t s
00:28  Mühacir jurnalistdən tanınmış vəkilə və APA-ya ağır İTTİHAM✍ 00:34  Daha bir Qarabağ qazisinin acınacaqlı durumu (FOTO, VİDEO)✍ 00:52  Laçınlılar üsyan edir: “İcra başçısı bizi vecinə almır” - Gərginlik✍ 06:06  Dünyaya qara qış gəlir - Xəbərdarlıq✍ 06:14  Putin Yaxın Şərqin xəritəsini çəkdi — Fələstin dövləti qurulmalıdır✍ 06:38  Azərbaycan üçün vəhabi təhlükəsi✍ 08:48  Quldurlara "sürpriz" - VİDEO✍ 08:54  Əmisi qızına təcavüz edən gənc öldürüldü – DƏHŞƏTLİ QİSAS✍ 09:40  Ramilə Haqqı - "Məni sevənim"✍ 10:02  Manat əksər xarici valyutalara nisbətdə ucuzlaşıb✍ 10:19  İşığın və qazın qiymətinin artırılması nələri bahalaşdıracaq?✍ 10:29  Bakı metrosunda HƏYƏCAN: 65 yaşlı kişi özünü qatarın altına atdı✍ 10:56  Fikrət Yusifov: Qiymət artımı qazdan və elektrik enerjisindən istifadə edən əhalinin 70 faizə qədərnə aid olmayacaq✍ 13:57  Manat neftin üzməsinə adaptasiya olunub✍ 14:01  Beytulla Hüseynov: Nazir tapşırmışdı ki, pulları Vidadi Zeynalova verək✍ 14:04  Azərbaycanın siyasi partiyalarına 2,5 milyon manat ayrılacaq✍ 14:06  Avropa.info-nun əməkdaşı çəkiliş apararkən qoçu dəstəsi tərəfindən vəhşicəsinə döyüldü – Kamerası və telefonu əlindən alındı, başını yararaq fiziki xəsarət yetirdilər (Video)✍ 14:07  Azərbaycanda pensiya xərcləri artırılacaq✍ 14:54  Metroda nasazlıq yaranıb✍ 15:23  Nazir: Qazın qiymətinin qalxmasına Rövnəq Abdullayev aydınlıq gətirsin✍ 
» » Sənədsiz evlərin taleyi necə olacaq? – Komitə sədrindən AÇIQLAMA

Sənədsiz evlərin taleyi necə olacaq? – Komitə sədrindən AÇIQLAMA

25-01-2017, 00:13 Yazar:  Məmməd Məmmədov Baxılıb: 331 Çap et
Sənədsiz evlərin taleyi necə olacaq? – Komitə sədrindən AÇIQLAMA
“Qanunsuz tikililərlə bağlı sənədləşmə problemi bir il əvvəl Azərbaycan prezidentinin imzaladığı fərmana əsasən, tədricən həllini tapacaq”.

Bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə deyib.

Qeyd edək ki, dövlət başçısının imzaladığı fərmana əsasən, tikintiyə dair layihəsi müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış, yaxud mülkiyyət hüququna dair çıxarış (kupçası) olan tikililər sadələşdirilmiş qaydada sənədləşdirilməlidir. Bununla bağlı müvafiq dövlət orqanlarına tapşırıqlar verilib.A. Rəhimzadə deyib ki, bəzi evlər neft torpaqlarında tikilib: “Bu məsələ ilə bağlı müxtəlif məqamlar var. Hər bir konkret hal üzrə konkret həll variant olacaq. Ümumiyyətlə, belə evlərin sənədləşdirilməsi üçün müxtəlif tələblər var və bu da fərmanda əksini tapıb. Məsələn, bu evlər tikilməzdən öncə layihəsi yerli icra hakimiyyəti ilə razılaşdırılmalı idi. Sürüşmə zonaları, fövqəladə vəziyyətlər ola bilər. Layihə razılaşdırılıbsa, həmin evlərin sənədləşdirilməsi fərmanda əksini tapıb. Yəni Azərbaycan prezidentinin fərmanında əksini tapan tələblərə uyğun olaraq, sənədsiz evlərin sənədləşdirilməsi üçün müvafiq müraciət edilməlidir”.

Bakı və Abşeron yarımadasında əsasən, bələdiyyələrin sərəncamı ilə qanunsuz ayrılmış torpaqlarda, qismən də özbaşına zəbt edilmiş torpaqlarda tikilən və müvafiq icra hakimiyyəti ilə tikinti layihəsi razılaşdırılmayan evlərə gəlincə, A. Rəhimzadə bu hallarda qanunvericiliyin tələblərinin pozulduğunu söyləyib: “Hesab edirəm ki, Azərbaycan prezidentinin bir il əvvəl imzaladığı fərmana əsəsən, bu sahədə məsələlər həllini tapmalıdır”. (APA)




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az