t s

» » İran qarışır: Rəfsəncani öldürülüb?

İran qarışır: Rəfsəncani öldürülüb?

10-01-2017, 18:51 Yazar:  tural Baxılıb: 125 Çap et
İranın sabiq prezidenti Haşimi Rəfsəncani vəfat etdikdən sonra ölkədə siyasi vəziyyət gərginləşib. Rəfsəncani tərəfdarı minlərlə vətəndaş nümayiş keçirərək 83 yaşlı siyasətçinin öldürüldüyünü iddia ediblər.
İran qarışır: Rəfsəncani öldürülüb?
İran qarışır: Rəfsəncani öldürülüb?

Medixeberleri.az xəbər verir ki, kütlə arasında dolaşan məlumata görə, sabiq prezident dərman qəbul edib və 2 saat ərzində infarktdan vəfat edib.

Etiraz aksiyaları əvvəlcə paytaxt Tehranda başlayıb. Yüzlərlə vətəndaş Rəfsəncaninin yerləşdirildiyi xəstəxananın önündə toplanıb, şüarlar səsləndirilib. Daha sonra ölkənin bir neçə iri şəhərində aksiyalar davam etdirilib.

Qeyd edək ki, sabiq prezidentin ölümünü müəmmalı edən digər bir səbəb İran Səhiyyə naziri Əmir Mohsen Dayayın açıqlaması olub. Nazir Rəfsəncaninin ölümündə həkimlərin günahkar olduğunu açıq-aşkar etiraf edib.

“Rəfsəncaninin yanında şəxsi həkimi olmayıb. Mənə verilən məlumata görə, həkimlər lazımi müdaxilə edə bilməyiblər”, - nazir qeyd edib.

Xatırladaq ki, təxminən 4 aydan sonra İranda prezident seçkiləri keçiriləcək. Belə bir vaxtda Rəfsəncaninin qəfil ölümü, nazirin şübhəli açıqlaması ölkənin siyasi elitasında amansız mübarizənin gedişindən xəbər verə bilər.

İranın Məsləhət Şurasının sədri, sabiq prezident Əli Əkbər Haşimi Rəfsəncani yanvarın 8-də vəfat edib. Rəfsəncaninin ürək çatışmazlığından dünyasını dəyişdiyi bildirilir.

Haşimi Rəfsəncani 1980- 1989-cu illərdə parlamentin spikeri, 1989-1997-ci illərdə İran prezidenti olub. O, İranın Ali dini lideri Əli Xameneinin yerinə ən real namizədlərdən biri sayılırdı.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

11:50 PEYĞƏMBƏRLƏRİN HƏYATINDA VƏ KƏLAMLARINDA ƏTRAF MÜHİTƏ MÜNASİBƏT Dünya dinləri tarixinə nəzər salsaq peyğəmbərlərin kəlamlarında, hədislərində əhalinin ətraf mühitə münasibətlərini müəyyənləşdirən ekoloji fikirlərə rast gələrik. Onların həyat fəaliyyəti belə fikirlərlə doludur. Əhalinin yeni dinə iman gətirmələri üçün göstərdikləri möcüzələr bu baxımdan faydalı
14:22 AXCP sədri Razi Nurullayev: "Hakimiyyət bizim proqramdan istifadə etdi, amma..."- MÜSAHİBƏ AXCP sədri: "Hakimiyyətin içərisində Əli Kərimlini saxlayan qüvvələr var" Mediaxeberleri.az AXCP sədri Razi Nurullayevin Modern.az saytına müsahibəsini təqdim edir. -Razi bəy, son zamanlar görünmürsünüz. Deyəsən işləriniz çoxdur. -Əksinə, mən çox görünürəm. Əslində mənim problemim elə çox
10:06 Kamal Abdulla: “Azərbaycanda radikal və ekstremist cərəyanların fəaliyyəti xeyli məhdudlaşıb” - MÜSAHİBƏ Yeni mədrəsələrin açılmasına hazırlıq işləri görülür” Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, akademik Kamal Abdullanın APA-ya müsahibəsi - “Multikulturalizm ili” çərçivəsində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində hansı işlər
00:59 İrana müalicəyə gedən şəkər xəstələrinin acı aqibəti... “-İki yaşlı qızıma şəkərli diabet diaqnozu qoydular. Əlləri, ayaqları şişirdi, arıqlayırdı. Uşaqda bir neçə dəfə hətta qıcolma da baş vermişdi. Amma inanmadıq. Balaca uşaq necə şəkər xəstəsi ola bilərdi ki?! Qohumlarımızın məsləhəti ilə maşınımızı satıb İrana, Ərdəbilə getdik. İlk vaxtlar
00:07 Oqtay Şirəliyevin yerində olmayan kadrları... - Onların arasında Əli İnsanovun "kassiri" də var... Məlum olduğu kimi, ölkəmizdə son illərdə çoxsaylı müasir, Avropa standartlarına uyğun, zəngin maddi-texniki bazaya malik, yüksək səviyyəli avadanlıqlarla təmin olunmuş müalicə müəssisələri açılıb. Görülən işlər ona görədir ki, xəstələr əziyyət və əlavə xərc çəkib müalicə üçün xarici dövlətlərə üz

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az