  Quldurlara "sürpriz" - VİDEO✍ 08:54  Əmisi qızına təcavüz edən gənc öldürüldü – DƏHŞƏTLİ QİSAS✍ 09:40  Ramilə Haqqı - "Məni sevənim"✍ 10:02  Manat əksər xarici valyutalara nisbətdə ucuzlaşıb✍ 10:19  İşığın və qazın qiymətinin artırılması nələri bahalaşdıracaq?✍ 10:29  Bakı metrosunda HƏYƏCAN: 65 yaşlı kişi özünü qatarın altına atdı✍ 10:56  Fikrət Yusifov: Qiymət artımı qazdan və elektrik enerjisindən istifadə edən əhalinin 70 faizə qədərnə aid olmayacaq✍ 13:57  Manat neftin üzməsinə adaptasiya olunub✍ 14:01  Beytulla Hüseynov: Nazir tapşırmışdı ki, pulları Vidadi Zeynalova verək✍ 14:04  Azərbaycanın siyasi partiyalarına 2,5 milyon manat ayrılacaq✍ 14:06  Avropa.info-nun əməkdaşı çəkiliş apararkən qoçu dəstəsi tərəfindən vəhşicəsinə döyüldü – Kamerası və telefonu əlindən alındı, başını yararaq fiziki xəsarət yetirdilər (Video)✍ 14:07  Azərbaycanda pensiya xərcləri artırılacaq✍ 14:54  Metroda nasazlıq yaranıb✍ 15:23  Nazir: Qazın qiymətinin qalxmasına Rövnəq Abdullayev aydınlıq gətirsin✍ 
» » Savçenko Azərbaycan girovları ilə bağlı bəyanat verib

Savçenko Azərbaycan girovları ilə bağlı bəyanat verib

29-01-2017, 19:19 Yazar:  Nuhu Baxılıb: 327 Çap et
Savçenko Azərbaycan girovları ilə bağlı bəyanat veribUkraynada səfərdə olan Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun (ADİHİ) rəhbəri Əhməd Şahidov yanvarın 27-də Ukrayna parlamentinin deputatı, Milli Qəhrəman Nadejda Savçenko ilə görüşüb.

Mediaxeberleri.az Virtua Azərbaycan-a istinadən xatırladır ki, Ukraynadakı Azərbaycan diasporunun tanınmış simalarından olan Elxan Nuriyev və Vüqar Həsənovun da iştirak etdikləri görüşdə azərbaybaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyev barədə ətraflı məlumat verən ADİHİ rəhbəri girovların azad edilməsi istiqamətində görülən işlərdən danışıb, məsələnin beynəlxalq səviyyəyə qaldırılmasının və Ermənistan hakimiyyətinə beynəlxalq təzyiqlərin gücləndirilməsinin zəruriliyini vurğulayıb.

Dilqəm Əsgərov və Şahbaz Quliyev barədə lazımi məlumatları, sənəd və fotoları Nadejda Savçenkoya təqdim edən ADİHİ rəhbəri konkret detalları müzakirə edib.

Özünün də Moskvada girovluqda saxlanıldığını və bu sahədə ciddi təcrübəsinin olduğunu bildirən N.Savçenko kəlbəcərli girovlarla bağlı beynəlxalq kampaniya başlatmaq təklifini müsbət qarşılayıb və bu işdə əlindən gələni edəcəyini bildirib.

Ukraynanın Milli Qəhrəmanı N.Savçenko bu məsələ ilə bağlı həm Ukrayna Radasında, həm də Ukrayna mətbuatında məsələ qaldıracağını, habelə Avropanın aparıcı insan haqları təşkilatlarının rəhbərləri ilə görüşdə azərbaycanlı girovların azadlığa çıxması üçün fəaliyyət göstərəcəyini də bildirib.

Virtual Azərbaycan-ın Ermənistan bölməsi bildirir ki, Ukrayna Ali Radası deputatının bu bəyanatı erməni millətçiləri arasında əsl isteriya dalğası doğurub. Sarkisyanı dəstəkləyən blogerlər və sosial şəbəkələrin aktiv istifadəçiləri təkcə Savçenkoya yox, bütovlükdə Ukraynaya qarşı əsl cəbhə açıblar. Feysbuk-dakı millətçilər Ukraynanın Qəhrəmanı Savçenkonu hətta Azərbaycan xüsusi xidmət orqanlarının əməkdaşı olmaqda ittiham edir, Ukraynanı isə "anti-erməni əhval-ruhiyysinin mənbəyi" adlandırırlar.

Bir çox erməni KİV-ləri politoloq Qaqik Ambaryanın bəyanatını məhz belə başlıqla “Ukrayna - anti-erməni əhval-ruhiyyəsinin mənbəyi” dərc ediblər. Ambaryan Ukraynanı və onun hakimiyyətini Ermənistana qarşı bir sıra demarşlarda açıq ittiham edir və buna səbəb kimi BMT-də Ukraynanın ərazi bütövlüyü məsələsi müzakirə edilərkən Ermənistanın tutduğu mövqeni göstərir. Politoloqun fikrincə, Ukrayna onun əleyhinə olan həmin mövqeyə görə (Ermənistan Krımı Rusiyanın bir hissəsi kimi tanıdığını bəyan etmişdi-red.) Ermənistandan qisas alır.

Politoloq Ukraynadakı Ermənistan səfirliyini və Ukrayna erməniləri konqresinin sədri Aşot Avanesyanı da fəaliyyətsizlikdə ittiham edib.

Ambaryan lap sonda yazıb: “İstehza doğuran odur ki, Yerevan həmin mövqe ilə Ukraynanı özünə qarşı kökləyəndən sonra nə Ermənistan, nə də Qarabağ Rusiyadan, demək olar, heç nə almadı”.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az