t s

» » "Baku Fires" Venesuela klubunu darmadağın etdi

"Baku Fires" Venesuela klubunu darmadağın etdi

14-03-2015, 23:52 Yazar:  Aygün Baxılıb: 581 Çap et
"Baku Fires" Venesuela klubunu darmadağın etdiQuba Olimpiya Kompleksində WSB Liqası çərçivəsində döyüş keçirilib

Quba Olimpiya Kompleksində Azərbaycanın "Baku Fires" və Venesuelanın "Caciques Venezuela” komandaları arasında WSB Liqası çərçivəsində döyüş keçirilib.

Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb.

Əvvəlcə 49 kq çəki dərəcəsində Cavid Dadaşovla Martinez Kordova üz-üzə gəlib. Döyüşün əvvəllərində qonaq komanda boksçusunun üzündən qan açılsa da, hakim yalnız 3-cü raundda döyüşü saxlayıb. Referi "Baku Fires"in heyətində ilk döyüşünü keçirən Dadaşovun texniki nokautla qələbəsini qeydə alıb - 1:0.

Ardından rinqə 56 kq çəki dərəcəsində Məhəmməd Qurbanovla Villaviçenzio Rodriges dəvət olunub. Döyüş Qurbanovun üstünlüyü şəraitində keçib. Hətta qarşılaşmanın ortalarında Rodriges noqdauna da düşüb. Yekunda isə hakimlərin yekdil rəyi ilə "Baku Fires"in boksçusu qalib elan edilib.

Üçüncü döyüş 64 kq çəkidə Heybətulla Hacəliyevlə Arkon Dias arasında baş tutub. Bu döyüş də boksçumuzun diktəsi ilə keçib. Dördüncü raundda Hacəliyev Diası bir zərbə ilə yerə sərib. Yekunda isə hakimlərin yekdil qələbə rəyi "Baku Fires" üzvünün xeyrinə olub. Bununla da Azərbaycan klubu son 2 döyüşün nəticəsindən asılı olmayaraq, qələbəni təmin edib. Amma bütün döyüşlərindən qalib ayrılmaq istəyən "Baku Fires" növbəti qarşılaşmalarda da irəli atılıb.

Dördüncü döyüşdə Jaba Xositaşvili ilə Barrera Korbaj 75 kq çəkidə üz-üzə gəlib. Bu görüş elə də maraqlı alınmayıb. Yekunda hakimlərin yekdil rəyi ilə Xositaşvili qələbə qazanıb.

Nəhayət, sonuncu qarşılaşma 91 kq çəkidə Əbdülqədir Abdullayevlə Villi Kyakone arasında keçirilib. Görüş gərgin başlayıb. Kyakone təsəlli qələbəsi qazanmağa çalışsa da, ilk raunddaca aldığı güclü zərbədən yerə yıxılıb. Nəticədə iki komandanın döyüşündə növbəti nokaut qeydə alınıb.

Bununla da döyüş "Baku Fires"in möhtəşəm qələbəsi ilə yekunlaşıb - 5:0.

Baku Fires - Caciques Venezuela 5:0
49 kq. Cavid Dadaşov - Martinez Kordova - +:- (texniki nokaut)
56 kq. Məhəmməd Qurbanov - Villaviçenzio Rodriges - 3:0
64 kq. Heybətulla Hacəliyev - Arkon Dias - 3:0
75 kq. Jaba Xositaşvili - Barrera Korbaj - 3:0
91 kq. Əbdülqədir Abdullayev - Villi Kyakone - +:- (nokaut)




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

14:05 Azərbaycanlı boksçu 1-ci yerə yüksəldi Heybətulla Hacəliyev 15 xalla reytinqdə 4-cü yeri tutur. Ümumdünya Boks Seriyasında (WSB) yeni fərdi reytinq cədvəli açıqlanıb. 60 kq çəki dərəcəsində dünya və Avropa çempionu Albert Səlimov 4 görüşdən sonra 20 xalla 1-ci yeri tutur. Mediaxeberleri.az xəbər verir ki, “Baku Fires” klubunun üzvü
00:11 Döyüşçümüz rəqibini 4 dəqiqəyə təslim etdi Ukrayna təmsilçisi Abbasovun qarşısında aciz qalıb[/b] [b]Azərbaycanın və “Qəbələ” İdman Klubunun təmsilçisi, qarışıq döyüş növlərində (MMA) çıxış edən Bəxtiyar Abbasov növbəti döyüşünü keçirib. 29 yaşlı idmançımız martın 5-də Ukraynanın paytaxtı Kiyevdə keçirilən “Polad döyüşçülər” (“Stalnıe
20:45 Boksçularımız ermənilərin dərsini verdilər Bolqarıstanın paytaxtı Sofiyada boks üzrə ənənəvi “Strandja” turniri davam edir. Mediaxeberleri.az Azərbaycan Boks Federasiyasına istinadən məlumat verir ki, yarışın ikinci günündə ilk olaraq boksçularımızdan 49 kq çəki dərəcəsində çıxış edən Hacıbaba Fərziyev rinqə çıxıb. Amma həmyerlimiz
02:15 “Baku Fires” Puerto Riko komandasını da məğlub edib Bu gün Quba Olimpiya İdman Kompleksində “Baku Fires” və “Puerto Riko Hurricanes” komandaları arasında keçirilən qarşılaşmada boksçularımız 4:1 hesabı ilə qələbə qazanıblar. APA-nın şimal bürosunun verdiyi məlumata görə, Dünya Boks Seriyası (WSB) Liqasının 6-cı turu çərçivəsində keçirilən görüşdə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az