t s

» » Qazaxın II Şıxlı kəndi ərazisində Qafqaz Albaniyası dövrünə aid Xunan şəhərinin qalıqları tapılıb

Qazaxın II Şıxlı kəndi ərazisində Qafqaz Albaniyası dövrünə aid Xunan şəhərinin qalıqları tapılıb

29-01-2017, 14:57 Yazar:  Məmməd Məmmədov Baxılıb: 714 Çap et
Qazaxın II Şıxlı kəndi ərazisində Qafqaz Albaniyası dövrünə aid Xunan şəhərinin qalıqları tapılıb
Qazax rayonunun II Şıxlı kəndi ərazisində Kür çayının Ehram çayı ilə birləşən yerində qədim Qafqaz Albaniyası dövrünə aid olan Xunan şəhərinin qalıqları tapılıb.

Ərazidə arxeoloji qazıntılar aparan Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru Arif Məmmədov arxeoloji tapıntı haqda məlumat verərək Azərbaycanın ilk orta əsr şəhərlərindən biri olan Xunanın yerləşdiyi ərazi haqqında bu günə kimi müxtəlif məlumatların olduğunu bildirib:

“Orta əsr müəlliflərinin məlumatlarında Xunanın Kür və Ehram çaylarının kəsişməsində yerləşdiyi qeyd olunur. Digər tərəfdən orta əsr müəlliflərindən Məsud ibn Namdar Xunan şəhərini Arran sərhədlərinin dayağı adlandırmış, Əl-İstəxri isə Xunanı Kür və Xram çaylarının kəsişdiyi yerdə yerləşdiyini bildirməklə hündür bir təpəliyin üzərində olduğunu qeyd edir. Digər tərəfdən gəncəli Kirokos 13-cü əsrdə gürcülərlə monqollar arasında gedən hərbi əməliyyatların məhz Xunanda aparıldığını qeyd edir. Hətta o, özünün tarix əsərində belə bir məlumatda verir ki, gürcü çarı İvani tatar qoşunlarını qarşılamaq üçün öz sərhədini keçdi və Xunan qalasına çatdı. Albaniyanın Xunan qalasında tatarları qarşılamağa çalışdı ki, bu ərazidə onlarla döyüşlərini aparsın və Gürcüstan ərazisini dağıntılardan xilas edə bilsin. Ancaq orda İvaninin ordusu məğlub oldu, tatarlar həmin ərazini tutdular və buna görədə Xunan qalası tamamilə dağıdıldı. Belə məlumatlar digər orta əsr müəlliflərinin əsərlərində də var”.

Bu məlumatları əsas götürən Azərbaycan və Gürcüstan arxeoloqları həmişə Xunan şəhərinin yerini dəqiqləşdirməyə can atdıqlarını deyən Arif Məmmədov bildirib ki, bu günə kimi səhvən Xunan şəhərinin yeri müxtəlif fərqli ərazilərdə göstərilib:

“Məsələn son vaxtlara qədər Azərbaycan ərazisində aparılan arxeoloji tədqiqatlar nəticəsində Xunan şəhərinin indiki Tovuz rayonu ərazisindəki Torpaqqala adlanan ərazidə olduğu bildirilirdi. Hətta belə bir fikir də söylənilib ki, həmin ərazilərdə yerli əhalinin Xunan düzü adlandırdığı ərazi var, bu da həmin qalanın bu ərazidə olduğunu sübut edir. Ancaq orta əsr müəlliflərinin məlumatları və eləcədə bizim apardığımız tədqiqatlar, həmin fikirlərin əsassız olduğunu söyləməyə imkan verir. Ona görə ki, tərəfimizdən aparılan istər elmi araşdırmalar, istərsə də, arxeoloji qazıntılar nəticəsində belə qənaətə gəlmək mümkündür ki, Xunan şəhərinin xarabalıqları indiki Qazax rayonu ərazisində ikinci Şıxlı kəndinin sahəsində yerləşir və o, Kür və Xram çaylarının qovuşduğu bir sahədədir. Belə ki, orta əsr müəlliflərindən Əl-İstəxri məlumat verir ki, Xunanın ərazisi təxminən 35-40 hektara qədər sahəni əhatə edir. Bu sahə Şəmkir və Gəncə şəhərlərinin ərazisinə bərabərdir. Doğurdan da Xunanın ikinci Şıxlı kəndinin ərazisindəki sahəsi təxminən 35-40 hektara qədər olan sahəni əhatə edir. Bu da orta əsr müəlliflərinin verdiyi məlumatları tamamilə təsdiqləyir”.

Arif Məmmədovun sözlərinə görə, Xunan yaşayış yerinin və Xunan qalasının yerinin dəqiqləşdirilməsi üçün ilkin tədqiqat işləri aparılıb:

“Qala yerinin divarları dəqiqləşdirilib və müəyyən olunub ki, həmin divarların qalıqlarının bir hissəsi üzə çıxarılıb, bundan başqa həmin ərazidə təndir yerləri, ilkin istehsal ocaqlarının yerləri tapılıb. İlk orta əsrlər dövrünə aid xeyli maddi mədəniyyət nümunəsi də üzə çıxarılıb. Bundan əlavə həmin ərazidə aparılan tədqiqat işləri Xunanda yaşayışın 13-cü əsrə qədər davam etdiyini sübut edir. Çünki son arxeoloji materiallar 13-14 əsrdəki materiallarıdır ki, bunlar da Xunanın məhz 13-cü əsrdə monqol işğalları dövründə dağıdıldığını sübut edir. Arxeoloji qazıntılar Xunan şəhərinin 3-5-ci əsrdə salındığını göstərir. Sonrakı dövrlərdə də Xunan öz mövqeyini qoruyub saxlamışdır. Buna səbəb şəhərin ilk növbədə sərhəd məntəqəsində yerləşməsi ilə bağlı idi. Ona görə ki, belə iri şəhərlər ilk orta əsrlər dövründə bütün yaşayış məntəqələri kimi iri təpəliklərin üstündə salınırdı. Bu həm o şəhərləri sel və daşqınlardan qorumaq, həm hücumlar zamanı müdafiəni asanlaşdırmaq, həmdə uzaqdan gələn ticarət karvanlarını görmək məqsədilə edilirdi. Xunan şəhərinin qeyd etdiyimiz yerdə olması Azərbaycan sərhədlərinin bir daha dəqiqləşdirilməsi və onların yerinin tam müəyyən olunması üçün daha əlverişli imkanlar yaradır”. /APA/




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

11:50 PEYĞƏMBƏRLƏRİN HƏYATINDA VƏ KƏLAMLARINDA ƏTRAF MÜHİTƏ MÜNASİBƏT Dünya dinləri tarixinə nəzər salsaq peyğəmbərlərin kəlamlarında, hədislərində əhalinin ətraf mühitə münasibətlərini müəyyənləşdirən ekoloji fikirlərə rast gələrik. Onların həyat fəaliyyəti belə fikirlərlə doludur. Əhalinin yeni dinə iman gətirmələri üçün göstərdikləri möcüzələr bu baxımdan faydalı
11:04 Uğursuz eşqin aqibəti, tarixin daş yadigarı…Qənirə Paşayeva Lahoru seyr etmək və sonra da sakit bir guşəyə çəkilib təəssüratlarını kağıza köçürmək təkcə bir səfər boyunca görüb-anlaya bildiklərini bir araya gətirmək deyil ki! Gərəkdi 1588-ci ilin dekabrında bu şəhərdə müsəlman müqəddəsi Həzrət Mian Mir Ci tərəfindən əsası qoyulan harmandir Sahib daşını əldə
09:59 Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az