t s

» » AŞPA Azərbaycanın ərazi bütövlüyü təsdiqləyib

AŞPA Azərbaycanın ərazi bütövlüyü təsdiqləyib

24-01-2017, 23:15 Yazar:  Məmməd Məmmədov Baxılıb: 219 Çap et
AŞPA Azərbaycanın ərazi bütövlüyü təsdiqləyib
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasının günün ikinci yarısında keçirilmiş plenar iclasının əsas müzakirələri Ukraynanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, AŞPA-nın Mədəniyyət, Elm, Təhsil və KİV Komitəsinin sədri Volodimir Aryevin hazırladığı “Avropada jurnalistlərə və mətbuat azadlığına qarşı hücumlar” adlı hesabatı ətrafında aparılıb.

Mediaxeberleri.az
APA-ya istinadən xəbər verir ki, hesabatda Gürcüstan və Moldovanın separatçı əraziləri ilə yanaşı, Azərbaycanın Dağlıq Qarabağ ərazisi separatçı qüvvələrin nəzarətində olduğundan burada mətbuatın vəziyyətinin qiymətləndirilməsinin mümkünsüzlüyünə dair qeyd edilən müddəa erməni nümayəndə heyəti üzvlərinin əsassız etirazlarına səbəb olub.

Onlar hesabatdakı sözügedən 9-cu bəndin çıxardılması üçün hesabata üç əlavə və dəyişiklik irəli sürüblər. Hesabat ətrafında çıxış edən Ermənistanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Samvel Farmanyan məruzəçi Volodimir Aryevi Azərbaycan əsilli olması haqqında Azərbaycan KİV-lərində dediklərini təkrarlamaqla onu yenidən qeyri-obyektivlikdə ittiham etməyə cəhd ediblər. Volodimir Aryev isə bu bəndin beynəlxalq hüquq normalarına və Azərbaycanın ərazi bütövlüyünə dair qəbul olunmuş sənədlərə əsasən hesabata saldığını vurğulayaraq, ona qarşı belə təzyiqlərin edilməsini qəbuledilməz olduğunu bildirib.

Daha sonra, qətnamə ətrafında gedən səsvermələrdə erməni tərəfinin hesabatın 9-cu bəndinin çıxardılmasına və dəyişdirilməsinə yönəlmiş cəhdlərinə baxmayaraq, təklif etdikləri bir-birini təkrarlayan üç əlavə və dəyişikliklərin heç biri qəbul edilməyib. AŞPA üzvləri hesabatın 9-cu bəndini olduğu kimi - yəni, Dağlıq Qarabağın Azərbaycanın ərazisi və bu bölgənin erməni separatçıların nəzarətində olduğunu qəbul ediblər. Sonda Volodimir Aryevin təqdim etdiyi qətnamə tam şəkildə səsə qoyularaq, səs çoxluğu ilə qəbul edilib.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

09:04 Əli Həsənov: Azərbaycan müstəqillik, inkişaf və rifah yolu ilə gedir – MÜSAHİBƏ “2015-ci ildə Azərbaycan mürəkkəb qlobal proseslərin təsirindən məharətlə qorunub”. Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov 2015-ci ilin yekunları ilə bağlı müsahibə verib. Mediaxeberleri.az müsahibəni təqdim edir: - Başa çatmaqda olan 2015-ci
08:38 Avropa Şurasından Ermənistana qəfil zərbə “Azərbaycanın suverenliyi tam bərpa olunmalıdır”; AŞ PA-nın qış sessiyasında işğalçı ölkəni Qarabağ məsələsinə görə daha ağır zərbə gözləyir; məruzəçi: “Münaqişə Avropa Şurasının iki üzvü arasında real müharibəyə çevrilə bilər, əgər...” 2015-ci il dinc nizamlama prosesinin daha bir qiymətli ili
23:55 Ermənilər necə dövlət qurdu? - Təcavüz tarixi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
09:59 Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
23:44 Çərçivədən çıxa bilməyən çərçivə qanunlarımız - “Elm haqqında” qanun da “çərçivəyə” salındı “O vaxt hörmət var idi, böyük-kiçik var idi”,”o vaxt böyük-kiçik arasında hörmət-izzət pərdəsi olub”, “ailədə böyük-kicik seçilirdi, hərənin öz vəzifəsi var idi”, “O vaxt müəllimə hörmət, oxuyana diqqət vardı”, “o vaxt elə bilirdik, müəllim çörək yemir, çay içmir, yatmır”, “o vaxt elə bilirdik ki,

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az