t s

» » MOLLA REJIMI AVROPADAKI AGENTLƏRI VASITƏSILƏ AZƏRBAYCAN MÜXALIFƏTINI PARÇALAMAĞA CƏHD EDIR

MOLLA REJIMI AVROPADAKI AGENTLƏRI VASITƏSILƏ AZƏRBAYCAN MÜXALIFƏTINI PARÇALAMAĞA CƏHD EDIR

10-01-2017, 23:40 Yazar:  Məmməd Məmmədov Baxılıb: 267 Çap et
MOLLA REJIMI AVROPADAKI AGENTLƏRI VASITƏSILƏ AZƏRBAYCAN MÜXALIFƏTINI PARÇALAMAĞA CƏHD EDIR
Hal-hazırda İranın bir dövlət olaraq beynəlxalq birlik tərəfindən mühasirəyə alınması prosesi daha sərt xarakter almağa başlamışdır.

Belə ki, ölkənin güney bölgəsindəki Xuzistan vilayətində yaşayan ərəblərin ərəb ölkələri tərəfindən hüquqlarının müdafiə olunması, Pakistanla sınırlarda yerləşən Bəlucstan bölgəsində sünnü əhalinin daha radikal hərəkətələrə keçməsi, İraqla sərhəd bölgəsində isə “İran Kürdüstanı” siyasətinə olunan dəstəyin güclənməsi və Güney Azərbaycanda əhalinin böyük bir sosial gücə çevrilməsi gerçəkdən Tehran rejimi üçün böyük təhlükə mənbəyinə çevrilmişdir.

Mollakratiya rejimi mövcud durumu diqqətə alaraq, problemlərdən çıxış nöqtəsi kimi yeni siyasi texnologiyaları tətbiq etməyə başlamışdır. Qorxulu Tehranın qorxulu oyunları… İran İraqdakı şiə məzhəbinə tanınan əhalini səfərbər etməklə, bir sıra ictimai qurumlar yaradıb, Bağdad üzərindən gözlənilən təhlükənin qarşısını öz sərhədləri xaricində almağa ümid edir.

Buna görə də “Hizbullah”, “Cundullah”, “Ceyşullah” və digər radikal təşkilatları açıq şəkildə maliyyələşdirməkdən belə çəkinmir. Pakistanla sərhəd bölgəsi olan Bəlucstanda yerli əhalinin sünnü məzhəbinə malik olmasına rəğmən, sünnülüyün unutdurulması taktikasını tətbiq etməkdədir.

Buna görə də bəlucların bir tərəfdən şiəliyi qəbul etməsi, digər yandan isə onların daha ağır şərtlər daxilində farslaşması siyasətini yürüdür. Xorasan vilayətində türkmənlərin mütəmadi olaraq Tehran televizya kanallarını deyil, daha çox soydaş Türkmənistanı izləməsi, bölgənin tarixi türkmən torpaqları olması düşüncəsinin inkişafı Tehranı təhdid etməkdədir.

Buna görə də klerikal rejim belə bir durumdan çıxış yolu kimi Xorasan vilayətinə fars, kürd və lorlardan ibarət çoxlu sayda məmurlar yerləşdirməklə, burada həmin toplumlara məxsus köçəri tayfaları məskunlaşdırmaqla bölgəni daimi olaraq nəzarətdə saxlamağa, həm də türkmənlərə qarşı ordu birlikləri ilə yanaşı qeyri-türklərin də cəza qüvvələri qismində iştirak etməsi taktikasından yararlanmağa çalışır.

Hal-hazırda idarəolunmaz region kimi başa düşülən “İran Kürdüstanı” Tehran rejimi üçün böyük təhlükə mənbəyi hesab olunmasa da, bu bölgənin İranın nəzarətindən ayrılmasını da qəbul etmək istəmir. Güney Azərbaycan məsələsində Tehran rejiminin taktikası tamamilə fərqlidir.

Avropada son zamanlar inkişaf etməkdə olan diaspor təşkilatlarının güclənməsini, Quzey Azərbaycanda heç bir siyasi partiyanın və ya ictimai qurumun Tehran rejimini təqdir etmədiyini İran çox yaxşı anlayır. Buna görə də bu iki xəttin daxilində nifaq toxumlarını səpmək, incə bir şəkildə İran yanlısı paralel strukturların yaradılmasına böyük mənada önəm verməkdədir.

Türkiyənin İran rejiminə təsir imkanlarını azaltmaq üçün Tehran rejimi bu ölkədəki cəfər, ələvi, əliallahi və digər şiə inanclı qruplara dəstək verməklə yanaşı, həm də bu şəbəkənin güclənməsinə nail olmaqla Ankaranın siyasi iradəsinin səngiməsinə çalışır. Avropada fikir yayğınlığı İrandakı rejimə qarşı sərt mövqe nümayiş etdirən Güney Azərbaycan milli diaspor təşkilatları müntəzəm şəkildə internet vasitəsilə sosial şəbəkələr qurmaqla istənilən anda Tehran rejiminə qarşı böyük bir etiraz dalğasını yaratmaq imkanı əldə etmişdir.

Son bir ildə İran Avropa ölkələrindəki səfirlikləri vasitəsilə Azərbaycan türklərindən ibarət diaspor təşkilatları arasında nifaq toxumu səpmək, keçmiş solçulardan istifadə etməklə onların paniranizm dalğasında hərəkətə keçmələrinə nail ola bilmişdir. Quzey Azərbaycan mühacirləri arasında da Tehran rejimi dinc oturmamışdır.

Bu sırada xüsusilə sabiq prokuror Mahir Cavadovun nüfuzundan ənənəvi şəkildə istifadə etməklə yeni taktikadan yararlanmağa çalışılır. Belə ki, Avropa üzərindən Azərbaycana yönəldilən “Haqq və Ədalət Uğrunda Beynəlxalq Təşkilat” adı altında Mahir Cavadov bu dəfə də ənənəsinə uyğun olaraq Qabil Rzayev adlı birisini irəli vermişdir.

Mahir Cavadov Avropada mühacir ömrü yaşayan keçmiş polis, ordu və digər güc stukturlarında çalışmış nadan şərəfsiz insanları, qismən də yerlibazlıq sayəsində bəzi vətəndaşları bu şəbəkəyə yönəldə bilmişdir.

Bununla da milli diasporumuz arasında İranın strateji hədəflərinə hesablanmış taktika və siyasi maraqlardan yararlanmağa çalışır. İndiki məqamda Mahir Cavadov və İranın Avropa üzərindən fəallaşmasının əsas səbəblərindən biri Avropa Şurası, Avropa Birliyi və digər beynəlxalq qurumların Azərbaycanda demokratik azadlıqların və insan haqlarının genişlənməsi tələblərinin daha sərt xarakter almasıdırsa, digər səbəb Azərbaycan üzərindən Qərbin İrana yönəlik siyasətinin dərinləşə bilməsi siyasətinin inkişaf etməsinə bağlıdır. İranın məqsədi heç də Avropanın istəklərinin reallaşması deyil, Azərbaycanda siyasi xaosun gündəmə gəlməsidir.

Çünki Mahir Cavadov və onun tərəfdarları 1992-1993-cü illərdən Azərbaycanda siyasi xaosun dərinləşməsinin silahlı qruplar, terrorlar və digər vasitələrlə həyata keçirilməsi təcrübəsinə malikdirlər. Buna görə də “Haqq və Ədalət Uğrunda Beynəlxalq Təşkilat”ını elan etməklə Avropanın müxtəlif şəhərlərində yaşayan mühacir azərbaycanlılar arasında geniş təbliğata başlamışlar.

Xüsusilə maddi cəhətdən ağır sıxıntılar içində yaşayanları daha tez bu şəbəkəyə qoşmaq üsulundan istifadə edirlər.İran və Türkiyənin xüsusi xidmət organlarının tapşırıgı ilə Almanya qaçqin kamplarından fəaliyyət göstərən bu cinayətkar şəbəkə xüsusi tapşırıqlar əsasında Azərbaycanın çalışan başlarını müxalifət liderlərini hədəf alırlar.Onların rəsmlərini fotoşopta əxlaqsız formaya salaraq saxta feysbuk profilləri vasitəsi ilə yayınlayıb onları susmaga vadar edirlər.



Şantaj hədə qorxu gəlmə kimi işləri əsasən Almanyada siginmaci kimi yaşayan dələduz Riyad Əliyev həyata keçirir.



Bu işdə o heçdə tək fəaliyyət göstərmir.Digər saxta facebook səyfələri vasitəsi ilə Almanyada yaşayan Azərbaycanlı xanımların rəsmlərini AAMBŞ qrup səhifəsində şantaj edən Azər Qədirovda vardır.Kimdir bunlar.Adları siyasilər siyahısında olmayan cinayyətkar qrup Almanya ölkəsindən hansi səbəblərdən siyasi siginma almaq istəyirlər.Bunlar hamsı araşdırılacak

10 dan cox Xarici ölkənin medyasi o cumlədən İsrail medyası bu haqda məlumat yayınlamışdır

Haqqlarında toplanmış rəsmi faktlar artıq Alman İsvecrə Kriminal Polisinə Miqrasiya Baş İdarəsinə yollanmışdır




Əldə edilmiş digər məlumatda isə Riyad Əliyevin qardaşında aşkar olunan narkotik maddənin də İrandan gətirildiyi verilən xəbərlər arasındadır

İran kəşfiyyatı bununla yanaşı, Mahir Cavadova məxsus olan şəbəkənin Bakıda da təbliğ olunması üçün hərəkətə keçmişdir. İranın maliyyə dəstəyilə fəaliyyət göstərən internet resurslarında yer alan gündəlik informasiya texnologiyasında bu fakta tez-tez rast gəlmək mümkündür.

İran Avropadakı Azərbaycan siyasi diasporu arasında bölücülük yaratmaqla eyni zamanda demokratik prosesin tərəfdarları arasında fikir ayrılığının böhranla üzləşməsinə səbəb olmuşdur. Bu yayğınlıq həm də mühacirlərin vasitəsilə Güney və Quzey Azərbaycan Türkləri arasında da müəyyən ixtilaflara gətirib çıxarmışdır.

Qabil Rzayev kimdir?

Bir vaxtlar Xüsusi Təyinatlı Polis Dəstəsində cəmi bir necə ay xidmət etməklə Qarabağ uğrunda savaşda qəhrəmanlıqlar göstərdiyini iddia edən bu zat, əslində XTPD-də bir necə ay xidmət etmişdir.

Qubadlı uğrunda gedən döyüşlərin birində fərarilik etdiyi üçün XTDP-nin rəisi mərhum Rövşən Cavadov onu döyüş meydanından qaçdığı üçün yerindəcə güllələmək istəmişdir.Bu fakti OMON un keçmiş əməkdaşları təstiqləyirlər

Ancaq Rovşən Cavadovun ətrafındakı təcrübəli döyüşçülər Qabilin hələ çoxc gənc olmasını, kasıb ailədən çıxmasını, döyüş təcrübəsi olmadığını bildirərək bağışlanmasını rica etmişlər.

Qabil Rzayev isə Rövşən Cavadovun qarşısında diz çökərək, göz yaşları tökməklə, yalvarışlar etməklə canını həmin ani olaydan qurtaraq bilmişdir. Bütün bunlarla yanaşı Daxili İşlər Nazirliyinin arxivində Qabil Rzayevin fərarilik etdiyi üçün XTPD-nin sıralarından qovulması haqqında daxili əmr hələ də qorunub saxlanmaqdadır.

1996-cı ildə Mahir Cavadov Avstriyada mühacir statusu aldıqdan sonra uzun müddət İranda fəaliyyət göstərdi. Burada “OMON Partiyası” yaratdığını, on min nəfərlik tərədfarı ilə İran sərhəddindən keçərək Qarabağ müharibəsini davam etdirməyə hazır olduğunu elan etmişdi.

Qabil Rzayev İran kəşfiyyatının Sumqayıtda (Mahir Cavadovun birbaşa dəstəyilə) şübhəli ünvanlarda ona verilən pulun müqabilində siyasi partiyaların, insan haqları təşkilatlarının da bu prosesdə iştirakını təmin etməli idi.

1993-1996-cı illərdə müxtəlif səbəblərdən həbs olunan XTPD-çilərə həbsxanalarda işgəncələr verməyə başladılar.

Qarabağın hər qarışı uğrunda canlarını qurban verən, elə bu günün özündə belə bədənlərində qəlpə gəzdirən OMON-çulara verilən əzabların sayəsində Qabil Rzayevə İranın ödədiyi maliyyə dəstəyinin miqdarı da beləcə artırdı. 1999-cu ildən 2003-cü ilə kimi OMON-çular tədricən həbsxanalardan buraxılan zaman onların bəziləri bu işgəncələrin qarşılığında Qabil Rzayevdən intiqam almağa cəhd etdikləri zaman, o, İsveçrəyə qaçıb getdi.

Burada isə “siyasi mühacir” statusu belə almağa nail oldu. Budur, Qabil Rzayev yenə də öz işverən şantajçi ampluasında olmaqla yanaşı, həm də yeni məzmunda gündəmə gəlməyə başlayıb.


Bu dəfə İranın və Türkiyədəki islamçı ƏL Nusra məzhəbci qrupların sifarişlərinin Avropa üzərindən həyata keçirilməsi üçün xidmət göstərməkdədir.

Videoda Gabil Rzayev Moskvada aciq aşkar əllərində fələstin bayragi tutmuş ərəblərə və digər xalqların numayəndələrinə cihad cagrışı edir onları irakda və Yeruselimdə Yəhudi xalqına qarşı mubarizə aparmaga səsləyir

Acik acıgına milli dini irqi pozma cagrisları səsləndirir


Azərbaycan cəmiyyətində Məmməd Əmin Rəsulzadənin, milli bayrağımızın tanınması və sevilməsi yönündə gözəgəlimli şəkildə açıqlamlar verməklə yanaşı, İranın “məsələhəti” ilə bir sıra beynəlxalq təşkilatlarla əməkdaşlıq etməyi belə strateji hədəfə çevirmişdir. Əslində İranın digər hədəfi Avropa və Azərbaycan arasında gərginliyi daha da qızışdırmaq, münasibətlərdə dərin çatlar yaratmaqla Qərb yönümlü siyasətin iflasa uğramasına nail olmaqdır. Bu prosesin nə qədər və haraya kimi davam edəcəyi bəlli olmasa da, İranın toruna düşmüş insanlardan və təşkilatlardan istifadə edilməklə Azərbaycanla bağlı hədəflər də bəllidir.

VUQAR MUĞANLI

xüsusi olaraq EAN üçün




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

00:30 Türkiyə İrana və Rusiyaya qarşı çox diqqətli davranmalıdır - Xaliq Səfəvi Bu davranışlar İran və Rusiyaya da aiddir. Müsahibimiz Beynəlxalq Hüquq üzrə mütəxəssis, politoloq, h.ü.f doktoru, dosent Xaliq Səfəvidir İranın son zamanlar Suriya prezidenti Bəşər Əsədə dəstək verməsinin səbəbləri nədir? İran nəinki son zamanlar, ümumiyyətlə Suriya hadisələri
09:40 Qutsal “Xəlqilik” Bayramında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı Ocaq Günsırası ilə 13 Şölə Ayı, 37-ci ildə (miladla iyun, 2015) Mütləqə İnam Ocağı təbiət qoynunda “Xəlqilik” Bayramını həyata keçirdi. Öncə Bayram tonqalı qalandı. Tonqal yörəsində Ocaq Yükümlüsü Soylu Atalı söz dedi: Bu ocaq Asif Atanın yaratdığı
13:18 Batının Türklüyü çökdürmək istəyi Türkel Araşdırma Qurumu təqdim edir Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün biz, ayrı-ayrı Azərbaycan aydınları Türkel Araşdırma Qurumu adına bir araya gəldik. İstəyimiz gündəmdə olan bir qonunu toplumumuza, insanlarımıza tanıtmaqdır, çatdırmaqdır. Qonumuz neçə
01:37 Ərəb-İran savaşı başladı Yaxın Şərqdə baş verən son hadisələrin fonunda mövqelərini kifayət qədər gücləndirməyə müvəffəq olmuş İran, ABŞ-la münasibətlərində son zamanlar müşayət olunan istiləşmə, Əsədin İŞİD faktoru səbəbi ilə arxa plana keçərək öz mövqelərini daha da möhkəmləndirməsi, eləcə də Qərbin başının Rusiyaya
19:41 XALIQ SƏFƏVI: XƏZƏR XANLIĞININ YARANMASI VƏ ILK DÖVRLƏRI Tarixdə bu dövlət Xəzər xaqanlığı, Xəzər imperiyası,Yəhudilər Türk-Musəvi imperiyası kimi göstərilir. İndiki Güney Rusiya ərazisində olan Xəzərlərin VI yüzildən əvvəlki tarixi qeyri-müəyyənlik içindədir. 550-630-cu illər arası Göytürk imperatorluğunun bir parçası idilər. 7-ci yüzilin ortasında

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az