t s

» » İnsanilik – bəşərin varolma, özünütəsdiq ölçüsüdür

İnsanilik – bəşərin varolma, özünütəsdiq ölçüsüdür

14-03-2015, 15:07 Yazar:  Aygün Baxılıb: 799 Çap et
İnsanilik – bəşərin varolma, özünütəsdiq ölçüsüdürİşıqlı ATALI
Mütləqə İnam Ocağının Yükümlüsü




Ocaq Yükümlüsü İşıqlı Atalı İnsanilik Bayramı münasibətilə Ulusu kutlayıb. Kutlamada deyilir: “Ürəyinizdə Günəş olsun! İnsanlıq İnsanın, ulusların əzəli, əbədi, sonsuz, kamil varolma tələbi, diləyidir. Bu tələbə yetmək tarixin bütün çağlarında çətin olub.
İnsanlığın əzəli tələbi fəhmən insanlara, uluslara aydın olsa da, İnsanlığın Mütləqə İnam Dünyabaxışı əsasında varolma biçimini İnam Ata (Asif Ata) yaratdı.
Mütləqə İnam Fəlsəfəsinin artıq Azərbaycan ictimai mühitinə tanış olduğu bir dönəmdə İnsanlığın bayram səviyyəsində kutlanması ulusumuzun, ulusların varolmasında nəfəs sayıla bilər.
Mütləqə İnam bəşərin ən ümidsiz çağında yaranan, insanları yaşamağa, yaratmağa, var olmağa kökləyən bənzərsiz inamdır.
Dünyanın var olmasını istəyirsənsə, dünyanın mənasına yet, var ol, var et.
Həyatın (yaşamın) var olmasını istəyirsənsə, Həyatın (yaşamın) mənasına yet, var ol, var et.
Özünü var etmək istəyirsənsə, İnsanlığın mənasına çat, var ol, var et.
İnsanilik – bəşərin varolma, özünütəsdiq düsturudur. İnsanilikdən qıraqda nə varsa, antibəşəridir.
Minillərdir ki, bəşərin canlı yaşamı, bədiiyyatı, incəsənəti İnsanilikdən danışır, insaniliyi öyür. Ancaq insanilik əsasında yaşamaq getdikcə daha da çətinləşir. Bu gün dünyada elmi-texniki inkişaf ən yüksək həddə çatıb. Ancaq inkişafın bu səviyyəsi daha çox insaniliyə qarşıdır. İnsana, insaniliyə xidmət etməyən tərəqqi gerilikdir, çünki insansızlığa əsaslanır. Qoy elmi-texniki tərəqqi indikindən dəfələrlə az olsun, ancaq insan yox olmasın! Qoy dünya indikindən maddiyyatca qat-qat zəif olsun, ancaq dünya insansız olmasın!
İnsansız dünya ölü dünyadır!
İnsansız dünya tükənmiş dünyadır!
Yalnız İnsaniliyə əsaslanan tərəqqi – yaşarıdır, sabahlıdır!
Yalnız müqəddəsliyə əsaslanan tərəqqinin sabahı, gələcəyi var.
İnam Atanın Mütləqə İnam dünyabaxışının başlıca sözü, harayı, mövzusu İnsandır.
İnsansız heç bir tərəqqi yoxdur. Bu səbəbdən də tərəqqinin ölçüsü İnsanilikdir. Bu gedişlə dünya gündən-günə daha çox antiinsaniliyə yuvarlanacaq. Antiinsani dünyanın insan, bəşərsevərlik çağırışları sözdən o yana getmir.
Mütləqə İnam Ruhaniyyatının baş mövzusu İnsandır. İnsansız dünya yoxdur. İnsansız dövlət yoxdur! İnsansız tərəqqi yoxdur! İnsansız təbiət yoxdur!
Bu səbəbdən də Ocaq Bayramlarının ilki İnsanilik adlanır.
Bayramda başdan-başa İnsanilik vəsf olunur. İnsana and içilir: «İnsana and olsun, İnsanlığa xidmət edəcəyəm!» Bu, Mütləqə İnam Ocağının ən uca andlarından biridir.
Mütləqə İnam Ocağının Bayrağında İnsan şəkli var. İnam Ata – Mütləqə İnam dünyabaxışını yaratmış Kamil İnsandır.
Ata İnsaniliyin rəmzi, ilahi, bənzərsiz harayçısıdır. İnsan haraylı, İnsan bayraqlı İnsanilik Bayramımız müqəddəslik carı çəkir, Atayurdumuzu, Şərqimizi, Dünyamızı İnama çağırır. İnsanilik Bayramı bəşərin Mütləqilik səviyyəsində Müqəddəsliyinin izharı, Atanın, Ocağın şəxsində imkanlarının təsdiqidir.
İnsanilik Bayramı – bəşərin Bayram ənənəsinin göy səviyyəsidir.
Bu bayram ömürləşdikcə xalqın yaşamında müqəddəslik, yurda, ulusa bağlılıq, milli İnam əsasında var olmaq ənənəsi daha da güclənəcək.
Kutsal İnsanilik Bayramınız qutlu olsun!




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

16:10 ASIF ATA. MÜTLƏQ FƏLSƏFƏSİ (“OLAN VƏ OLMAYAN” KITABINDAN) Din – Mütləqi uydurur. Dünyanı yaradan, insan taleyini müəyyən edən Allah – Yalandır. İdealizm – Mütləqi Əqliyyətlə eyniləşdirir, əslində isə Əqliyyət Mütləq deyil, çünki Ruha, Əbədiyə, Sonsuza, Kamilə bərabər deyil. Panteizm – Təbiəti Mütləqləşdirir; ancaq Təbiət Mütləqin özü yox, Təzahürüdür.
16:16 İnsanlığın Yeni İli qutlu olsun! Ürəyinizdə Günəş olsun sayğılı yurddaşlarımız! Sabah, 1 Günəş Ayı Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağında Günsıra (təqvim) dəyişir – Yeni İl başlayır. Ocaq İlsırasının (tarixinin) 37-ci ili girir. Günsıranın bu günü Ocaqda “Yeni İl Törəni” keçirilir. Bu gün həm də Türkə-Türklüyə, bütövlükdə
08:55 Faciələrimiz nədən yaranır? İşıqlı Atalı Mütləqə İnam Ocağının Yükümlüsü Dünya ermənilərə qucaq açdığı dərəcədə xəyanətkarlığa, bicliyə, insansızlığa meydan verir. Dünya siyasət oyunu oynayır, çünki həqiqətlə var olmaq istəmir. Həqiqət əsasında yaşamaq isə xalqlardan hünər tələb edir. İnam Ata (Asif Ata) «Mütləqə İnam»
22:23 Asif Ata Ocağı bölgədə gənclərlə yeni görüş keçirib Ürəyinizdə günəş olsun, sayğılı yurddaşlarımız! Bildirdiyimiz kimi, Asif Ata Ocağının ideya quruculuğu və yayıcılığı işi bir neçə yöndə inkişaf etdirilir. Bu yönlərdən ən əsas yeri Ocaq tədbirlərində “Özüylədöyüş” ideyasına əməl olunması və Ocaqçının mənəvi, idraki kamilliyinin yüksəldilməsi tutur.
15:58 Televiziya insana niyə yadlaşır? İşıqlı Atalı Mütləqə İnam Ocağının Yükümlüsü Çağdaş bəşərin həyatında onillərdir ki, televiziya mərhələsi başlayıb. İnsan əhvalları verilişləşir, konulaşır. Televiziya informasiyanın sürətlə, görüntülü yayımı deməkdir. Gəlin aydınlaşdıraq ki, televiziyanın başlıca hədəfi nədir, onun insana

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az